Cənubi Florida Universiteti (ing. University of South Florida) — Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir.[3][4][5][6] Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-Peterburq[7] və Leykland kimi başqa şəhərlərində yerləşir.[8] Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır.[9]
Cənubi Florida Universiteti | |
---|---|
ing. University of South Florida | |
28°03′16″ şm. e. 82°24′49″ q. u.HGYO | |
Şüar |
ing. Truth and Wisdom (azərb. Həqiqət və hikmət) |
Əsası qoyulub | 1956 |
Tip | Dövlət universiteti |
Rektor | Dr.Judy Genşaft |
Tələbə sayı | 47.646[1] |
Ölkə | |
Universitet şəhərciyi | Tampa |
Universitet şəhərciyi 2 | Sankt-Peterburq |
Sayt | usf.edu |
Vikianbarda əlaqəli mediafayllar |
1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir.[1][10][11] Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu.[12]. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır.[13] Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır.[14] Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir.[15] Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir.[16] Amerikanın ən genişmiqyaslı Parkinson, Altshaymer və Huntington xəstəlikləri araşdırma mərkəzləri də Cənubi Florida Universitetində yerləşir.[17] Cənubi Florida Universitetində beş strateji öncəliyi, tələbə uğuru, araşdırma və yenilik, ictimai inteqrasiya, qlobal təhsil və inteqrasiya fənlərarası araşdırmalardır.
CFU 1956-cı ildə yaranıb, amma universitet yaranan zaman, rəsmi olaraq bu adı istifadə etmədi və dərslər 1960-cı ilə qədər başlamadı.[18] Universitet üçün təklif olunan adlar arasında "Sitrus Əyalət Universiteti", "Günəş İşığı Əyalət Universiteti ", "Qərbi Hemisfer Universiteti" və "Temple Terrace Florida Universiteti" kimi adlar var.[18][19] Köhnə Birləşmiş Ştatlar Florida təmsilçisi Sem Gibbons, universitetin qurulması ilə şəxsən özü maraqlanmışdı və universitetin gerçək qurucusu olaraq tanınır.[20] Universitet, İkinci dünya müharibəsində hava sahəsi olaraq istifadə edilən Henderson Hava Sahəsi'nin mövcud olduğu yerdə inşa edimişdir.[18] CFU, Floridanın orta qərb qismində qurulmasına baxmayaraq, adında cənub sözü keçir. Bu da bəzən qarışıqlığa gətirib çıxarır.
Universitetin 1957–1970-ci illər arasında rektorluq etmiş Con Allenin rəhbərliyi altında ilk genişlənməsi reallaşıb.[18] Bu zaman çərçivəsində universitet sürətlə böyüdü və 1964-cü ildə ilk bakalavr programlarını açdı. Con Allen, 1970-ci ildə vəzifəsindən ayrıldı və təqaüdə çıxdı. Allenın başçılığındakı CFU üçün da Cənubun Harvardı deyilirdi. Con Allen, universitetlərdəki idman komandalarına qarşı mövqedə idi çünki, ona görə bir universitet akademik uğuru ilə önə çıxmalı idi.[18] Bugün əsas kampusda olan idarəçi binasının adı Con Allen və həyat yoldaşı Qreys Allenın adını daşıyır.[21][22]
Cənubi Florida Universiteti reklamlarda daha çox bir araşdırma universiteti olaraq nəzərə çarpır və bu istiqamətdə çox yaxşı tanınan universitetdir. Universitet 1980-ci illərdə Con Lott Brown rəhbərliyi altında olarkən, ABŞ-dəki ən böyük araşdırma qurumlarından biri idi.[23] Rektor Brown, Cim Strangeini Dil-ədəbiyyat fakültəsinin dekanı, Andor Szentivanyini də tibb fakültəsi dekanı olaraq seçdi. Həmçinin, basketbol komandasının idarə edilməsi üçün universitet tarixinin ən məşhur məşqçilərindən biri olan Li Rouzu komandaya gətirdi.[24]
Universitet kampusunda yerləşən iki xəstəxana – H. Li Moffitt Xərçəng Mərkəsi və USF Psixiatriya Mərkəzi və araşdırma xəstəxanası onun dövründə qurulmuşdu. Brownun gördüyü son önəmli iş immunolojist Robert A. Good ilə birlikdə qurduğu Uşaq xəstəxanasının yaradılmasıdır.
CFU-nun futbolçulardan ibarət yığma komandası ilk futbol oyununu 1997-ci ildə oynayıb, komandanın heyəti də 1999-cu ildə qurulub.[25]
Universitet 50-ci ildönümünü 2006-cı ildə qeyd etmişdir. Bunların bir qismi bəzi özəl hadisələr, tələbə birliklərinin gördüyü işlər, Desmond Tutu, Fernando Çavez, Judi Şepart və Ann Koulter kimi bəzi önəmli qonaqların gəlməsini əhatə edirdi. Kampus fəal birlikləri, Dane Cook, Brus Bruse və Moniqu kimi bəzi komediyaçıları da gətirməyə nail olmuşdu. Eyni birlik Winter Wonderland, Yacht Party və Movies on the Lawn kimi bəzi ənənələri də başlatmışdı.
Rektorlar | |||||
---|---|---|---|---|---|
Şəxs | İl | Şəxs | İl | ||
2007-ci ildə, 34,447 bakalavr tələbəsi (75%), 8,338 magistr tələbəsi (19%), 1,980 dərəcəsi olmayan dinləyici (4%) və 479 tibb tələbəsi (1%) Cənubi Florida Universitetində təhsil alırdılar.[26][27] 2008-ci ilin payız aylarında isə təhsil müəsissəsinə 38,562 yeni tələbə qeydiyyat olarkən, bir təhsil ilindəki tələbə sayındakı artım nəzərə çarpırdı: hətta bu say bəhs olunan ildə Florida universitetləri arasında müqayisədə rekord olaraq göstərilirdi.[28]
Bu zaman kəsiyində 1-ci kurs tələbələrinin 3797-si universitetə ilk dəfə gələn tələbələr olmuşdur. Universitetə qəbul edilən bu tələbələrin qiymət ortalamaları təxminən 3.71, SAT imtahan ortalaması 1148 idi.[29] Tələbələrin 88%-i Florida Parlaq İstiqbalı təqaüdü alır. Bu tələbələrin 32%-i isə 18 yaş və daha kiçikdir. 1-ci kurslara aid olan 3,574 tələbə Floridadan 430 müxtəlif məktəbdən, 57 qəsəbədən gəlir. Eyni tələbələr üçün etibarlı olan bir başqa gerçək də, Floridadan olmayan diğər tələbələr Amerikadan 37 fərqli əyalətdən gəlməsi idi.[30]
2007-ci ilin payız ayları etibarı ilə universitetdəki tələbələrin 65%-ni (29,578) ağ dərili tələbələr, 12%-ni (5,277) Afro-Amerikan tələbələr, 12%-ni (5,331) İspan əsilli tələbələr, 6% Asiya qrupu əsilli tələbələr (2,582), 1% Amerikan yerli əsilli tələbələr (201) təşkil edirdi. Tələbələrin toplam sayının 5%-i də etnik vəziyyətini bəyan etməyən tələbələr tərəfindən təşkil olunurdu.[1][26]
U.S. News & World Report adlı müəssisə, universiteti Amerikada 3-cü sıra universitetlər qrupunda göstərmişdir.[31][32] Collegeprowler.com adlı internet saytı universitetə B — qiymət vermiş və Arizona Əyalət Universiteti, Loyola və Mississippi Əyalət Universiteti kimi universitetlərə bərabər göstərilmişdir.[33] Princeton Review həmçinin, universiteti ən yaxşı cənub universitetləri arasında göstərmişdir.[34]
CFU Fiziyoterapiya ve Reabilitasiya elmləri universiteti də 200 universitet arasından Amerika reytinqində 69-cu olaraq qərarlaşıb. Floridadan bu tərzdə, bu qədər yüksək bir səviyəyə çıxan üç universitetdən biridir. (Digər universitetlər Mayami Universiteti və Florida Universitetidir.)[35]
CFU tibb bacısı hazırlayan fakültəsidə 2003-cü ildə 115-ci o, 2007-ci ildə isə bir qədər irəliəyərək 72-ci sıraya yüksəlmişdir.[36]
U.S. News & World Reportun etmiş olduğu Amerikanın Ən yaxşı Araşdırma Universitetləri araşdırmasında bu universitetdən dörd fakültə yer alıb və bunlar təhsil fakültəsi, Tibb bacısı hazırlayan fakültə, sənaye psixologiya və təşkilati psixologiya fakültələri olub; təhsil fakültəsi ABŞ-də 45-ci yerdə, sözü gedən psixoloji fakültələri də ABŞ-də 10-cu yerdə qərarlaşıb.[32][37]
Princeton Review, Cənubi Florida Universiteti ölkədəki ən təşəbbüskar universitetlər arasında 9-cu sırada göstərmişdir.[38]
Cənubi Florida Universitetinə 18 fakültə, təhsil mərkəzi və institut aiddir.[39] 7 fakültə bakalavr təhsili verir.
Fakültələr (*bakalavr təhsili olduğunu göstərir):
(* bakalavr təhsili olduğunu göstərir) |
Fakültələr:
İnstitut: |
Cənubi Florida Universitetinin Tampa kampusu tələbələri sinif və şəxsi həyatlarında, həm də şəxsi uğurları üçün bir çox xidmətlər və lazımi resurslar ilə təmin edir. Tələbə İşlər şöbəsini adı altında, Cənubi Florida Universitetində tələbələr üçün on-kampus (mənzil), müxtəlif yeməklər, istirahət zonaları, səhiyyə xidmətləri, və daha çox xidmətlər fəaliyyət göstərir[57]
Cənubi Florida Universitetinin üç kampusu vardır. Bunlar Sankt-Peterburqda, Sarasotada və Lakelanddadır. Həmçinin, Tampa şəhər mərkəzində də, CFU-nun bir mərkəzi ofisi yerləşir.[58] 1974–1997-ci illəri arasında Fort Myersde bir dördüncü kampus olsa da bu kampus sonra Florida Gulf Coast Universitetinə daxil olmuştur.[59]
Bu kampus 1965-ci ildə Sankt-Peterburq şəhərinin mərkəzində tikilib.[18][60] İlk adı Bayboro kampusu olmuşdur. 2006-cı ildə Cənubi Florida Universiteti bu müəssisəni özünə qatıb. CFU adı altında altında təhsilə 2006–2007-ci tədris ilində başlayıb.[1]
Sarasota Kampusu 1975-ci ildə tikilmiş və o gündən bəri New College of Florida ilə kampus CFU arasında bölüşdürülmüşdür.[61].28 avqust 2006-cı ilə qədər bu iki universitet yeni kampus açılana qədər bu kampusu ortaq istifadə edib.[62]
Kampus 1988-ci ildə tikilmişdir.[18] 2000-ci ilin sonrası tələbələrə 20-dən çox müxtəlif fakültədə təhsil almağa imkan yaradılıb. Təhsil verdiyi fakülələr Dil-ədəbiyyat fakültəsi, İdarəetmə fakültəsi, Mühəndislik fakültəsi və Kompüter elmləri fakültələridir. Kampusda həmçinin, bir çox fərdi dərs, seçilmiş dərs, internetlə əlaqədar bəzi kurslar, sertifikat programları və Tampa kampusu ilə ortaq bəzi programlar vardır.[63]
Cənubi Florida Universitetinin Tampa kampusuna bu kolleclər daxildir:[64]
2007-ci ildən etibarən, universitetdə 89 bakalavr programı, 91 magistr programı, 36 doktorantura programı və bir professionallıq dərəcəsi programı (tibb sahəsində) fəaliyyət göstərir.[26][65]
Universitetdə 2006–2007-ci akademik ilində 6743 bakalavr tələbəsi, 2095 magistr, 18 ixtisaslaşdırılmış, 219 doktorantura tələbəsi, 116 tibb elmlər doktoru məzun olmuşdur. Bu da cəm olaraq 9202 məzun edir.[26][66]
2006-cı ildə universitetə yeni başlayan tələbələrin 80%-i universitetdə qalıb təhsilinə davam etmişdir. Həmin ildə statistikaya əsasən, 19 tələbəyə bir müəllim düşmüşdür. Eyni ildə həmçinin, 6 ildə məzun olmaq faizi 49% təşkil etmişdir.[26]
CFU-dakı təhsil işçilərinin 87%-i dərəcələrinin başqa universitetlərdə almışdır. Bu rəqəmin 62%-ni professorlar təşkil edir. Dərs deyən müəllim sayı 1,937-dir. 1,303 nəfər müəllim yalnız araşdırma ilə məşğul olan əlavə təhsil işçilərindən formalaşıb.[26] Həmçinin, 183 nəfər doktorantura dərəcəsin aldıqdan sonra işə başlayan təhsil işçiləri fəaliyyət göstərir. Eyni zamanda, universitetdə 1,763 nəfər məzun və 1,419 bakalavr tələbəsi valantyor olaraq çalışır.[26](Rəqəmlər 2006–2007 akademik ili üzrə qeyd olunub.)
