Budapeşt Biznes Universiteti (ing. Budapest Business University və ya qısaca BBU, mac. Budapesti Gazdasági Egyetem və ya qısaca BGE) — Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim biznes məktəblərindən biridir[2] və paytaxt Budapeştdə yerləşir. Universitetdə 18000 tələbə 12 bakalavr proqramı (bunlardan dördü ingilis, fransız, alman dillərindədir), 6 magistr proqramı, 21 məktəbdən sonra hazırlıq proqramı, 48 magistr diplom kursları, Biznes İdarəetməsi doktorantura məktəbi və azyaşlılar üçün bir neçə təhsil proqramları çərçivəsində təhsil alır.[3]
Budapeşt Biznes Universiteti BGE | |
---|---|
47°30′29″ şm. e. 19°07′29″ ş. u. | |
Əsası qoyulub | 1857 |
Tip | Dövlət |
Rektor | Sándorné Dr. Kriszt Éva |
Tələbə sayı | təxminən 18 min[1] |
Şəhər | Budapeşt |
Ölkə | |
Sayt | uni-bge.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Ali məktəb hazırda bir neçə kolleclərdən ibarətdir.
Ticarət, İaşə və Turizm Kollecinin sələfi, 1857-ci ildə əsası qoyulan Ticarət Akademiyası idi. 1899-cu ildə Şərqi Ticarət Akademyası ilə genişlənən bu Kollec, Avstriya-Macarıstan Monarxiyasında və Mərkəzi Avropa regionunda ilk ticarət kolleci idi. Bu məktəbdə ticarət və bank mütəxəssisləri hazırlanırdı. İkinci Dünya Müharibəsindən sonra 1962-ci ilədək Alkotman (Alkotmány) küçəsində heyranedici binada orta ticarət məktəbi fəaliyyət göstərirdi. Təhsil dəyişikliyindən sonra o, Ali Təhsil Ticarət Məktəbinə çevrildi, 1969-cu ilə Ticarət və İaşə Kolleci adı ilə kollec statusu verildi. 1992-ci ildə turizm təhsili də əlavə olundu və instituta hal-hazırkı adı verildi.
Beynəlxalq Menecment və Biznes Kollecinin tarixi 1957-ci ilə gedir. O zaman əcnəbi dildə danışa bilən yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq məqsədilə, Beynəlxalq Ticarət Münasibətləri Məktəbinin əsası qoyuldu. 1962-ci ildə məktəb, Beynəlxalq Ticarət Məktəbi adı ilə müstəqillik əldə etdi. 1971-ci ildə ona kollec status verildi və adı Xarici Ticarət Kolleci oldu. Hal-hazırda Kollecdə 4000 yaxın tələbə müxtəliq proqramlar üzrə təhsil alır.
Kolleci tarixi, ümumi iqtisadi al hazırlıq köklər olan və 1857-ci ildə əsası qoyulan Peşt Ticarət Akademiyasına və Şərqi Ticarət Akademiyasına qədər gedir. 1970–1971 akademik ilində instutu hal-hazırkı adı olan Maliyyə və Mühasibat Kolleci adını aldı.
Kollecin regional institutunun əsası Zalaeqersezdə (Zalaegerszeg) 1971–1972 akademik ilində. növbəti il isə digər birisi Şalqtoaryanda (Salgótarján) qoyuldu. O vaxtdan bəri Kollec, maliyyə və mühasibat sahəsində aparıcı ali təhsil kolleci oldu.
Tarixdən ən əsas məqamlar:
Ali məktəbdə tədris olunan ixtisaslar kolleclər arasında bölünüb[5].
BBS-in əsas binaları Budapeştin müxxtəlif yerlərindədir. Yerli institutlar təkcə üç kollecin mərkəzi binalarından deyil, həmçinin digər binalardan da ibarətdir. Budapeşdin Alkotmani (Alkotmány) küçəsində Ticarət, İaşə və Turizm Kollecinin, Dioş Layoş (Diósy Lajos) küçəsində Beynəlxalq Menecment və Biznes Kollecinin və Bujaqon (Buzogány) küçəsində Maliyyə və Mühasibat Kollecinin binaları və əsas korpusları yerləşir. Dördüncü kollec olan Zalaegerszeg Biznes İdarəetməsi Kolleci isə şəhər kənarında yerləşir. Bu binalardan başqa BBS-in Marko (Markó) küçəsində valehedici binası da var. Orada rektoratın bəzi ofisləri, BBS Dil İmtahanları Mərkəzi və Ticarət, İaşə və Turizm Kollecinin bəzi ofisləri var. Həmçinin, BBS-in Budapeştdə Liqet (Liget) küçəsində ali peşə təhsili üçün ayrı binası da yerləşir. Kolleclər, tələbələr üçün geniş xidmətlər göstərir. Yataqxana, iaşə, idman şəraiti, kitabxanalar, laboratoriyalar, kompüter imkanlar və s. bura aid etmə olar. BBS, həmçinin, müxtəlif tədqiqat proqramlarında iştirak edir və əcnəbi və yerli təşkilatlarla əməkdaşlıq edib bu cür araşıdırmalar üçün qrantlara müraciət edir.[11]
Dörd kollecin ayrı kitabxanaları var, orada tələbələr macar və xarici dilli kitabları və ya jurnalları tapıb istifadə edə bilərlər. Kitabxanlar hamı üçün açıqdır. Beynəlxalq Menecment və Biznes Kollecinin kirabxanasında 100 000 kitab var, Ticarət, İaşə və Turizm Kollecinin kitabxanasında yerli və beynəlxalq tədqiqatçıları cəlb edən iaşəlk sənayəsində dəyərli nəşrlər kolleksiyası mövcuddur. Maliyyə və Mühasibat Kollecinin və Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin kitabxanaları, maliyyə və mühasibat sahələrində ixtisaslaşırlar. Kitabxanalar həmçinin kitabxana şəbəkəsinin üzvləridirlər, buna görə də digər kitabxanalardan da məlumat əldə etmək olar.
Kolleclər müasir kompüterlərlə təchiz olunublar. Minlərlə kompüter, yüksək texnologiya şəbəkəsi və müxtəlif vizual vasitələr, təhsil və tədqiqatlara dəstək verir.[12]
Tələbələr, tələbə həyatlarının maraqlı keçməsi üçün müxtəlif təhsildən kənar təşkilatlanmayla məşğul olurlar, idman və mədəniyyət tədbirləri təşkil edirlər, digər institutlarla əlaqələr qurub saxlayırlar. Məktəbin öz xoru və teatr qrupu var. Biznes məktəbləri tələbələrinin beynəlxalq təşkilatı olan AIESEC, BBS tələbələrinin həyatında mühüm rol oynayır. AIESEC-in ən əsas fəaliyyətinə 80-ə yaxın ölkədə tələbələrə təhsillərni davam etdirilməsinə kömək edən beynəlxalq mübadilə proqramları daxildir.
Hər kollecin ehtiyacı olan tələbələrə yaşayış yerləri ilə təmin etmək üçün yataqxanaları var. Bu yataqxanalar əsasən kolleclərə yaxın olurlar. Yataqxananın iki və ya dörd çarpayılı otaqları, vanna otaqları, mətbəxləri, yuyucu qurğuları və kommunal otaqları olur. Həmçinin, idman yerləri, istirahət otaqları, internet zalları və tibbi xidmət yerləri də mövcuddur. Ticarət, İaşə və Turizm Kollecinin yataqxanası Budada yerləşir. Beynəlxalq Menecment və Biznes Kollecinin iki yataqxanası var. Bir yataqxanası Kollecin kampusunda, digər yataqxanası isə Maliyyə və Mühasibat Kollecinin yataqxanası ilə birlikdə yerləşir. Maliyyə və Mühasibat Kollecinin yataqxanası Budapeştdə mərkəzi kampusdadır, burada Beynəlxalq Menecment və Biznes Kollecinin tələbələri də qala bilər. Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin yataqxanasında yaşayış şəraitindən başqa, həmçinin geniş təhsil imkanları, idman yerləri və boş vaxtın səmərəli keçməsi üçün şəraitlər yaradılıb.[13]