Valua-Burqundiya sülaləsi

Valua-Burqundiya sülaləsi (fr. Maison de Valois-Bourgogne; nid. Huis van Valois-Bourgondië) — Valua sülaləsinin bir alt qolu olan fransız əsilzadə ailəsi. Fransa kralı II Robertin törəmələri olan Burqoniya sülaləsindən fərqli olsalar da, hər iki sülalə də Kapetinqlər sülaləsinin alt qoludur.

Valua-Burqundiya sülaləsi
Ölkə Burqundiya hersoqluğu
Hissəsidir Valua sülaləsi
Banisi Cəsur Filipp
Sonuncu hökmdar Burqonlu Mariya
Əsası qoyulub 6 sentyabr 1363
Soyun kəsilməsi 27 mart 1482
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransa kralı II İohannın oğlu Cəsur Filippi 1363-cü ildə Burqundiya hersoqu təyin etməsiylə ailənin əsası qoyuldu. Bu tarixdən etibarən 1482-ci ilədək ailə Burqundiya hersoqluğunu idarə etdi. Yüzillik müharibə boyunca bu ailə qohum olduqları Fransa krallığının bəzi mülklərinə əl qoydular və torpaqlarını genişləndirdilər. Buna baxmayaraq onların müstəqil bir krallıq olma arzuları son hersoq Cəsur Karlın 1477-ci ildə ölümü ilə sonlandı. Sülalənin son hökmdar üzvü isə onun qızı Mariya oldu. Onun Fransadan xaricdə yerləşən bütün mülk və əmlakları ölümündən sonra oğlu Yaraşıqlı Filippə ardından isə mənsub olduğu Habsburq ailəsinə miras qaldı. Burqundiya hersoqluğu isə Fransa krallığına birləşdirildi.

Sıra Hersoq Səltənət illəri Taxt hüququ
1. Cəsur Filipp

1342-1404

(62 yaş)

6 sentyabr 1363

27 aprel 1404

2. Qorxusuz Con

1371-1419

(48 yaş)

27 aprel 1404

10 sentyabr 1419

3. Xeyirxah Filipp

1396-1467

(70 yaş)

10 sentyabr 1419

15 iyun 1467

4. Cəsur Karl

1433-1477

(43 yaş)

15 iyun 1467

5 yanvar 1477

5. Mariya

1457-1482

(25 yaş)

5 yanvar 1477

27 mart 1482

  • Cəsur Karlın yeganə rəsmi varisi və sülalənin son hökmdar üzvü.
  • Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363-1477. Boydell Press. ISBN 978-1-84383-162-4