Maykop Cümə məscidi adıq Мыекъуапэ йы гурыт мэщыт — Adıgey Respublikasının Maykop şəhərinin əsas katedral cümə-məscidi. Adıgey Respublikası və Krasnodar Diyarı Müsəlmanları Ruhani İdarəsinin yerləşdiyi yerdir. Məscidin tikinti Birləşmiş Ərəb Əmirliklərinin keçmiş vəliəhdi-Əl-Qasimi qəbiləsinin üzvü Хalid Bin Sakr-əl-Qasiminin şəxsi vəsaiti hesabına inşa edilmişdir. Məscidin imamı İbrahim Şxalaxovdur.
Cümə məscidi | |
---|---|
adıq Мыекъуапэ йы гурыт мэщыт | |
| |
44°36′26″ şm. e. 40°05′51″ ş. u. | |
Ölkə |
Rusiya Adıgey |
Status | fəaliyyət göstərir |
Şəhər | Maykop |
Sifarişçi | Хalid Bin Sakr-əl-Qasimi |
Tikilmə tarixi | 1999-2000 |
Üslubu | İslam memarlığı |
Minarələri | 4 |
Günbəzləri | 5 |
Material | ağ daş |
XIII əsrdə Şimali Qafqaz Qızıl Ordanın tərkibinə daxil oldu və adıgeylər də daxil olmaqla əhalinin əksəriyyəti Özbək xanın (1312-1342)dövründə islamı qəbul etdi.
XVII əsrdə Osmanlı səyyahı Övliya Çələbi dağlarda yaşayan adıgeyləri ziyarət edərək, "Adıgeylərin Allah dininə sitayiş etdiyini və donuz əti yemədiyini" bildirir.
XIX və XX əsrin əvvəllərində, Adıgey kəndlərinin əksəriyyətində bir neçə məscid fəaliyyət göstərirdi.
Sovet dövründə, din əleyhinə kampaniya çərçivəsində tarixçilər və publisistlər islamın Adıgey tarixinə və mədəniyyətinə təsirini minimuma endirməyə çalışırdılar. Mistik təsəvvürlərə və insanların sadə cahilliyinə əsaslanan qədim bütpərəst dinlərin öyrənilməsinə üstünlük verilirdi. Ateist məqsədlər üçün, adıgeylərin güclü islam tərəfdarlarının olmadığı barədə yalançı bir nəzəriyyə hazırlanmışdı. Bu mif hələ də ictimai şüurda və bəzi elm adamları arasında bu günə qədər mövcuddur.[1]
Lakin buna baxmayaraq, SSRİ dağıldıqdan sonra əhali yenidən sərbəst şəkildə dinlə məşğul olmağa başlayır. Nəticədə məscidlərin də sayı artır. 2019-cu ildə artıq Adıgeydə 40, Krasnodar diyarında 7 məscid fəaliyyət göstərirdi.[2] Lakin bu məscidlərin xırda olması, əhalinin artan tələblərini ödəmirdi. Nəticədə Adıgey Respublikası rəhbərliyi yeni iri məcsidin tikilməsinə qərar verdi.[3]
Maykop şəhərinin Cümə Məscidi respublika rəhbərliyinin təşəbbüsü ilə inşa edilmişdir. Tikinti işləri Birləşmiş Ərəb Əmirliklərinin keçmiş Ras əl-Xaimah vəliəhd şahzadəsi-Əl-Qasimi qəbiləsinin üzvü şahzadə Xalidə bin Sakr əl-Qasiminin şəxsi vəsaiti hesabına aparılıb. Binanın dizaynı Adıgey Respublikasının əməkdar rəssamı Abdulah Bersirov tərəfindən hazırlanıb.
Cümə Məscidinin inşası 1999-cu ilin aprelində başlamış və rekord müddətdə 18 ay ərzində bitmişdir. Məscidin inşası 2000-ci ilin oktyabrında tamamlanmışdır. 2000-ci il noyabrın 2-də Cümə Məscidinin təntənəli şəkildə açılşı baş tutmuşdur.
Məscidin xarici üzü ağ daşdan hazırlanmışdır. Minarələrin günbəzləri və günbəzlərin üzəri göyü simvolizə edən mavi rəngllə rənglənmişdir.Məscid binası əsas binanın mərkəzində yerləşən 4 kiçik qübbə, ardınca 4 minarə ilə əhatə olunmuş cəmi 5 günbəzə malikdir.
Məscidin daxili divarları müasir qızılı şriftlə yazılmış Qurandan ayələrlə bəzədilmişdir.
Cümə məscidi Maykop şəhər meydanlarından birində "Dostluq" meydanında Maykopskaya küçəsini ikiyə bölərək Sovetskaya və Pioneerskaya küçələri arasında, yerləşir. Məscidin rəsmi ünvanı Sovetskaya küçəsi, 200-dür.[4]