Buran (rus. Бура́н, azərb. Çovğun) — orbital gəmi, raket təyyarə tipli sovet çoxişlədilən kosmik nəqliyyat sistemidir. “Enerji-Buran proqramı” əsasında hazırlanan raket təyyarədir. Buran amerikalıların Speys Şattl analoji proyektinə cavab olaraq yaradılmışdır. İlk və yeganə uçuşunu "Buran" avtonom rejimdə 15 noyabr 1988-ci ildə yerinə yetirdi. Buranın aparıcı mütəxəssisi - Gleb Yevgeyniviç olmuşdur.
Buran hərbi sistem kimi planlaşdırılmışdı[1],həmçinin sovetlərə gorə amerikalıların şatlları hərbi məqsədlər üçün istifadə olunurdu[2].
Proqramın özünün başlanma tarixi var[3]:
1970-ci ildə Nikson dedi ki, Amerika Birləşmiş Ştatları Speys Şattl proqramına başlayır. Bu milli proqram kimi təqdim edilmişdi, ildə 60 insanı göndərməyi hesablamışdılar, 4 belə gəmi duzəltmək nəzərdə tutulurdu; proqrama 5 milyard 150 milyon dollar pul xərcləməyi planlaşdırırdılar(1971-ci ildə).
Shuttle yer orbitinə 29,5 ton yük apara bilirdi və 14,5 ton yükü orbitdən gətirə bilirdi. Bu ciddi məsələ idi və biz bunu araşdırmağa başladıq, nə məqsədlər üçün yaradılır. Bunlar hamısı qeyri-adi idi: birdəfəlik Amerika daşıyıcıları ilə orbitə qaldırılacaq yük 150 ton/il çatmırdı, amma bu proqramda 12 dəfə çox nəzərdə tutulurdu; orbitdən heç nə endirilmirdi amma burda 820 ton/il nəzərdə tutulurdu. Bu proqramın şüarı nəqliyyat xərcləri azaltmaq idi amma əsas hərbi məqsədlər üçün istifadə olunacaqdı.— Mərkəzi Maşınqayırma Elmi tədqiqat İnstitutunun direktoru Yuri Mazjorin
1975-ci ildə SSRİyə Speys Şattlın çertyoj və şəkilləri gəldi. Mstislav Keldışın başçılığı ilə dərhal hərbi komponentli 2 eksperiment keçirildi. Nəticələr: gələcək çoxistifadəli gəmi nüvə silahını daşıya bilər və kosmik fəzanın istənilən nöqtəsindən SSRİi ərazisinə hücum edə bilər.Və Amerikan şattlı 30 ton yük götürmə ilə nüvə başlıqlarıynan yüklənsə, elə yüksəklikdən uça bilər ki, raket hücumu haqqında xəbərdarlıq sistemi onu görə bilməyəcək.[4]
Bilirsiz, onlar deyirlər ki, biz həftədə bir dəfə ora gedəcəyik, məqsədləri və yükləri isə yoxdur, dərhal narahatlıq doğurur. Onlar bilmədiyimiz məqsədlər üçün kosmik gəmilər düzəldir. Hərbi məqsədlər üçün istifadə oluna bilərmi? Əlbəttə.
— Vadim Lukaşeviç(kosmonavtika tarixçisi, texniki elmlər namizədi)
1 dekabr 1988-ci ildə hərbi xəttlə Speys Şattlın gizli startı oldu(NASAın kodifikasiya koduna görə uçuş nömrəsi STS-27)[5]. 2008-ci ildə bilindi ki, uçuş zamanı ABŞ milli hərbi-kosmik kəşfiyyat idarəsi və Mərkəzi Kəşfiyyat İdarəsinin əmri ilə orbitə muxtəlif hava şəraitinə uyğun olan Lacrosse 1 kosmik peykini buraxdilar. Radiolokasiyanın köməyi ilə radiodiapazonda şəkillər çəkirdi [6][7].
