Burqundiyalı Marqarita (nid. Margaretha van Bourgondië; 16 oktyabr 1374[1] – 8 mart 1441[1][2][…]) — Burqundiya hersoqu Cəsur Filippin qızı, Bavariya hersoqinası.
Burqundiyalı Marqarita | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1374[1] |
Vəfat tarixi | 8 mart 1441[1][2][…] (66 yaşında) |
Fəaliyyəti | əsilzadə |
Atası | Cəsur Filipp (Burqundiya hersoqu)[3] |
Anası | III Marqarita (Flandriya qrafinyası)[3] |
Ailəsi | Valua-Burqundiya sülaləsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4] |
Vikianbarda əlaqəli mediafayllar |
1374-cü ildə doğuldu. Atası Burqundiya hersoqu Cəsur Filipp, anası isə Flandriyalı Marqaritadır. 12 aprel 1385-ci ildə Kambredə Bavariya hersoqu I Albertin oğlu Uilyamla evləndirildi. Atası tərəfindən planlaşdırılan siyasi bir evlilik idi. Belə ki, eyni mərasimdə qardaşı Qorxusuz Con da hersoqun qızı Marqaritayla evləndirildi.
Qaynatasının 1404-cü ildə ölümünün ardından əri taxta çıxdı və Bavariya hersoqinası olan Marqarita mühüm siyasi güc qazandı. Əri həm Hollandiya, həm də Eno qraflığını idarə etsə də, vaxtının çoxunu Hollandiyada keçirdi və onun yoxluğunda Eno qraflığı Marqarita tərəfindən idarə olundu. Cütlüyün yeganə övladı Jaklin isə 16 il sonra 1401-ci ildə dünyaya gəldi.
1417-ci ildə it dişləməsi nəticəsində bədəninə düşən infeksiya səbəbilə əri vəfat etdi. Onun ölümündən sonra mülklərin böyük hissəsi qızına miras qalsa da, Bavariya mülkləri qardaşı Con tərəfindən mənimsənildi. Qızının səltənəti dövründə mühüm siyasi fiqurlardan biri olan Marqarita 8 mart 1441-ci ildə, qızından illər sonra vəfat etdi.