Cənnə Böyük məscidi (fr. Grande mosquée de Djenné, ərəb. الجامع الكبير في جينيه) Sudan-Sahel memarlıq üslubunun ən böyük nailiyyətlərindən biri və çoxlu memarların təxəyülünün məhsulu olan böyük çiy kərpic tikilisidir. Məscid Malinin Cənnə şəhərində Bani çayının çaybasar hissəsində yerləşir. Bu yerdə ilk məscid 13-cü əsrdə tikilib, lakin hazırkı struktur 1907-ci ilə təsadüf edir. Eləcə də, Cənnə icmasının mərkəzi olan bu yer Afrikanın ən məşhur memarlıq abidələrindən biridir. Cənnənin Qədim şəhər hissəsi ilə yanaşı bu tikili 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub.
Cənnə Böyük məscidi | |
---|---|
ərəb. الجامع الكبير في جينيه | |
13°54′19″ şm. e. 4°33′20″ q. u.HGYO | |
Ölkə | Mali |
Şəhər | Cənnə |
Yerləşir | Cenne |
Tikilmə tarixi | 1906-1909 |
Üslubu | Sudan-Sahel memarlığı |
Hündürlüyü | 16 m |
Minarələri | 3 (hündürlük: 50 m) |
Vəziyyəti | stabil |
Rəsmi sayt | greatmosqueofdjenne.com |
Rəsmi adı: Old Towns of Djenné | |
Tipi | Mədəni |
Kriteriya | iii,iv |
Təyin edilib | 1988 |
İstinad nöm. | 116 |
Dövlət | Mali |
Region | Afrika |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cənnədə birinci məscidin tikilməsinin dəqiq tarixi məlum deyil, ancaq tarix kimi 1200-cü ilin əvvəlləri və 1330-cu illərin sonu göstərilir.[1] Məscidin mövcudluğunu bildirən ən qədim sənəd on yeddinci əsrin ortalarında mövcud olmuş ehtimal ki, şifahi ənənələrdən ilk tarixi məlumatı verən Abd əl-Sadinin Tarix əl-Sudan[ing.] gündəliyidir. Bu gündəlikdə Sultan Kunburunun müsəlman olması və öz sarayını sökdürərək, yerində məscid inşa etdirməsi göstərilir. O, yaxınlıqda məscidin şərq tərəfində özü üçün başqa bir saray tikdirir.[2] Sonrakı Sultan ətrafda divarlar tikdirdiyi müddətdə onun ən yaxın varisi məscidin qalalarını tikdirmişdir.[3]
Böyük məscid haqqında fransız tədqiqatçısı Rene Kale[ing.]nin 1828-ci ildə Cənnəyə səfər etməsinə qədər digər yazılı informasiya yoxdur. Rene Kale qeyd edirdi:
Cənnədə iki böyük, ancaq hündür olmayan qalaların yaxınlığında üstündən keçilə bilən yer üzərində tikilmiş məscid var; bu yöndəmsiz bir tərzdə tikilib, buna baxmayaraq çox böyükdür. Bura minlərlə qaranquşun yuvalarını tikdiyi tərk edilmiş yerdir. Ümumi olan kiçik xarici meydançada ibadət edən şəxsin kənar durmasına səbəb olan çox xoşagəlməz qoxu var. Mən tez-tez məscidin ətrafına gedirdim və həmişə qocalıq, korluq və digər xəstəliklərlə yanaşı dilənçiliyin azaldığını, yoxsulların sayını müşahidə edirdim.[4] |
Rene Kalenin səfərindən on il əvvəl, Fulani lideri Seku Amadu[ing.] müqəddəs müharibəyə başlayıb və şəhəri ələ keçirib. Seku Amadu görünür mövcud olan məscdi bəyənmədi və qəza vəziyyətində olan məscidin məhv olmasına imkan yaratdı. Bu Kalenin gördüyü tikili ola bilərdi. Seku Amadu həmçinin bütün qonşuluqda olan məscidləri bağlatdırdı.[5] 1834 və 1836-cı illər arasında Seku Amadu keçmiş sarayının yerində mövcud olan məscidin şərqində yeni məscid tikdirdi. Yeni məscid heç bir qala və ya ornamentləri olmayan alçaq, geniş tikili idi.[6]
