Buor-Xaya körfəzi — Laptevlər dənizinin cənubunda yerləşən körfəzi. Lena deltasının cənub-şərqində qərarlaşır. Körfəzin uzunluğu 120 km, eni 110 km, dərinliyi 18 metrdir. İnzibati cəhətdən Rusiyanın Yakutiya ərazisində yerləşir.
Buor-Xaya | |
---|---|
rus. Буор-Хая | |
Ümumi məlumatlar | |
Dərin yeri | 18 m |
Yerləşməsi | |
71°35′00″ şm. e. 130°48′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
Şərqdən Buor-Xaya burnu ilə əhatələnir. Qərb sahilində Tiksi buxtası yerləşir. Körfəzin daxilində Muostax adası yerləşir.
Körfəzə tökülən ən iri çay Omoloy çayıdır. İlin 9 ayı buzla örtülüdür.
Körfəzdə qütb stansiyası yerləşir[1]
Körfəzə tökülən çaylar: Omoloy, Kuloy, Nayba, Xara-Ulax, Ulaxan-Bildyax, Orto-Stan.