Əli Rasizadə

Əli Şamil oğlu Rasizadə (ing. Alec Rasizade; 21 may 1947, Naxçıvan) — Azərbaycan əsilli ABŞ tarix professoru, XX əsrin dünya tarixi və beynəlxalq münasibətlər üzrə çoxsaylı əsərlərin müəllifidir.[1] Neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan "Rasizadə alqoritminin" ixtiraçısıdır. Azərbaycan dövlət xadimləri Şamil Rasizadənin oğlu və Əlirza Rasizadənin nəvəsidir.

Əli Rasizadə
Əli Rasizadə 2000-ci ildə ABŞ pasportunda
Əli Rasizadə 2000-ci ildə ABŞ pasportunda
Doğum tarixi 21 may 1947(1947-05-21) (77 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Atası Şamil Rasizadə
Elmi dərəcəsi
Elmi adı professor
İş yerləri Bakı Dövlət Universiteti, SSRİ Elmlər Akademiyası, Kolumbiya Universiteti
Təhsili Azərbaycan Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Kolumbiya Universiteti (New York)
Elmi rəhbəri Tadeuş Svetoxovski
Tanınır Rasizadə alqoritmi ilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Rasizadə 1947-ci il Mayın 21-də Naxçıvan şəhərində dövlət qulluqçusu Şamil Rasizadənin ailəsində anadan olub. Bakının 6 nömrəli orta məktəbini bitirdikdən sonra, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1969-cu ildə onu fərqlənmə ilə bitirmişdir. 1969–1970-ci illərdə SSRİ-nin Moskva hava hücumundan müdafiə dairəsinin raket hücumundan müdafiə qüvvələrində xidmət edib. 1970–1974 illərində Moskva Dövlət Universitetinin tarix fakültəsində ABŞ tarixi üzrə aspiranturanı bitirib və, "Truman Doktrini" mövzusunda dissertasiyanı müdafiə edərək, oradaca tarix elmləri namizədi elmi dərəcəsini alıb.[2] Aspiranturanı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının ABŞKanada İnstitutunda işə dəvət olunub, lakin Moskvada yaşamaq qeydiyyatı olmadan, Bakıya dönməli oldu.[3]

Bakıya qayıdaraq, 1974–1980 illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əvvəlcə dosent, sonra isə ümumi tarix kafedrası professoru vəzifəsində çalışıb. Orada AvropaAmerikanın yeni və müasir tarixi üzrə mühazirələr oxumuşdur, Azərbaycanda ilk olaraq Amerikaşünaslıq məktəbini qurub, birinci milli Amerikaşünas kadrları hazırlamişdır.[4] Universitetdən əlavə, Əli Rasizadə paralel olaraq Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Pedaqoji İnsitutundaXarici Dillər İnsitutunda Qərbin müasir tarixi və beynəlxalq münasibətlər üzrə mühazirə kursları aparırdı.

Lakin, totalitar Sovet rejimin ali məktəblərindəki tədris prosesində burjua təbliğinin tam qadağan olduğundan, ABŞ alimləri və diplomatları ilə ünsiyyət aparmasına görə, nəhayət tələbə və həmkarlarının tez-tez dövlət təhlükəsizlik orqanlarına xəbərçilik etməsi ilə əlaqədar, Əli Rasizadə elmi iş imkanlarından məhrum olunub, onun dərs dediyi Amerika və Avropa ölkələrinə elmi və təcrübə ezamiyyətlərinə getməyə imtina edilirdi. Ona görə də o, universitetdə müəllimlik işini qoyub, 1981-ci ildə elmi iş aparmaq üçün Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutuna keçdi.

1980-ci illərdə bu institutda işlədiyi dövrdə, onun direktorları (əvvəlcə akademik Ziya Bünyadov, sonra isə Aida İmanquliyeva) Əli Rasizadənin elmi işləri üçün ən əlverişli şərait yaratmışdırlar. 1983-cü ildə, Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Həsən Abdullayevin təşəbbüsü ilə, Əli Rasizadə Moskvadaki SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktoranturasına göndərilir və oradaca 1990-cı ildə "NATO sistemində Türkiyə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[5]

