Bucaq tatarları

Bucaq tatarları (Dunay tatarları, noqaylar) - XV-XVIII əsrlərdə Cənub-Şərqi Bessarabiya çöllərində (Bucaq) məskunlaşmış türkdilli xalq.

Haqqında[redaktə | mənbəni redaktə et]

Bucaq tatarları Bucaq ərazsində bir neçə köçəri türk tayfasının, başlıca olaraq, kiçik noqayların qarışması nəticəsində təşəkkül tapmışdır. Ehtimal ki, əvvəllər burada hunlar, avarlar, bulqarlar, qıpçaqlar, kumanlarpeçeneqlər məskunlaşmışlar. 1484-cü ildə Osmanlı sultanı II Bəyazidin Moldova knyazlığına yürüşündən və Bucaqda Silistriya sancaqlığının yaradılmasından sonra Krım xanı Mengli Gəray bu ərazidə Şimali Qafqaz çöllərindəki təbəələrini - tatarları və noqayları məskunlaşdırdı. Qonşu dövlətlərə yürüşləri ilə tanınan kişik noqayları Podolye və Ukraynada bucaq tatarları adlandırırdılar. 1812-ci ildə Bucaq vilayəti Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra noqayların bir qismi Azovyanı ərazilərə Don çayından Kubana qədər) köçürüldü, müsəlman əhali Osmanlı dövlətinin Dobruca vilayətinə sürgün edildi, Bucaq tatarlarının yerlərində isə ruslar məskunlaşdı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014, səh.16.