Lui Arşinarın başçılığı ilə fransız orduları 1893-cü ilin aprelində Cənnəni tutdu. Bir müddət sonra, fransız jurnalist Feliks Dubois şəhərə səyahət etdi və ilkin məscidin qalıqlarını təsvir etdi.[7] Onun səfəri zamanında dağıdılmış məscidin daxili hissəsi qəbiristanlıq kimi istifadə olunmuşdur.[8] Özünün 1897-ci ildəki Sirli Timbuktu kitabında (fr. Tombouctou la Mystérieuse) Dubois tərk edilməzdən əvvəl məscidin necə göründüyünü təsəvvür etdiyi kimi plan və çertyojunu çəkmişdi.[9]
1906-cı ildə Fransız administrasiyası şəhərdə orijinal məscidin bərpasının və eyni zamanda Seku Amadunun məscidinin yerində tikiləcək məktəbin təşkilini həyata keçirib. Bərpa işləri bənnaların birliyi və Cənnənin başçısı İsmail Traorenin rəhbərliyi altında məcburi əl əməyindən istifadə edilərək 1907-ci ildə tamamlandı. Həmin vaxta çəkilmiş şəkillərdən , orijinal məscidin müşayiət olunan xarici divarlarının ən azı bir neçə vəziyyəti gözə görünürdü, ancaq əvvəlki quruluşda dam örtüyünü saxlayan köməkçi sütunların olduğu aydın deyil.[1] Yəqin demək olar ki, yeni bərpa olunmuş məsciddə qiblə divarlarında əvvəllər mövcud olmayan üç böyük qalanın simmetrik təşkili idi. Yeni tikilmiş məscidə Fransız təsirinə nə dərəcədə məruz qaldığı barədə müzakirələr olub.[1]
Dubois 1910-cu ildə Cənnəyə yenidən səfər edərkən, yeni tikilmiş tikilini görüb sarsıldı. O inanırdı ki, fransız müstəmləkə administrasiyası dizayna görə məsuliyyət daşıyır və yazırdı ki, bu bədrəftar adam və kilsə orqanı arasında xaç kimi görünürdü. O, fikirləşdi ki, binanın hazırlanmış konusları Allaha həsr olunmuş məbədin barokkosunu xatırladır.[10] Bunun əksinə olaraq, Jan-Lui Burjua iddia edirdi ki, Fransanın daxili tağlar üçün güman ki başqa təsiri az idi və layihə əsasən Afrika üslubunda idi.[11]
Şərq divarının qarşısındakı terrasa iki türbə daxildir. Cənubda yerləşən daha böyük türbədə 18–ci əsrin ən məşhur imamı Almany İsmalanın qalıqları toplanmışdır.[12] Fransız müstəmləkə dövrünün əvvəllərində məscidin şərq tərəfində yerləşən nohur indi hər həftə bazar üçün istifadə olunan açıq sahə yaratmaq üçün torpaqla doldurulmuşdur.[13]
Elektrik xətləri və su kəməri Malidəki bir çox məscidlərə əlavə olunub. Bəzi hallarda məscidin orijinal səthi tarixi görünüşünün məhv olamsı və bəzi hallarda binanın strukturunun bütövlüyünə xələl gəlməsinə görə kirəmitlə örtülüb. Böyük məscid səsucaldan sistemi ilə təhciz olunduğu zaman Cənnənin vətəndaşları tikilinin tarixi bütövlüyünün lehinə müasirləşməyə müqavimət göstəriblər. Bir çox tarixi mühafizəçilər cənmiyyətin məscidin qorunub saxlanmasına göstərdiyi səyləri yüksək qiymətləndiriblər və tikiliyə bu cəhətdən maraq 1990-cı illərdə artıb.
1996-cı ildə Vogue qəzeti məscidin içərisində geyim çəkilişini həyata keçirib. Zəif-geyinmiş qadınların moda şəkilləri yerli əhalinin narazılığına səbəb olur və nəticədə qeyri–müsəlmanların o vaxtdan bəri məscidə girişi qadağan olunub.[14] Məsciddən kadrlar 2005-ci ildə ekranlaşdırılmış Saxara filmində yer alıb.
