Burhanəddin Bulut

Burhanəddin Bulut (25 avqust 1970, Bitlis) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]

Burhanəddin Bulut
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçim bölgəsi2018 — Adana ili
2023 — Adana ili
Şəxsi məlumatlar
Doğum tarixi 25 avqust 1970(1970-08-25) (53 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Burhanəddin Bulut 25 avqust 1970-ci ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq bölməsindən və Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub.[1]

1993-cü ildə Adanada əczanə açaraq peşə fəaliyyətini davam edib. Dörd dəfə Adana Əczaçılar Palatasının sədri vəzifəsinə seçilib. 2011-ci ildə parlament seçimlərində namizəd olduğuna görə vəzifəsindən istefa verib.[1]

Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2014-cü ildə Çuxurova ilçə Bələdiyyə Məclisinin üzvü seçilib. 2015-ci ildə CHP Adana il sədri olduğuna görə vəzifəsindən istefa verib. 11 noyabr 2023-cü ildən CHP sədrinin Media və ictimaiyyətlə əlaqələr üzrə müavinidir. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial işlər Komissiyasının üzvü olub.[1]

Evli və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 TBMM. "Burhanettin BULUT". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.