Cəlal Adan

Cəlal Adan (10 sentyabr 1951, Tutağ, Ağrı ili) — meşə mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]

Cəlal Adan
18 fevral 2019 – 24 fevral 2019
ƏvvəlkiBinəli Yıldırım
SonrakıMustafa Şəntop
Vəzifədədir
12 iyul 2018-ci ildən
ƏvvəlkiKoray Aydın
Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
28 iyun 2011-ci ildən
Seçki dairəsi2011İstanbul (2.)
iyun, 2015İstanbul (2.)
noyabr, 2015İstanbul (2.)
2018İstanbul (2.)
2023İstanbul (2.)
18 noyabr 1999 – 14 noyabr 2002
Seçki dairəsi1999İstanbul
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1951(1951-09-10) (73 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
celaladan.com.tr

Cəlal Adan 1951-cı ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Universiteti Meşə təsərrüfatı Bölməsindən məzun olub.[1]

Uzun illərdir MHP üzvüdür. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl MHP-də müfəttiş və təlilçi olub. Daha sonra 1999-2002-ci illərdə DYP, 2007-2011-ci illərdə isə DP üzvü olub. 2011-ci ildə MHP-yə qayıdıb. MHP sədrinin baş müşaviri olub. 4 noyabr 2012-ci ildə MHP sədrinin siyasi məsələlərdən və TBMM-dən məsul müavini vəzifəsinə seçilib. 12 iyul 2018-ci ildə TBMM sədr müavini seçildiyinə görə vəzifəsindən istefa verib.[1]

1991-ci ildə Doğru Yol Partiyasının namizədi olaraq İstanbul ilindən TBMM-nin 21-ci çağırışının deputatı seçilib. 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə MHP namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının və TBMM Ədalət Komissiyasının üzvü vəzifələrində təmsil olunub.[1]

12 iyul 2018-ci ildə TBMM sədrinin müavini seçilib. TBMM sədri Binəli Yıldırımın 18 fevral 2019-cu ildə istefa verməsindən sonra 18-24 fevralda TBMM sədri olub.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Celal ADAN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.