Böyük məscidin divarları bişmiş kərpic , qum və torpaq əsaslı əhəng məhlulundan hazırlanıb və tikiliyə hamar, qabarıq görkəm verən suvaqla örtülüb. Tikilinin divarları yer səthindən təxminən 60 sm toron adlanan ronier palması[ing.]nın çubuqları ilə bağlanıb. Toron həmçinin illik təmir işləri üçün taxtabəndlərin hazırlamasında istifadə edilir. Keramik yarı borular da divarları birbaşa yağış sularından qorumaq üçün dam xəttindən uzaldılıb.[15]
Məscid bazar səviyyəsindən 3 metr yuxarıda təxminən 75X75 metr ölçülərində platforma üzərində tikilib. Platforma Bani çayında baş vermiş daşqınların məscidə ziyan vurmasının qarşısını alır. Məscidin hər biri qala bürcləri ilə bəzədilmiş altı sıra pilləkən girişi var. Əsas giriş məscidin şimal tərəfindədir. Böyük məscidin xarici divarları bir-birinə eynilə düzbucaqlı deyil, nəzərəçarpan trapesiyaşəkilli xarici xətlərə malikdir.[16][17]
Böyük məscidin ibadət divarı və ya qibləsi şərq istiqamətində Məkkə tərəfədir və şəhərin bazarına açılır. Qiblə əsas divardan çöldə üç böyük qutuya oxşayan qalalar və ya tağşəkilli minarələr vasitəsilə saxlanılır.[18] Mərkəzi qala təqribən 16 metr hündürlüyündədir. Hər bir minarənin zirvəsi qala bürcləri və ya şpillərlə konusşəkilli dəvəquşu yumurtası formasında tamamlanır.[19] Şərqi divar təxminən 3 metr qalınlığındadır və hər birinin başında qala bürcləri olan dayaq divarlarına oxşayan on səkkiz pilyastr[ing.] ilə xarici görünüşü möhkəmləndirilib. Guşələr qala bürcləri ilə örtülmüş və toronlarla bəzədilmiş dördkünc formalı dayaq divarları şəklində formalaşıb.[12]
İbadət zalı təxminən 26-dan 50 mertədək ölçüdədir və qiblə divarının arxasında məscidin şərq hissəsini tutur. Bu layihə ibadət zalının interyerini əhatə edən və görmə sahəsini ciddi şəkildə aşağı salan doxsan iri düzbucaq şəkilli sütunlarla meşə yaradır. Şimal və cənub divardakı kiçik, qeyri-müntəzəm-yerləşən pəncərələr zalın daxilinin təbii işıqlığını artırmağa imkan verir. Döşəməsi qum-torpaq qarışığından ibarətdir.[20]
İbadət zalı içərisində qiblə divarında üç qalanın hər biri taxça və ya mehraba malikdir. İman gətirən dindarlar böyük mərkəzi qalada mehrab üzərində namazlarını qılırlar. Mərkəzi mehrabın tavanındakı dar giriş qalada dam səviyyəsindən yuxarıda yerləşən kiçik otaqla əlaqələndirilir. Keçmiş dövrlərdə carçı şəhərdə insanlara imamın sözərini təkrar etdirərdi. Mərkəzi qalada mehrabın sağ tərəfində imamın Cümə xütbəsini verdiyi yer minbər yerləşir.[12]
Qiblə divarındakı qalanın damı ilə ibadət zalını birləşdirən pilləkəni yoxdur. İki kvadrat qalaların əvəzinə dam örtüyünü mənzilə aparan pilləkənlər var. Pilləkənlərin bir sırası ibadət zalının cənub-qərb küncündə yerləşir, digər bir sırası isə yalnız məscidin xaricindən görüləbilən şimal tərəfdə əsas giriş yaxınlığında yerləşir. Damdakı kiçik nəfəsliklərdə dəyişdirilə bilən tərsinə çevrilmiş soba camlar yerləşir. Bunlar isti havanın binanı tərk etməsinə və binanın içərisinin havasının dəyişməsinə imkan yaradır.