1983–1990 illərində Moskvada olarkən, həmin institutun direktoru akademik Primakovun tövsiyəsi ilə, Əli Rasizadə Sovet İttifaqı Kommunist Partiyası MKSSRİ Xarici işlər nazirliyinin müşavirlər qrupunun tərkibində işləmişdir. 1989–1991 illərində, o zaman baş verən Yenidənqurmanın fəal iştirakçısı olaraq, SSRİ Konstitusiyasını nəzərdən keçirmək üçün SSRİ Ali Soveti nəzdində yaradılmış mütəxəssislər işçi qrupun tərkibində yeni İttifaq müqaviləsi layihəsi üzərində çalışmışdır.[6] 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində, Əli Rasizadə Cənubi Florida Universitetinin dəvəti ilə Moskvadan ABŞ-nin Tampa şəhərinə köçür.

Amerika dövrü

[redaktə | mənbəni redaktə et]
Kitablarından biri (London 2004)

1991-ci ildən başlayaraq, Əli Rasizadə Cənubi Florida Universitetində "adjunct professor" vəzifəsində "Yenidənqurma və SSRİ-nin dağılması" mövzusunda mühazirə kursu oxumuşdur və 1995-ci ildə həmin mövzuda doktorluq dissertasiyasını müdafiə etmişdir.[7] Nəticədə o, Monmouth universitetində "associate professor" vəzifəsini tutur. Eyni zamanda 1990-cı illər ərzində, Fulbright təlim proqramları professoru vəzifəsində, Əli Rasizadə müxtəlif ABŞ universitetlərində həmin mövzuda mühazirə kursları oxumuşdur: Kaliforniya Universitetinin Los AncelesBerkli bölmələrində, Stanford, Harvard, Johns HopkinsBraun universitetlərində.[8][9] Elmi işlərini davam etdirmək üçün 1996-cı ildə Əli Rasizadə Nyu-Yorkdaki Kolumbiya Universitetinin Harriman adına Sovetşünaslıq Institutuna dəvət olunur və orada akademik fəaliyyətini davam etdirir.[10]

2000-ci ildə Əli Rasizadə Vaşinqtondaki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "research fellow" vəzifəsinə işə düzəlib, orada ABŞ-nin dövlət və ictimai orqanları üçün analitik arayışlar hazırlamaqla məşğul olub. Amma, elmi işlərinin davam etdirilməsi naminə, 2004-cü ildə Vaşinqtonda yerləşən ABŞ Milli Elmlər Akademiyasının nəzdindəki Historical Research Center akademik mərkəzinə keçib, orada "senior associate" vəzifəsində çalışmışdır.[11] Məhz bu illərdə onun Azərbaycan, Rusiya, Qafqaz və Orta Asiyanın postsovet tarixi üzrə ən fundamental əsərləri yazılmışdır.[12] Bu təşkilatın 2013-cü ildə bağlandığından sonra, təqaüdə çıxıb, hazırda Vaşinqtonun ətraflarındaki Silver Spring adlı bir qəsəbədə yaşayır. Əli Rasizadə həmçinin öz sahəsində dünyanın bir sıra aparıcı elmi jurnallarının məşvərət və ya redaksiya heyətlərinin üzvüdür.[13]

Professor Rasizadənin ən böyük nailiyyəti və ona ümumdünya şöhrət qazandırmış "Rasizadə alqoritmi" adlı neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modelidir. O, 2008-ci ildə neftin dünya qiymətlərinin zirvəsində bu nəzəriyyəni ümumiləşdirmişdir və sonrakı illərin hadisələri onun tam düzgünlüyünü sübut etdilər.[14] Ümumi şəkildə alqoritm belə bir domino effekti kimi görünür: neft və qaz hasilatının və ya qiymətlərinin aşağı düşməsi > xəzinəyə neft dollarları axınının sinxron azalması > yerli valyutanın devalvasiyası > dövlət büdcəsinin gəlir və xərclərinin dollar hesablanmasında azalması > dövlət aparatında ştatların, idarə və təşkilatların ixtisarı > əhalinin alıcılıq qabiliyyətinin düşməsi > məhsullar, mallar, xidmətlər və daşınmaz əmlak qiymətlərinin dollar ekvivalentində azalması > idxalın və gömrük yığımlarının azalması > özəl sektorunda ümumi müflisləşmə və işçilərin kütləvi ixtisarı > vergi bazasının sıxılması > büdcə işçilərin maaşları və sosial müavinətlərin kəsilməsi > kütləvi işsizlik və əhalinin yoxsullaşması > ölkənin üçüncü dünya dövlətləri arasındaki qanuni yerinə düşməsi.[15]

