III Marqarita (fr. Marguerite III de Flandre; nid. Margaretha van Male; 13 aprel 1350 – 16 mart 1405, Arras) — Flandriya qrafı II Lüdovikin qızı, Flandriya qrafinyası, Burqundiya hersoqinası.
III Marqarita | |
---|---|
fr. Marguerite III de Flandre nid. Margaretha van Male | |
14 may 1357 – 21 noyabr 1361 | |
19 iyun 1369 – 27 aprel 1404 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1350 |
Vəfat tarixi | 16 mart 1405 (54 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşları | |
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət |
Vikianbarda əlaqəli mediafayllar |
1355-ci ildə 6 yaşlı Burqundiya hersoqu I Filipplə evləndirildi. O əsnada gəlinin 5, bəyin isə 9 yaşı vardı. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik bəyin 14 yaşında ikən vəbadan vəfat etməsiylə başa çatdı. Üstəlik ərinin ölümündən sonra Burqundiya hersoqluğu 1361-ci ildə Fransa kralı II İohann tərəfindən işğal edildi.
1369-cu ildə Marqarita Fransa kralı II İohannın yenicə Burqundiya hersoqu təyin edilən oğlu Cəsur Filipplə evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı doğuldu.
1384-cü ildə atası II Lüdovikin geridə varis qoymadan ölümündən sonra, Marqarita atasının mülklərinə də sahibləndi. Beləliklə, Arras, Never və Flandriya mülkləri də Burqundiya hersoqluğuna birləşdirildi. 1405-ci ildə, ərindən bir il sonra vəfat etdi.