İbadət zalının qərbində yerləşən və ölçüləri 20 m x 46 m olan daxili həyət üç tərəfdən qalereya ilə əhatə olunmuşdur. Qalereyanın divarları qarşısındakı həyətdə tağvari aralar növbələnir. Qərb qalereyası qadınlar tərəfindən istifadə üçün nəzərdə tutulub.[21]
Buna baxmayaraq məscidi qoruyub saxlamaq üçün 1907-ci ildə fasadın tikintisindən bəri yalnız dizayn üçün kiçik dəyişikliklər hazırlanıb. Məsciddə həmçinin künc dayaq-divarlar üzərində heç bir şey olmamasına baxmayaraq, çox az toronlar var idi.[22][23] Dərc edilmiş fotoşəkillərdən görünür ki, 1990-cı illərin əvvəllərində iki əlavə toron sırası divarlara əlavə olunub.[24]
Cənnənin bütün icması unikal illik festival vasitəsilə məscidin qoruyub saxlanılmasında fəal rol oynayır. Bunlara ərzaq təminatı və musiqi tədbirləri daxildir, ancaq ötən illər ərzində məscidə dəymiş ziyanın aradan qaldırılması da məqsəd kimi ortaya qoyulur (buna ən çox illik yağıntıların səbəb olduğu eroziya və temperatur və nəmliyin dəyişməsinin səbəb olduğu çatlar aiddir). Günlər festivala gətirib çıxarır, suvaq çalalarda hazırlanır. Bu işlər bir neçə gün vaxt tələb edir, ancaq daimi olaraq qarışığı qatışdırmaq lazımdır və bu məsələ, adətən, cavan oğlanların üzərinə düşür. Kişilər məscidin üzərində qurulmuş taxtabənd və palma ağacından hazırlanmış pilləkənlərə dırmaşır və məscidin divarlarının üzünə suvaq yaxırlar.
Kişilərin digər bir qrupu işçi kimi quyulardan suvaq qarışığını daşıyırlar. Məscidə kimin birinci suvağı çatdıracağını görmək üçün festivalın başlanğıcında yarış təşkil olunur. Qadınlar və qızlar festival zamanı məsciddəki işçilərə və festivaldan əvvəl isə suvaq quyularına su daşıyırlar. Cənnənin Bənna İttifaqının üzvləri işə rəhbərlik edirlər. Festivalda artıq çox iştirak etmiş yaşlı üzvlər isə bazar meydanında yerləşən şərəf kürsüsündə oturub gedişatı izləyirlər.
1930-cu ildə Cənnə məscidinin oxşarı Fransanın cənubunda Frejyus şəhərində tikilib. Məscidin başqa bir oxşarı Missiri məscidi sementdən tikilib və orijinal rəngləri təqlid etmək üçün qırmızı oxra ilə boyanıb. Oxşar məscid qış zamanı bölgəyə yerləşdirilən fransız ordusunda Qərbi Afrika müstəmləkə ordusu kimi fəaliyyət göstərən Seneqallı atıcılar[ing.]a məscid kimi xidmət etmək üçün nəzərdə tutulmuşdu.
Orijinal məscid Cənnə mədrəsələrinə Quran öyrənmək üçün gələn minlərlə tələbə ilə orta əsrlər zamanı Afrikada ən mühüm islam tədris mərkəzlərindən biri kimi sədrlik edirdi. Böyük məscidin də daxil olduğu Cənnənin tarixi ərazisi 1988-ci ildə YUNESKO tərəfindən Ümumdünya irsi siyahısına salınıb. Çoxlu məscidlər var ki, onun hazırkı təcəssümündən daha qədimdir. Böyük məscid həm Cənnə şəhərinin , həm də Mali xalqının ən məşhur simvolu kimi qalmaqdadır.
2006-cı ilin 20 yanvarında məscidin damına insanların müdaxiləsi şəhərdə kütləvi iğtişaşlara səbəb olub.[25][26] Komanda Mədəniyyət üzrə Ağa Xan Konserni tərəfindən maliyyələşdirilən bərpa layihəsi çərçivəsində dam örtüyünə baxış keçirdi. Kişilər daş-qalaq olunmadan uzaqlaşmaq üçün cəld həmin yerdən uzaqlaşdılar. Məsciddə İraq müharibəsi zamanı ABŞ Səfirliyi tərəfindən təqdim olunmuş ventilyasiya sərinkeşləri camaat tərəfindən dağıdıldı və sonra şəhərin içərisində hiddət baş verdi. Qəzəbli kütlənin mədəni missiyası talanlama oldu, beləki bələdiyyə rəisinin evi məhv edildi, imamın kiçik qardaşına məxsus avtomobili və imana məxsus üç avtomobil zədələndi. Yerli polis darmadağın edildiyinə görə Moptidən əlavə dəstək qüvvəsi göndərildi. Bir nəfər iğtişaşlar zamanı dünyasını dəyişib.[27]
5 noyabr 2009 –cu ilin cümə axşamı qiblə divarlarının cənubundakı böyük qalanın yuxarı hissəsi 24 saat ərzində yağan 75 mm yağışdan sonra uçmuşdu.[28] Mədəniyyət üzrə Ağa Xan Konserni qalanın bərpasını maliyyələşdirib.[29]