Universitetə aid biri əsaslı olmaqla, 6 ayrı kitabxana fəaliyyət göstərir: Tampadakı mərkəz kitabxana[67]; Sankt-Peterburqdakı Poynter kitabxanası; Sarasotadaki Jane Bancroft Cook kitabxanası; Lakeland kampusundakı yeni açılan kitabxana və özəl kitabxanalardır.[68] Özəl kitabxanalar Shimberg Sağlamlıq kitabxanası və Florida Ruhi Sağlamlıq İnstitutu kitabxanalarıdır.[69][70]
Universitet, Böyük Şərq Konfransına 2005-ci ildə qoşuldu. Cənubi Florida Buğaları əsasən, beyzbol, voleybol, basketbol, futbol, Amerikan futbolu, tennis, atletizm və qolf kimi idman növləri üzrə mübarizə aparır.
Universitetdə 17 idman növü üzrə həm kişilər həm də qadınlardan ibarət komandalar mövcuddur:[71]
Kişilər | Qadınlar | |
---|---|---|
|
|
Beyzbol komandasının məşqçisi Lelo Pradodur. Kubada doğulan məşqçi Tampada böyümüş və karyerasına burada başlamışdır.[72] Karyerasında Universitetlər liqası bölüm II beyzbol çempionluğu da yer almaqdadır. 2006-cı ildə Tampaya geri dönmüş, CFU beyzbol komandasının beşinci məşqçisi olaraq qeyd olunmuşdur. İki ilin sonunda iki dəfə arxa-arxaya Böyük Şərq Konfransı çempionatına vəsiqə qazanmış və bir çox oyunda qələbə qazanmışdır. Prado, universitetinin məşqçisi olaraq kifayət qədər uğurlu bir karyera sərgiləməklə yanaşı birlikdə 30-dan çox oyunu qələbə ilə başa vurmuşdur.[73]
Universitetin basketbol komandası 1971-ci ildə qurulub. İlk oyunları 74–73 Stetson Universitetinə qarşı qalibiyyətlə başa çatdı. İlk sezonda turniri 8 qalibiyyət 17 məğlubiyət ilə başa çatdı.[74][75] Kişilərdən ibarət basketbol komandasının məşqçisi Stan Heazdır və bu posta 3 aprel 2007-ci ildə gəlmişdir. Bu tarix komandanın yeni bir dövrə başladığı tarix olaraq da hesab olunur. Heaz, 7 il boyunca universitet basketbolu səviyyəsində məşqçilik etmiş və 3 dəfə də NCAA turnirlərində iştirak etmişdir.[76] Universitet komandasındakı ilk sezonunda Heathin iki oyunçusu Böyük Şərq Konfransında mükafatlar almışdır. Bu oyunçular, universitetin sonuncu kursunda təhsil alan Kentrell Gransberry və birinci kursda təhsil alan Dominique Jonesdur. Bu oyunçular, Dominique Jones All Rookie adlı bəzi oyunçuların seçilərək formalaşdırdığı komandaya da dəvət olunmuşdur.[77] 43 yaşındakı məşqçi Heaz, Cənubi Florida Universitetinə Arkansas Universitetində 5 sezon baş məşqçilik edəndən sonra gəldi. Onun məşqçilik etdiyi dövrdə Arkansas Universiteti basketbol komandası arxa-arxaya iki dəfə NCAA turnirlərində uğurlu nəticələr əldə etmişdir. Arkansas Universiteti son iki sezonunda 20 qalibiyyət qazanaraq çempionata getməyə vəsiqə qazanmış və NCAA-da qərarlaşmışdır.[76]
