Burlaxatun türbəsi

Burlaxatun türbəsi — İranın Urmiya şəhərində yerləşən "Kitabi-Dədə Qorqud" dastanında adı keçən Burlaxatunun adını daşıyan türbə..[1]

Türbənin yerləşdiyi Urmiya qalası

Burlaxatunun türbəsi Urmiya şəhərinin yaxınlığında yerləşən Urmiya qalasının içindədir. Məşhur səyyah Adam Oleari qalanın içində 30 fut (4–5 metr) hündürlüyündə başdaşı olduğunu qeyd edib. Son zamanlar azərbaycanlı ədəbiyyatşünas alimlər Məhərrəm Qasımlı və Asif Rüstəmli qala ərazisində axtarış apararaq həmin türbəni aşkara çıxarıblar. Onlar türbənin bir hissəsinin uçduğunu və 30 futluq başdaşının yalnız bir hissəsinin qaldığını qeyd ediblər. Tədqiqatçı alimlər bu məzarın tapılmasında Adam Olearinin verdiyi koordinatlardan istifadə ediblər.[1]

Abidə tam tədqiq edilib öyrənilməsə də, onun məşhur türk dastanının gözəl qəhrəmanı Burla xatunun adını daşıması xüsusi maraq doğurur. Tədqiqatların nəticəsində qalanın İslamdan öncəki dövrə aid olduğu qeyd olunur.

  1. 1 2 "Arxivlənmiş surət". 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.