Qasımov Cəlal Əbil oğlu (1959, Püsyan, Noraşen rayonu – 31 oktyabr 2021) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar müəllim,[1]AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri (2021). Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı.
Cəlal Qasımov | |
---|---|
Doğum tarixi | 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 2021 |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
Cəlal Qasımov 15 yanvar 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur[1]. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiyyatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1984–1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991–1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Ölümündən sonra 15 yanvar 2022-ci ildə AMEA Folklor İnstitutunda "Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim" mövzusunda elmi sessiya keçirilib[2][3]
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində xidmət etdiyi müddət ərzində dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |