Cəmşid Əmirov

Əmirov Cəmşid Cabbar oğlu (10 fevral 1918, Naxçıvan29 dekabr 1982) — nasir, Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Cəmşid Əmirov
Cəmşid Cabbar oğlu Əmirov
Doğum tarixi 10 fevral 1918(1918-02-10)
Doğum yeri
Vəfat tarixi 29 dekabr 1982(1982-12-29) (64 yaşında)
Təhsili
İxtisası mühəndis-geoloq
Fəaliyyəti yazıçı
Janr detektiv
İlk əsəri Dəqiqələr, saniyələr...
Üzvlüyü
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni
cemshidemirov.com

Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. "Azərbaycan gəncləri" qəzetində məsul katib (1937–1940), "Gənc işçi" qəzetində şöbə müdiri (1940–1941), "Bolşevik" qəzetində məsul katib (1941), "Əzizbəyovneft" şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, AvstriyaÇində olmuşdur.

Ordudan tərxis ediləndən sonra "Amustral"ın tikintisində fəal iştirak etmişdir. Sonra "Azərbaycan gəncləri" qəzetində şöbə müdiri, "Sovet ticarəti" (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş redaktor, "Azərbaycan neft təsərrüfatı" jurnalında redaktor müavini, "Bakı" qəzetində şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969–1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır. "Vətən müharibəsi" (I dərəcəli), "Qırmızı ulduz" ordenləri, "Döyüşdə fərqlənməyə görə", "Köniqsberqin alınmasına görə", "Berlinin alınmasına görə", "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə" medallarına layiq görülmüşdür. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyetonhekayələrlə başlamışdır. Onun ilk mətbu oçerki "Dəqiqələr, saniyələr…" "Azərbaycan gəncləri" qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilmişdir. Ədliyyə polkovniki Çingiz Əmirovun atasıdır. 1982-ci il dekabrın 29-da vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

C. Əmirov yaradıcılığının hər iki istiqamətində — həm jurnalist, həm də yazıçı olaraq uğurlu bir yol keçmişdir. Qəzetdə fəaliyyət göstərdiyi müddətdə oxucuların diqqətini daim cəlb etmiş, onlarla söhbətləşərək şikayətləri haqqında tənqidi məqalələr yazmışdır. Onun bəzi məqalələri "Bəbirov qardaşları" imzası ilə dərc olunmuşdur və məhz bu səbəbdəndir ki, redaksiyaya zəng edən oxucular — "Mənə Bəbirov lazımdır", deyərək Cəmşid Əmirovu nəzərdə tuturdu. "Bakı" qəzetinin "Bədən tərbiyəsi və idman şöbəsi"nin müdiri olan C. Əmirov idman sahəsi istiqamətində maraqlı məqalələr yazmışdır. "Bakı" qəzetinin idman mövzusunu bütün qəzetlərdən daha geniş və maraqla işıqlandırılması, bununla da oxucu rəğbətini qazanması kimi gözəl ənənə məhz C. Əmirovun uğuru idi[1]. Müəllif məhkəmə prosesində baxılmış cinayətləri araşdırmış, onlara aid oçerkməqalələr, habelə iri həcmli əsərlər də yazmışdır. XX əsrin 50–60-cı illərində Cəmşid Əmirov maraqlı süjet xətlərinə malik olan əsərlər yazmışdır. O, ilk irihəcmli və Azərbaycan ədəbiyyatının ilk detektiv əsəri olan "Sahil əməliyyatı" povestini 1958-ci ildə "Azərbaycan" jurnalında dərc etdirmişdir.

Əsərlərinin nəşri

[redaktə | mənbəni redaktə et]
  1. Brliyant məsələsi. Bakı: 1962, 424 səh.
  2. Sahil əməliyyatı. Bakı: Uşaqgəncnəşr, 1958, 274 səh.
  3. Brilliant məsələsi. Bakı: Azərnəşr, 1963, 328 səh.
  4. Qara "Volqa". Bakı: Azərnəşr, 1966, 312 səh.
  5. Qara "Volqa". Bakı: Azərnəşr, 1969, 312 səh.
  6. Şəhər yatarkən. Bakı: Yazıçı, 1982, 200 səh.
  1. İstintaq davam edir (film, 1966)
  2. Qara "Volqa" (film, 1994)
  • Detektiv əsərlərin banisi Cəmşid Əmirov [Mətn] : Cəmşid Əmirovun 100 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad. Resp. Uşaq Kitabxanası ; tərt.: A. Əliyeva, Ş. Əliyeva ; red. K. Ağazadə ; ixtisas red. və buraxıl. məsul Ş. Qəmbərova. Bakı: [F. Köçərli ad. Resp. Uşaq Kitabxanası], 2018, 15 s.
  • "Gənc işçi"dən "Bakı" yadək… [Mətn]: Yazıçı, publisist Cəmşid Əmirovun 100 yaş tamam olur /A. Kənan, Şərq.-2018.- 23 fevral.- S.11.
  • Detektiv yazıçı haqqında düşüncələr [Mətn] /A. Kənan, Respublika.-2018.- 11 fevral.- S.6
  1. Davud Dəmirli. Ata məhəbbəti. Bakı. 2007. səh. 192.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]