Cənubi Amerikanın yerli xalqları və ya Cənubi Amerika hindiləri — Cənubi Amerikanın Kolumbaqədərki xalqları və onların törəmələri. Bu xalqlar Avropa və Afrika mənşəli cənubi amerikalılarla ziddiyyət təşkil edir.
Cənubi Amerikanın ilk insan populyasiyalarının ya Beringiya bərzəxi vasitəsilə Asiyadan Şimali Amerikaya gəlib cənuba, ya da alternativ olaraq Sakit okean boyunca Polineziyadan köçdüyü güman edilir.[1][2] Cənubi Amerikada insanların məskunlaşmasına dair ən erkən ümumi qəbul edilmiş arxeoloji sübut 14,000 il əvvələ, Çilinin cənubunda yerləşən Monte-Verde ərazisinə aiddir.[3]
Amerikada İspaniya müstəmləkəçiliyindən əvvəl Cənubi Amerikanın yerli xalqlarının çoxu ovçu-yığıcı idi və bir çoxları, xüsusən də Amazoniya regionunda yaşayanları hələ də elədir. Digərləri, xüsusən də And mədəniyyətləri, mürəkkəb əkinçiliklə məşğul olurdular, qabaqcıl suvarmadan istifadə edirdilər və lamalar və alpakalar kimi ev heyvanlarını saxlayırdılar.[4][5][6]
İndiki dövrdə bir Cənubi Amerikada sadəcə Boliviyada yerli xalqlar ən böyük etnik qrupu təşkil edir. Burada əhalinin 62% özünü hansısa yerli qrupun bir hissəsi kimi tanıyır.[7]