Qadın basketbol komandasının məşqçisi isə Joze Fernandesdir. Fernandes, Tampaya 2000-ci ilin aprel ayında köməkçi məşqçi olaraq gəldi və 14 dekabr 2000-ci ildə də baş məşqçi oldu. Onun məşqçilik etdiyi dövrdə qadın basketbol komandası 5 dəfə axra-arxaya sezon sonrası turnirlərə vəsiqə qazanaraq yüksəlmiş və sonra Böyük Şərq Konfransına vəsiqəni təmin etmişdir. Yenə, onun məşqçilik etdiyi dövürdə komanda ilk dəfə 2005–2006 sezonunda NCAA-da iştirak etmişdir. Son 4 ildə qadın basketbol komandası bir çox qalibiyyət qazanmış və 3 dəfə çempion olmuşdur.[78][79]
Universitet komandası, Amerikan futbolu oynamağa 1-AA liqasında 1997-ci ildə oynamaya başladı və sonra 1-A liqasına 2001-ci ildə çıxa bildi[80]. Sonra, 2003-cü ildə Amerikan Konfransına çıxdı və nəhayət, 2005-ci ildən bu yana oynadığı Böyük Şərq Konfransına çıxdılar.[81]
Bunadan əlavə olaraq futbol komandasının uğurlar qazanıb, tezliklə böyük dərəcə alması uninversitetdəki hərkəs tərəfindən dəstəkləndi. Nəhayət, komanda üçün universitet kampusunda 18 milyon dollar dəyərində bir idman mərkəzi açıldı. Amerikan futbolu komandası Tampadakı oyunlarını Raymond James Stadionunda və Tampa Bay Buccaneersin meydanında oynayır.[82]
10 ildir ki, futbol komandasında Jim Leavitt məşqçilik edir. 24 sentyabr 2005-ci ildə komanda, Louisville Universitetini məğlub edərək, həm Böyük Şərq Konfransında ilk qalibiyyətini qazanmış həm də 9-cu pilləyə qədər yüksəlmişdir[83]. Bundan başqa CFU buğaları, West Virginia Universiteti, Obern Universitetikimi reytinq cədvəlində yüksək pillələrdə olan bir çox universitet komandasını da məğlub edərək sıralamalarda adını yüksək yerlərə daşımışdır.
16 sentyabr 2007-ci il tarixində "Obern"i məğlub edən buğalar, ilk dəfə ölkə çərçivəsində sıralamlarda özlərinə yer tapmışdır. Bəzi mənbələrə görə 23-cü sıraya qədər, bəzi qaynaqlara görə isə, 24-cü sıraya qədər yüksəlmişdir. Komandanın bu uğuru, komandaya 1-A liqasına çıxaraq ən tez şəkildə sıralamada yer tapan komanda olma xüsusiyyətini qazandırmaqla bərabər ABŞ çərçivəsində də bir rekorddur.[84]
2008-ci ildə Cənubi Florida "buğa"ları 10-cu sıraya qədər yüksəlmişdilər.
Kişilərdən ibarət qolf komandasının məşqçisi Cim Fi-dir. 1985-ci ildə CFU universitetindən məzun olan olan Fi, 1996-cı ildə CFU Qolf Stadionunda müdir olmuşdur. 2006-cı ildə universitetin qolf meydançasının idarə heyəti özəl bir şirkətə satılmış və hal-hazırda Fi və oyunçularının məsuliyyəti və qolf meydançasının inkişaf etdirilməsi məsələləri bu özəl şirkətə aiddir.[85]
Qadınlardan ibarət qolf komandasının məşqçisi Marki Korneqay olmuşdur. 2001-ci ildə Missisipi Universitetindən məzun olan Korneqay, yanvar ayında 2007-ci ildə Cənubi Florida Universitetinin qadınlardan ibarət qolf komandasının başına gətirildi. O, Buradan əvvəl Cənubi Karolina Universitetində köməkçi məşqçilik edirdi. Həmçinin, 2006–2007 illərdə İlin Köməkçi Məşqçisi mükafatına namizəd kimi göstərildi.[86]
