Tiksi buxtası

Tiksi buxtasıLaptevlər dənizinin cənubunda yerləşən buxta. Buxta Lena deltasının cənub-şərqində yerləşir. Buxtanın eni çıxacaqda 17 km, uzunluğu isə 21 km təşkil edir. Oktyabr ayından İyul ayına qədər buzlarla örtülü olur. Qabarmanın hündürlüyü 30 sm-dir. Buxtanın maksimal dərinliyi 11 metrdir. Şimal şərhədləri buzlarla sanki cızılmışdır.

Tiksi buxtası
rus. Бухта Тикси
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Dərin yeri 11 m
Yerləşməsi
71°39′ şm. e. 129°10′ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Tiksi buxtası xəritədə
Tiksi buxtası
Tiksi buxtası
Tiksi buxtası xəritədə
Tiksi buxtası
Tiksi buxtası

Buxtada Brusnev adası yerləşir. Adada maksimal hündürlük 26 metrdir. Buxta Neelov buxtasından Bıkovski yarımadası ilə ayrılır (Kolıçev bərzəxi). Dənizdən isə Muostas (şimaldan) və Kosistıy (cənubdan) burunları ilə ayrılır. Buxtaya çoxlu sayda kiçik çay tökülür. Onlar arasında ən irisi Soqodur. Buxtanın qərbində, Bulunkan körfəzində Tiksi qəsəbəsi və limanı yerləşir[1]. Buxtanın cənub-şərqində yerləşən, Soqo körfəzinin sahilində şaxtaçıların evlərindən ibarət olan qəsəbənin qalıqları vardır. Bu qəsəbə də eyni adı daşıyırdı. Soqo çayının mənsəbində Tiksi hidrometroloji stansiya yerləşir. Buxtada yerləşən körfəzlər:Bulunkan, Soqo. Buxtada yerləşən burunlar:Razdelnıy, Kosistıy, Antonov, Soqo, Bulunkan. Şərq hissədən bir başa açıq dənizə çıxışı vardır.

Buxta ilk dərə rus səyyahı Dmitri Laptev tərəfindən 1739-cu ildə təsvir edilmişdir. O buxtanı Qorelaya buxtası adlandırır. Sonradan onun adı Tiksi olaraq adlandırılır. Buxtanın adının dəyişdirilməsi barədə ticarət limanının keçmiş rəyisi Nikolay Vasileviç Zozulya «Mayak Arktika» qəzetində yazmışdır.

1822-ci ildə rus ekspedisiyasının rəhbəri Pyotr Fyodroviç Yana çayından Olenyok çayına qədər olan Şimal Buzlu okeanı sahillərini xəritəyə salır. Bu zaman buxtanıb təsviri iki şturman köməkçiləri olan İley Berejnı və Pyotr İlin tərəfindən təsvir edilir. Sonuncu buxta haqqında bunj yazırdı:

" Buxtanın sahilləri düzəndir, dağlar ondan uzaqdır. Buxta kiçikdir və göl kimi yayda buzdan axad olur. Mərkəzində daşdan ibarət olan kiçik bir ada vardır. "

Buxta Eduart Vasileviç Tollun və Aleksandr Kolçakın 1901—1902-ci illər ərzində təşkil etdikləri ekspedisiyaların əsas məntəqələrindən biri olmuşdur. 1903-cü ildə Fyodr Andreeviç Matisen buxtanın ilk şəkilini çəkmişdir. 1912-ci ildə buxtaya Boris Vilkiskinin təşkil etdiyi ekspedisiyaya aid Taymır və Vayqaç gəmisi daxil olmuşdur. Burada naviqasiya işarəsi və astronomik məntəqə quraşdırılır. 19191921-ci ildə birinci Sovet Ust-Lenskaya ekspedisiyası Frodr Matisev və Nikolay İvanoviç Evqenovun başçılığı altında buxtaya daxil olmuşdur. 1920-ci ildə Pavel Konstantinoviç Xmıznikov ilk dəfə Soqo və Bulunkan buxtalarının insturmental şəkillini çəkmişdir.

  • Стручков, А. И. Очерки по истории Булунского улуса / А. И. Стручков; Администрация муницип. образования «Булунский улус (район)». — Якутск: Бичик, 2005. — 360 с.
  1. "Topoqrafik xəritə R-52-III,IV — 1 : 200 000". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.