  1. Google Scholar: Alec Rasizade.
  2. А.Ш.Расизаде. Установление военно-политического союза США и Турции в 1947–1952 годах (автореферат кандидатской диссертации). Издательство МГУ, Москва, 1974, 24 стр.
  3. Əli Rasizadənin həyatı və yaradıcılığı haqqında daha ətraflı bax: Беседа с А.Ш.Расизаде (часть первая); (часть вторая). = The Russian Question, 25-26.IV.2023.
  4. А.Ш.Расизаде. Школа американистики в Азербайджане. = Учёные записки АГУ (Баку), 1978, номер 4, стр.70–98.
  5. А.Ш.Расизаде. Турция в системе НАТО (докторская диссертация). Издательство Наука (АН СССР), Москва, 1990, 389 стр.
  6. А.Ш.Расизаде. Нужна ли России империя? (Размышления историка). = Гласность (Москва: Самиздат), 1989, номер 4, стр. 74–91.
  7. Alec Rasizade. Perestroika and breakup of the USSR (PhD dissertation). USF dissertation series: University of South Florida Press, Tampa, 1995, 257 pages.
  8. "Lectures of professor Rasizade at the University of California (Berkeley) in 1997" (PDF). 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-21.
  9. "Lectures of professor Rasizade at the University of California (Berkeley) in 2002" (PDF). 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-21.
  10. "Alec Rasizade at Foreign Policy Research Institute (Philadelphia)". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  11. "Alec Rasizade at Kennan Institute (Washington)". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  12. Bax: Abstracts and citations of studies by Alec Rasizade at Research Gate. Arxivləşdirilib 2020-06-30 at the Wayback Machine
  13. "Alec Rasizade on advisory board of a Routledge published journal (London)". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-14.
  14. "Alec Rasizade. The end of cheap oil. = Contemporary Review (Oxford), Autumn 2008, volume 290, number 1690, pages 273–284". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  15. Daha ətraflı məlumat üçün bax: Algorithm of Rasizade (basic principles). = The Russian Question, 15.VII.2022. Arxivləşdirilib 2022-07-21 at the Wayback Machine

