Cümhuriyyət Ağacı Türkiyənin İzmir ilinin Konak ilçəsində, Gündoğdu Meydanı içərisində yerləşən abidədir. 2003-cü ildə tamamlanan abidə İstiqlaliyyət müharibəsini təmsil edir. Misdən hazırlanmış heykəlin hündürlüyü 5 metr, mərmərlə örtülü pedestalın hündürlüyü 8,5 metr, abidənin bütöv hündürlüyü 13,5 metrdir.
Cümhuriyyət Ağacı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | abidə |
Ölkə | |
Texniki detallar | |
Material | mis, mərmər |
Vikianbarda əlaqəli mediafayllar |
1997-ci ildən etibarən dəniz dolğusu ilə genişləndirilən Kordon üzərində 2000- ci ildə Gündoğdu Meydanı salındı.[1] İzmir Böyükşəhər Bələdiyyəsi meydana abidə qoyulmağı üçün heykəltaraş Fərid Özşen ilə razılaşdı.[2] 2003-cü ildə tamamlanan abidə eyni il Cümhuriyyətin elan edilməsinin 80 illiyi münasibətiylə 29 oktyabrda açıldı.[3] 2014-cü ildə Türkiyə yerli seçkilərindən əvvəl 16 mart tarixində Gündoğdu Meydanında təşkil edilən AKP mitinqində abidə vandalların hücumuna məruz qaldı.[4]
Cümhuriyyət Ağacı 8,5 m hündürlüyündə mərmərlə örtülü pedestal və bu pedestalın üzərinə yerləşdirilən on atlının təmsil edildiyi mis heykəldən ibarətdir.[2][5] Ümumi uzunluğu 13,5 metr olan abidənin pedestalında Hitit, Səlcuqlu və Osmanlı mədəniyyətlərini və cümhuriyyətin qurulmasından bəhs edən qabartmalar və yazılar yerləşdirilib.[2][5] İstiqlaliyyət müharibəsini təmsil edən heykəl daha yaxşı işıq alması üçün üzü qərbə tərəf tikilmişdir.[2] Heykəldə təmsil edilən atlıların üzləri bilinmir və əskər ya da sivil geyimləri yoxdur.[2] Abidənin ətrafına daş və sütunlardan ibarət bir kölgəlik qoyulması təklifi Ətraf-Mühit və Şəhərçilik Nazirliyi tərəfindən qəbul edilmədi[6]