Bu məqalə tayfa haqqındadır. Xanədanlıq üçün Cəlairilər sultanlığı səhifəsinə baxın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa.
Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər.
Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb.
Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü.
Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır. Qəribədir ki, Monqolustan hakimi Dayan xan nəvəsi Qeresendze də, cəlair-xunytayci kimi ayama ilə adlandırılmışdı. Bəzi məlumatlara görə onun 4, digər mülahizələrə görə isə 7 oğlu vardı, hansılar ki, sonralar yeddi xalxac qoşunlarına başçılıq ediblər.
Cəlairlər xalqı on tayfaya bölünürdülər, onlardan ən başlıcasını Rəşidəddin cat tayfası adlandırır. Mukali qoyon və Munkasar-noyon məhz bu tayfaya aid idilər.
Nəzərə alsaq ki, "lar" türk dillərində cəm hal şəkilçisi bildirir, təxmin etmək olar ki, "cəlair" etnonimi başlıca tayfanın adından yaranıb xüsusən ona görə ki, "cəlair" adına qədim türklərin tərkibində VIII əsr toqon traktatında colto tayfası haqda işarə istisna olmaqla XI əsrə qədər tarixi mənbələrdə praktiki olaraq rast gəlinmir. "Cad" (cat, azad, yad və s.) etnoniminə tarixdə daha çox təsadüf olunur.
Hələ Ptolomey bizim eranın birinci əsrlərində indiki Sır-Dərya sahillərində yaşamış "Yatii" xalqı haqda xatırlama verir. Orta əsrlər ərəb coğrafları həmin yerlərdə yəcuc və məcuc (bu haqda Quranda da yazılıb) (Incildə Qoq və Moqoq) xalqlarını yerləşdirir. Bunlar uzun müddət mifik xalqlar kimi sayılıb, lakin sonuncu yüz ilik ərzində alimlər dəfələrlə sübut ediblər ki, miflər çox zaman gerçək əsaslara malikdirlər. Yatii-Yəcucu-cad-bir növ varislik sırası ilə düzülüblər. "C" **affrikatı** --"DZ", "Z", "çy", "SZ" hətta azsaylı etnosun dilində (müqayisə edin: cunqar-çyunqar-szyunqar-zyunqar), bir çox türk ləhcələrində isə — "y" yaxud "u" variantları ola bilər.
Və hətta onun adı nəsil-tayfa mənsubiyyətindən danışır. Demək olar bütün Avrasiya xalqlarında etnik yaxud toponomik mənsubiyyət anadan olarkən verilən adla eyni zamanda baş verib, bəzən onu əvəz edib. Cəlayır ittifaqını təşkil edən tayfa türk və monqol xalqlarının etnogenezində əhəmiyyətli rol oynayıb. Onların ən parlaq nümayəndələri uzun zaman xələflərinin gürur predmeti olacaq.
Cəlayır eli Azərbaycanda dövlət qurmuşdu.
XVIII yüzildə Cəlayır eli öz müstəqilliyini itirib oymaq şəklində Avşar elinin tərkibinə daxil oldular. Cəlayır oymağı Avşar dövlətinin yaranmasında önəmli rol oynamışdı.
Monqolların gizli tarixi" həmçinin Çingiz xanın əcdadı Bodonçarın istila etdiyi "Cad" tayfası haqda məlumat verir. Qədim müəllif bu tayfanın ardından "Cadaran" tayfasının adını da qeyd edir, hansının ki, başçısı o dövrdə Camuxa olub. Mənbə həm də tayfanın ləqəbinin "bolyuk" olduğunu da, göstərir. Rəşidəddin bunu təsdiq edir, hərçənd "belaqe" ayamasını bütün cəlairlərə şamil edir. Çin məlumağlarına görə XIII əsrdə Çu çayından şimali-şərqə tərəf yerlər Jdu adlanıb. Rəşidəddin o yeri Cu ölkəsi kimi xatırlayır.
Mühəmməd Heydər özünün "Tarixi-i Rəşidi" əsərində məlumat verir: "Cu-Monqolustanın bir aylıq yol məsafəsindəki yerlərindən biridir…" Mətndə Cud ölkəsi kimi də yazı var. "A" və "U" saitləri variasiya oluna bilər. Cənubi Qazaxıstanın "kurama" etnik qrupu arasında professor Radlov tərəfindən "Culair" nəsli qeyd olunub.
XV–XVI əsrlərdə Cunqariyanın da bir hissəsinin daxil olduğu Şərqi Türkistan Orta Asiya xalqları arasında Cete adını daşıyırdı. Müəyyən şübhələr olmasaydı bu halı bu məqalənin mövzusu ilə əlaqələndirmək cəlbedici olardı. Oyrat-kalmık etnonomi dörbönlülərin müharibəyə qədər Zetovşda oymağın şimal ulusunda Zyed yaxud Zed və Don kalmıkları arasındakı qakmaaninin Zad və Zed kevyud nəsillərinə rast gəlinir.
Zad etnoniminin etimologiyası çox, o cümlədən əfsanəvi və məişət xarakterli versiyaları birləşdirir. Çətin ki, onu tatarlardan çıxan Ozed ilə (Jzed) alaqələndirmək mümkün olsun. Bu halda nəslin adı başqa cür səslənərdi, belə ki, mənsubiyyət bildirən şəkilçiləri:-- ekin, exin və digərlərini ehtiva etmiş olardı.
Zetlərin həmçinin Samodiy mənşəli olması da az inandırıcıdır.
Cənubi Sibir xalqlarında Çot və Çoğdu etnonimləri ilə müqayisə onların türk köklərindən olması haqda daha çox fikir yaradır.Özbəklər arasında Çit, türkmənlərdə-Çoundar (çoudar, çağdar) etnik qruplar var. Eyni zamanda 92 özbək nəsillərinin siyahısında "sut", qırğızlarda "sul" iştirak edirlər və bunlar "Cad" etnonimi ilə daha çox səsləşirlər.
Q. O. Adyevin "zvedlərin" kalmık "Ze" (bacıoğlu) sözündən yaranması mümkünlüyü haqda ehtimalları yəni, Çingixzlərin qadın xətti ilə nəsil törəməsi olmasını da ciddi qəbul etmək olmaz. Matriarxat enoxası Çingiz xanın anadan olmasından min il əvvəl sona yetib və körəri xalqlarda nəsil adının varisliyi yalnız kişilər vasitəsilə həyata keçrilir.
Tədqiqatçılar qeyd edirlər ki, XIX–XX əsrlər arasında xoşeut (qovşut) ulusu içərisində Şangas və telingid nəsilləri, Böyükderbet ulusu arasında isə burullar, telingud oymaqları köçəbəlik ediblər.
Rəşidəddin onları cəlayırların tərkibipndə şankut (Şanqut oymağı) və telengit (Telengit oymağı) tayfaları kimi göstərir. Və əgər telenqitlərin kalmıklar arasında zühur etməsinə münasibətdə yalnız bir neçə tamamilə inandırıcı hipotez və fikirlər varsa, onda şangutlar və şangasların varisliyi xüsusi şübhə doğurmur. Şangas nəslinə böyük oyrat-kalmık maarifçisi Zaya-pandit də məxsusdur.