Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var.[1]
Buzluq | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2390 m |
Yerləşməsi | |
40°12′55″ şm. e. 46°19′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir.
Buzluq dağı Qarabağ silsiləsinə daxildir. 1993-cü il martın 27-də Buzluq dağı və Ağdaban kəndi Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Buzluq dağı və Ağdaban kəndinin işğalçıların nəzarətinə keçməsi Kəlbəcərin işğalının başlanğıcı sayılır. Məhz bu strateji yüksəklik və Ağdaban kəndinin işğalından sonra Ermənistan ordusunun Kəlbəcərə yolu açılıb və 1993-cü il apreln 2-də Kəlbəcər tam işğal olunub.
"Qisas" əməliyyatı çərçivəsində 2022-ci il avqustun 3-də Buzluq dağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bu, eyni zamanda artıq Ağdaban kəndinin də Azərbaycan Ordusunun nəzarətinə keçməsi deməkdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu barədə avqustun 6-da məlumat yayıb. Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzluq dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.[2]