Buğadaş

BuğadaşŞuşa rayonunun Zarıslı kəndindən cənubda dağ. Hündürlüyü 2154 m. Turşsu qəsəbəsi ilə Zarıslı kəndinin sərhədindədir. Oronim buğa (erkək maral və ya ümumiyyətlə iribuynuzlu heyvanların erkəyi) və daş (qaya, dağ) komponentlərindən düzəlib. Dağ ətrafında tez-tez buğa görünməsinə görə bu adı almışdır. Özbəkistanda Buka, Rusiyanın Çita vilayətində Bukaçaça, Ukraynada Bukaçay toponimləri qeydə alınmışdır.[1]

Buğadaş
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2154 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  1. Buğadaş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.