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = World Affairs (Delhi), Summer 2011, volume 15, issue 2, pages 139–164.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Mediterranean Quarterly (Duke University Press), Summer 2011, volume 22, number 3, pages 72–94.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Journal of South Asian and Middle Eastern Studies (Villanova University Press), Summer 2011, volume 34, number 4, pages 1–22.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh with the end of oil boom. = Iran and the Caucasus (Leiden: Brill), 2011 double issue, volume 15, numbers 1–2, pages 299–317.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Journal of Balkan and Near Eastern Studies (London: Taylor & Francis), June 2011, volume 13, number 2, pages 215–231.
  • L'imbroglio du Karabakh: une perspective azérie (translated into French by B.Eisenbaum). = Les Cahiers de l'Orient (Paris), Hiver 2011, numéro 101, pages 83–95.
  • A propos of the Georgian war: reflections on Russia's revanchism in its near abroad. = Journal of Balkan and Near Eastern Studies (London: Taylor & Francis), March 2009, volume 11, number 1, pages 9–27.
  • Putin’s place in Russian history. = International Politics (London: Palgrave-Macmillan), September 2008, volume 45, number 5, pages 531–553.
  • Putin’s mission in the Russian Thermidor. = Communist and Post-Communist Studies (Amsterdam: Elsevier publishers for the University of California), March 2008, volume 41, number 1, pages 1–25.
  • Putin’s mission in the Russian Thermidor. = World Affairs (Delhi), Winter 2007, volume 11, number 4, pages 142–176.
  • The great game of Caspian energy: ambitions and the reality. = Journal of Southern Europe and the Balkans (London: Taylor & Francis), April 2005, volume 7, number 1, pages 1–17.
  • Azerbaijan descending into the Third World after a decade of independence. = Journal of Third World Studies (Association of Third World Studies), Spring 2004, volume 21, number 1, pages 191–219.
  • Azerbaijan after Heydar Aliev. = Nationalities Papers (London: Taylor & Francis), March 2004, volume 32, number 1, pages 137–164.
  • The new ‘great game’ in Central Asia after Afghanistan. = September 11 and World Politics (edited by G.Bacik & B.Aras). Fatih University Press, Istanbul, 2004, chapter 8: pages 127–143.
  • Azerbaijan after the first decade of capitalism (in English and Russian). = Central Asia and the Caucasus (Eastview Press, Sweden), number 3 (21) 2003, pages 99–108 in its English edition & number 3 (27) 2003, pages 116–128 in its Russian edition: Десятилетие развития капитализма в Азербайджане.
  • Azerbaijan in transition to the "new age of democracy." = Communist and Post-Communist Studies (Los Angeles: Pergamon Press for the University of California), September 2003, volume 36, number 3, pages 345–372.
  • Entering the old ‘great game’ in Central Asia. = Orbis (Philadelphia: Pergamon Press for Foreign Policy Research Institute), Winter 2003, volume 47, number 1, pages 41–58.
  • Azerbaijan after a decade of independence: less oil, more graft and poverty. = Central Asian Survey (London: Taylor & Francis), December 2002, volume 21, number 4, pages 349–370.
  • Azerbaijan descending into the Third World after a decade of independence. = Comparative Studies of South Asia, Africa and the Middle East (Duke University Press), 2002 double issue, volume 22, numbers 1–2, pages 127–139.
  • US gaze on oil bonanza: perception and reality in Azerbaijan. = Indian Journal of Asian Affairs (Jaipur), December 2002, volume 15, number 2, pages 17–32.
  • Na Afghanistan het nieuwe Grote Spel in Centraal-Azië (translated into Dutch by G.J.Telkamp). = Internationale Spectator (The Hague: Netherlands Institute of International Relations), October 2002, volume 56, number 10, pages 494–500.
  • Dictators, Islamists, big powers and ordinary people: the new ‘great game’ in Central Asia. = Internationale Politik und Gesellschaft (Bonn: F.Ebert Stiftung), July 2002, number 3, pages 90–106.
  • The Caspian energy legend and the "great game" of concomitant pipelines. = Iranian Journal of International Affairs (Tehran), Spring-Summer 2002, volume 14, numbers 1–2, pages 22–45.
  • The mythology of munificent Caspian bonanza and its concomitant pipeline geopolitics. = Central Asian Survey (London: Taylor & Francis), March 2002, volume 21, number 1, pages 37–54.
  • The mythology of munificent Caspian bonanza and its concomitant pipeline geopolitics (in English and Russian). = Central Asia and the Caucasus (Eastview Press, Sweden), number 4 (10) 2001, pages 16–28 in its English edition & number 4 (16) 2001, pages 19–33 in its Russian edition: Миф об углеводородном изобилии Каспия и геополитическая стратегия "трубы."
  • The hollows and pitfalls behind big oil prospects in Azerbaijan (in English and Russian). = Central Asia and the Caucasus (Eastview Press, Sweden), number 1 (7) 2001, pages 152–164 in its English edition & number 1 (13) 2001, pages 178–193 in its Russian edition: Нефть Азербайджана—мышеловка для Запада?
  • Mythology of the munificent Caspian bonanza and its concomitant pipeline geopolitics. = Comparative Studies of South Asia, Africa and the Middle East (Duke University Press), 2000 double issue, volume 20, numbers 1–2, pages 138–152.
  • Azerbaijan, the US and oil prospects on the Caspian Sea. = Journal of Third World Studies (Association of Third World Studies), Spring 1999, volume 16, number 1, pages 29–48.
  • Azerbaijan and the oil trade: prospects and pitfalls. = The Brown Journal of World Affairs (Brown University Press), Summer-Fall 1997, volume 4, number 2, pages 277–294.
  • Perestroika and breakup of the USSR (PhD dissertation). USF dissertation series: University of South Florida Press, Tampa, 1995, 257 pages.
  • Türkiye açisindan Truman Doktrini ve Stalin diplomasisinin hatalari (translated into Turkish by M.Ahmedov). = Belleten (Ankara: Türk Tarih Kurumu), April 1991, volume 55, number 212, pages 239–255.
  • Турция в системе НАТО (докторская диссертация). Издательство Наука (АН СССР), Москва, 1990, 389 стр.
  • