Vidadi İsmayıl oğlu Həsənov (16 iyul 1958, Kirovabad) — Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2019), "M. Teatr Production"un bədii rəhbəri (2016-cı ildən), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).[1]
Vidadi Həsənov | |
---|---|
Doğum tarixi | 16 iyul 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.
Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.
Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə 2009-cu ildə Tiflis,2010-cu ildə Moskvada ssenaristlər kursunu keçıərək beynəlxalq sertifikat alıb. Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə 2011-ci ildə Almata şəhərində keçirilən tələbələrin I beynəlxlaq teatr festivalında rəhbəri olduğu kursun tələbələri "Qran-pri" mükafatı alıb.
2016-cı ildə "Media Company"-nin nəzdində yaradılmış "M. Teatr Production"un bədii rəhbəridir.[2][3]
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[4]
7 may 2021-ci ildə[5] və 10 may 2022-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[7]