Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə Ömərova və Vidadi Həsənov ifa edirlər.
Burulğan | |
---|---|
Fayl:Burulğan (film, 1986).jpg | |
Janr |
dram macəra müəmma |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri |
Eldar Quliyev Ramiz Fətəliyev |
Baş rollarda |
Məmməd Məmmədov Eqle Qabrenayte Eldar Tağıyev Həmidə Ömərova Vidadi Həsənov |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Müslüm Maqomayev |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 29 yanvar 1986 |
Filmin digər adı | Şəhərkənarı gəzinti |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 85 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1986 |
Texniki məlumatlar |
9 hissə 2508 metr |
Rəng | rəngli |
IMDb | ID0297476 |
Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir.[1]
Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur.[1]