Komandanın məşqçiliyini, 2005-ci ildə cənub bölgəsində ilin məşqçisi seçilmiş olan Bay Şorelu Georgi Kiefer edir. Kiefer, Komandanın başına 21 yanvar 2002-ci ildə gələrək universitet komandasının 40 illik tarixində altıncı məşqçi olmuşdur. Kieferin rəhbərliyi altında olan komanda 29 dəfə Amerika çərçivəsində sıralamda yer tutan komandalar ilə qarşı qarşıya gəlmiş, 14 qalibiyyət, 11 heç-heçə və 4 məğlubiyyət almışdır[87]. Cənuibi Florida Universitetinin kişilərdən ibarət futbol komandası St. Cons komandasını 2008-ci ildə, Böyük Şərq Konfransı oyunları daxilində məğlub etmişdir[88]. Bu qələbədən sonra NCAA universitetlər arası çempionatda son 8 komanda ilə birgə qalmış, amma sonra Wake Forest Universitetinə qarşı oynadığı oyunda məğlub olmuşlar.[89]
Universitetin ölkə çərçivəsində tanınan bir qayıqçılıq programı var və komandanın məşqçiliyini 1988 Yay Olimpiya Oyunlarında, Seulda qızıl medal qazanan idmançı Allison Colli edir.[90][91]
1961-ci ildə "Tampa Times" adlı yerli qəzetin kampusa uyğun gələn versiyası dərc olunmağa başlanıldı.[92] Amma günümüzdə yalnız günortadan sonraları çıxan bir qəzet növüdür. Bu qəzet dərc olunandan sonra, "The Oracle" adlı tələbə qəzeti 6 sentyabr 1961-ci il tarixində dərc olunmuşdur. Sözü gedən qəzet əvvəllər həftədə bir dəfə dərc olunsa da sonralar həftədə 4 dəfə dərc olunmuşdur.[93]
Diğər tərəfdən, universitetin WBUL (AM) adında bir radio stansiyası vardır və mərkəzi Marshall Tələbə Mərkəzində yerləşir.[94][95] WUSF (FM) adında bir başqa stansiya da kampusun daxilində yerləşir. Bu stansiya FM yayın edir və klassik və caz musiqi yayınlayır.[96]
Universitetin televiziya kanalı WUSF-TV-nin mərkəzi universitetdə yerləşir. Bu kanala yerli şirkətlər və bəzi özəl müəssisələr adından töhfə verir. Kanal təxminən 50 ildir Tampa bölgəsində yayımlanır. Tam zamanlı iş görən işçilərin yəni sıra, xüsusiylə informasiya fakültəsindən və digər fakültələrdən də bəzi tələbələr yarım iş saatı olaraq kanalda çalışırlar. Hətta bəzi tələbələr keçdikləri dərslərin bir hissəsi olaraq da kanalda çalışırlar.[97]
CFU Müasir Sənətlər muzeyi müasir sənətin bəzi nümunələrini universitet kampusunda nümayiş etdirir. Bu muzeydə yer alan əsərlər tələbələr və təhsil nümayəndələri tərəfindən hazərlanır və 3 ildə bir münsiflər heyəti tərəfindən bir çox namizəd arasından seçilir. Universitetdə həmçinin, Graphicstudio adlı məşhur rəssamların əsərlərını özündə birləşdirən studiya da vardır.[98]
Bu sənətkarlar arasında Roy Liçtensteyin, Robert Rausçenberq, Ceyms Rosenquist və Allan McCollum kimi məşhurlar da vardır.[98] Həmçinin, universitetin "Art House" adlı bir proqramı da mövcuddur. Bu proqramda sənət universiteti tələbələri, əsərlərə hər kəsin baxa biləcəyi bir sərgiyə qoyurlar və əlbəttə ki, bu sərgiyə çıxan əsərlər də münsiflər heyəti tərəfindən seçilir.[98] Sərgi hər il davamlı olaraq nümayiş etdirilir.
