Burk-an-Bres (fr. Burk-an-Bres) — Fransanın şərqində şəhər. En departamentinin inzibati mərkəzi.[1]
Şəhər | |
Burk-an-Bres | |
---|---|
fr. Burk-an-Bres | |
46°12′17″ şm. e. 5°13′41″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Tabesində | Overn-Rona-Alp |
Başçı | Jean-François Debat |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XIII əsr |
Sahəsi | 23.86 km² |
Mərkəzin hündürlüyü | 220–273 m |
Saat qurşağı | UTCCET (UTC+1) |
Əhalisi | |
Əhalisi | 40,967 nəfər (2014) |
Sıxlığı | 1,700/km2 nəf./km² |
Rəsmi dili | fransız dili|fransız |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 01053 /01000 |
Digər | |
Şəhər şurasının rəsmi internet rəsmi_saytıı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yura dağlarının ətəyində, Ressuz çayı sahilində yerləşir. Avtomobil və dəmiyolları qovşağı.
Roma yaşayış məskəninin yerində meydana gəlmişdir. Təqribən 1250-ci ildə şəhər statusunu almışdır. 12-ci əsrdən Savoyya hersoqluğunun tərkibində olmuş, 1601-ci ildə Fransanın tərkibinə qatılmışdır.[1]
Bru monastırı (1506–12; Cənubi Niderland, İtaliya, Burqundiya və Fransa ustaları; 3 kluatrdan biri 15-ci əsr), onun nəzdində son qotika üslubunda kilsə (1513–32; memar L. van Bohem; J. Perrealın layihəsinə əsasən; zəngin heykəltaraşlıq dekoru olan qala fasadı; Lion emalatxanalarında hazırlanmış A. Dürer və Tisianın əsərlərinin motivləri üzrə xorun polixrom vitrajları, 1525–31); Notr-Dam kilsəsi (1505–1654), karkaslı evlər (15 əsrin sonu – 16-cı əsr), Savoyya hersoqlarının qəsri (16-cı əsr), Burmayer məhəlləsinin imarətləri (18-ci əsr), Ratuşa (1771), teatr (1787) var. En dep-ti muzeyi (monastır binasında; orta əsrlərin və xalq sənəti kolleksiyası, 16–17-ci əsrlər flamand və holland rəngkarlıgı) fəaliyyət göstərir. Elektrotexnika sənayesi, dəzgahqayırma; keramika məmulatı, ayaqqabı istehsalı var.[1]