Cənubi Anyuy silsiləsi, Anyuy silsiləsi — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsi ərazisində dağ silsiləsi.[2]
Cənubi Anyuy silsiləsi | |
---|---|
Yerləşməsi | |
67°11′47″ şm. e. 165°51′28″ ş. u.HGYO | |
Ölkə | |
|
Sibirin şimal şərqində, Böyük və Kiçik Anyuy (Kolıma çayının qolları) çayları arasındadır. Uzunluğu təqribən 380 km. Hündürlüyü 1779 m-ədəkdir. Qranit intruziyaları ilə yarılmış Üst Yura və Trias yaşlı qumdaşı, şist və argillitlərdən ibarətdir. Qədim buzlaşma izləri var. Yamaclarında tundra bitkiləri, çay dərələri boyunca nadir qaraşam meşələri, zir vələrində dağ-tundra landşaftı yayılmışdır.[2]