Cənubi Florida Universitetinin musiqi məktəbi, universitetin qurulduğu 1956-cı ildən indiyə kimi fəaliyyətini davam etdirməkdədir. 2006-cı ildə universitetin musiqi məktəbi "Robert Helps Festival" və "Bəstə Yarışması"nı həyata keçirmişdir.[99] Festival pianino və bəstə professoru olan Robert Helpsin adını daşıyır və hər il fevral ayının ikinci həftəsində keçirilir. Beynəlxalq səviyyədə keçirilən bu bəstə yarışması gənc musiqiçilər arasında keçirilir və yarışmada qalib olan gənc musiqiçiyə 10.000 ABŞ dolları məbləğində pul mükafatı verilir. Festivalın daxilində tələbələr və təhsil nümayəndələri tərəfindən sərgilənən performaslar, təqdimatlar yer almaqdadır. Bununla yanaşı Sevgililər günü də festivalın keçirildiyi həftədə olduğundan, ayrıca bir Sevgililər günü konserti təşkil olunur. Üçüncü Robert Helps festivalında Augusta Read Thomas, David del Tredici, Wes York, Vivian Perlis və Carol Rodland kimi bəzi musiqiçilər tərəfindən performanslar nümayiş etdirilir.[100]
Kampusda yaşamaq tələbi son illərdə artsa da, uninversitetdə tələbələrin sadəcə 13%-i (təxminən 4,300 tələbə) universitetin kampus daxilindəki yataqxanalarında qalır.[101] Bir çox tələbə kampusdan əlavə yaşamanın daha rahat və ucuz olacağını düşünüb, kampusa yaxın olan özəl yataqxanalarda və evlərdə yaşamağı üstün tuturlar. Bu tələbələrin yaratdığı tələbə sayı, universitet tələbələrinin böyük bir qismini təşkil edir.[102][102]
Əvvəlki illərdə universitetdə qurulan bəzi villa tipində evlər, yunan hərflərini daşıyan tələbə klubları, yataqxanaları universitetdən kənarda yerləşən bəzi özəl və böyük tələbə yataqxanaları, tələbələrə yerləşmə baxımından bir çox imkan təklif edir. Kampus daxilindəki yataqxanaların çoxu 1960–1965-ci illər arasında tikilmiş və hər binaya bir Yunan hərfi ilə ad verilmiştir.[103][104][105] Daha sonraları bəzi özəl təşkilatlar bu yerləşmə ilə bağlı xəbərdar olub, investisiya qoymuşlar və universitetin yerləşdiyi Tampa bölgəsinə bir çox yerləşmə imkanı yaradan tələbə yataqxanası tikmişlər.[106]
Universitetdə yerləşən bəzi yataqxanaların adları "Beta Hall", "Betty Castor Hall",[107], "Kosove Apartments"dir.[108] Adında Yunan hərfi olan yataqxanaların yerləşdiyi yerə "Andros Complex" deyilir və həmçinin, binaların adları delta və mu hərfləri arasındakı Yunan əlifbası hərflərindən götürülmüşdür.
Tikintisi daha gec başlayan "Cypress Suites", "Maple Hall", "Holly Apartments" və "Magnolia Apartments" 1990-cı illərdin sonlarında qurulmuşdur. Son olaraq tikilən "Cypress Complex"in tikintisi 2004-cü ilin yayında başa çatmışdır.
Bundan əlavə, 2009-cu ilin payızında yeni tikilən "Magnolia Hall"ın tikintisinin tamamlanması gözlənilir.[109] Bu binanın da tamamlanması ilə universitet rəhbərliyi, universitetdə ilk ili olan tələbələrin univesitetdə qalmasını məcburi edəcək və yeni tələbələrin universitet həyatına uyğunlaşması daha asan olacaq.[110] Bu halda, Hillsborough, Pasco və Pinellas kimi universitetə yaxın yerlerdə yaşayan tələbələrin daxil edilməməsi gözlənilir.[111][112]
Dünyanın bir çox yerində adı iki ya da üç Yunan hərfindən ibarət olan sosial tələbə birlikləri vardır. Bu sosial birliklərə sadəcə bakalavr tələbəsi olan və bəzi şərtləri yerinə yetirmiş tələbələr qəbul edilir. Hər birliyin bir məqsədi vardır və hər birlik eyni adı daşıyan başqa universitetlərdəki birliklərlə informasiya əlaqəsi halındadırlar. Amerikadakı bir çox universitet tutumuna görə bu birlikləri təmin edir. Original adı "Fraternity ve Sorrority" olan bu birliklərə üzv olmaq, tələbələr üçün çox vacibdir.
Cənubi Florida Universiteti tələbə sayı çox olan bir universitet olduğun görə daxilində bu klublardan bir çoxunu birləşdirir.[113][114]
Yalnız kişi tələbələrin üzv ola bildiyi klublara fraternity deyilir. Söz latınca bir kəlmə olub qardaşlıq mənasını ifadə edir. Bu birliklərə sadəcə kişilər üzv olsa da, hər birliyin qızların formalaşdırdığı başqa bir klubla ortaq çalışır.[115]
Kişilər üçün olan tələbə klubları | Qadınlar üçün olan tələbə klubları | ||
---|---|---|---|
|
|
|
|
Cənubi Florida Universitetində həm Amerika, həm də dünya səviyyəsində məşhur olan bir sıra şəxslər təhsil almışdır[116]