Öz ilk və yeganə kosmik uçuşunu 1988-ci ilin 15 noyabrında edib. Kosmik gəmi Enerji raket daşıyıcısnın köməyi ilə Baykanur kosmodromundan buraxılıb. Uçuş müddəti 205 dəqiqə təşkil edib, gəmi Yer ətrafında iki dövrə vurduqdan sonra Yubileynıy aerodromunda Baykonur kosmodromunda eniş edib. Uçuş ekipajsız, bort kompüterin və bort proqram təminatının köməyi ilə avtomatik rejimdə keçdi. Buranın qalxması və enməsi avtomatik rejimdə olması(Speys Şattldan fərqli olaraq) onu Ginnesin Rekordlar Kitabına saldı. Sakit Okean akvatoriyasının üzərində uçarkən onu gəmi ölçmə kompleksi(Marşal Nedelin gəmisi) və elmi-tədqiqat gəmisi (Kosmonavt Georgi Dobrovolski gəmisi) müşayət edib.
Buran layihəsi çərçivəsində dinamik, elektrik, aerodinamik və digər sınaqlar üçün bir neçə maket nümunələri hazırlandı. Proqram bağlandıqdan sonra bu məhsullar Elmi Tədqiqat İnstitutunda və istehsalat birliklərində qaldılar. Məlumdur ki, «Энергия» və «Молния» raket-kosmos korporasiyasında maket nümunələri mövcuddu.
Xarici görünüşdən amerikan şatlı ilə oxşarlığı olsa da, onların fərqi var idi - o bort kompüterin köməyindən istifadə edərək tam avtomatik rejimdə enə bilərdi.
Əvvəllər avtomatik enmə sistemindən əl rejiminə keçməsi daxil edilməmişdi. Lakin, sınaq təyyarəçilər və kosmonavtlar tələb etdilər ki, mühəndislərdən enməni idarə edən sistemə əl rejimini daxil etsinlər.[8]
Buranın yaradılmasında alınan bir sıra texniki həllər indiyə qədər Rusiya və xarici raket kosmik texnikasında istifadə olunur.[9]
Müasir tədqiqatçıya uçuşun texniki informasiyası əhəmiyyətli dərəcədə əlçatan deyil, beləki maqnit lentlərdə BEHM-6 kompüterləri üçün yazılıb, yararlı nüsxəsi qalmayıb.
1990-cı ildə Enerji-Buran proqramına aid işlər dayandırıldı, 1993-cü ildə isə tamamilə bağlandı.2002-ci ildə yeganə qalan Buran Baykanurda montaj sinaq korpusununda damın düşməsi ilə dağıldı.
Ön bölmədə ekipaj və insanlar üçün tam qaynaq edilmiş kabinə vardır. Bu kabinədə maksimum 10 nəfər yerləşirdi. Kabinənin çox hissəsini raket kosmik kompleksin daxilində uçuşu təmin edən cihazlar tuturdu. Kabinənin həcmi 70 m3 çox idi.
Üçbucaq formasında qanada sahibdir, həmçinin aerodinamik nəzarət orqanlarına malikdir. Atmosferin sıx qatlarından enəndə idarə etmə sükanı, elevon və aerodinamik qalxan işləyir. İki qrup mühərriklər quyruq bölməsində və korpusun ön hissəsində yerləşdirilmişdi.
İlk dəfə mühərrik düzətmədə ümumiləşdirilmiş mühərrik qurulmasından istifadə olundu, özündə birləşdirdi: yanacaq çəninin oksidləşdiricisi, yanacaq üçün yanacaqdoldurma vasitəsi, termostat üfürməsi, çəkisizlikdə maye qəbuledicisi, avadanlığın idarə etmə sistemi və başqa cihazlar.
İdarə etmə kompleksi İBM System/370 kompüteri əsaında işləyən təxmini əlli proqram sistemindən ibarətdir. Sistem əmrlərin bir hissəsi İBM System/370-də reallaşdırılmadı, eyni zamanda İBM-a ümumi təyinatlı orijinal əmrlər əlavə olundu, İBM-də analoqu olmayan.
Kosmik gəminin yerüstü sistemlər üçün proqram təminatının hazırlanması zamanı DİPOL dilindən istifadə etməklə struktur layihələşdirmə texnologiyasından istifadə olunub. Modelləşdirmə məsələlərinin həlli üçün isə LAKS dilindən istifadə olunub. Bort Rəqəmli Hesablayıcı Maşını və Əməliyyat sistemi PROL2 (PROLOQ dilinin əsasında) və ASSEMBLER/370 dillərində yazılıb.
1984 - cü ildə ekipajlar BTS-02 Buranın sınağı üçün formalaşdırılıb, 1988-ci ilə qədər. Bu ekipajlarda 1-ci uçuş üçün planlaşdırılmışdı.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |