| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Buludların üzərində ölüm romanı Aqata Kristinin 1935-ci ildə qələmə almış olduğu detektiv əsərdir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası.
Buludların üzərində ölüm |
---|
ing. Death in the Clouds |
|
Janr |
detektiv |
Müəllif |
Aqata Kristi |
Orijinal dili |
ingilis |
Yazılma ili |
1935 |
Nəşr ili |
2014 |
- Erkül Puaro, həvəskar detektiv
- Ceyms Cepp, Skotland Yardın şef inspektoru, Erkül Puaronun dostu.
- Monsiyer Furne, Paris polisi
- Henri Mitçell, böyük bələdçi
- Albert Devis, bələdçi
- Mari Morisot, sələmçi zəngin qadın
- Anne Koridor, onun qızı
- Dr. Brayant, burun-boğaz-qulaq həkimi
- Ceyn Qrey, bərbər köməkçisi
- Norman Qeyl, diş həkimi
- Qrafinya Siseli Xorbari, Graf Xorbarinin arvadı
- Graf Stefan Xorbari, Qrafinya Siseli Xorbarinin əri
- Venesiya Kerr, bir ingilis lordunun qızı, Graf Xorbarinin qonşusu və məşuqəsi.
- Daniel Klensi, yazıçı, kriminal romanlar müəllifi
- Ceyms Rayder, britaniyalı iş adamı
- Arman Düpon, alim, fransız arxeoloqu
- Jan Düpon, Armanın oğlu