Cəsur Filipp (fr. Philippe le Hardi; nid. Filips de Stoute; 17 yanvar 1342[1], Pontuaz – 27 aprel 1404) — Fransa kralı II İohannın oğlu, Burqundiya hersoqu. Valua-Burqundiya sülaləsinin banisidir.
Cəsur Filipp | |
---|---|
fr. Philippe II de Bourgogne | |
6 sentyabr 1363 – 27 aprel 1404 | |
Əvvəlki | - |
Sonrakı | Qorxusuz Con |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 yanvar 1342[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 1404 (62 yaşında) |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Atası | II Jan |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Valua sülaləsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
1342-ci ildə Pontuazda dünyaya gəldi. Atası Fransa kralı VI Filippin oğlu və varisi İohann, anası isə onun ilk xanımı Lüksemburqlu Bonna idi. Hələ 8 yaşında ikən atası taxta çıxdı ancaq özündən yaşca böyük 3 qardaşı vardı və gələcəkdə Fransa taxtına çıxması gözlənilmirdi. 1356-cı ildə Puatye döyüşündə atasıyla birlikdə iştirak etdi və burada göstərdiyi cəsarəti səbəbilə Cəsur ləqəbi qazandı. Buna baxmayaraq bu döyüş ingilislərin qəti qələbəsiylə nəticələndi. Fransa kralı olan atası II İohannla birlikdə ingilislərə əsir düşdülər. Aparılan uzun danışıqların ardından ata və oğlu 4 il sonra - 1360-cı ildə azadlığa buraxıldı.
6 sentyabr 1363-cü ildə atası tərəfindən Burqundiya hersoqu təyin edildi və beləcə, Valua-Burqundiya sülaləsinin əsası qoyuldu. 19 iyun 1369-cu ildə Flandriya qrafının qızı Marqaritayla evləndi. Qaynatasının 1384-cü ildə geridə rəsmi oğul varisi qoymadan vəfat etməsiylə, xanımı Flandriya torpaqlarının hakimi oldu.
Fransa kralı olan qardaşı V Karlın vəfatından sonra Cəsur Filippin Fransadakı fəaliyyəti artdı. Taxta çıxan azyaşlı Fransa kralı VI Karlın əvəzinə ölkəni qohumlarından ibarət bir məclis idarə edirdi. Bunlar əmiləri Anju hersoqu Lüdovik, Berri hersoqu Con və Burqundiya hersoqu Cəsur Filipplə, dayısı Burbon hersoqu Lüdovik idi. Məclisdə əsas söz sahibi olan Cəsur Filipp bu vəzifəsini 1388-ci ilədək davam etdirdi. Ancaq 1392-ci ildə kralın əqli zəifliyi və əsəbi davranışları səbəb göstərilərək Cəsur Kral yenidən naib seçildi və 1402-ci ilədək krallığı pərdə arxasından idarə etdi. Onun bu qədər nüfuz qazanması isə kralın qardaşı Orlean hersoqu Lüdoviki narazı saldı. İkisi arasında başlayan bu amansız mübarizə, övladları arasında davam edəcək qan davası halını aldı.
Cəsur Filipp 27 aprel 1404-cü ildə Eno qraflığında vəfat etdi. Bütün ünvan və mülkləri böyük oğlu Qorxusuz Cona miras qaldı.
19 iyun 1369-cu ildə Flandriyalı Marqaritayla evləndi və cütlüyün 9 övladı doğuldu.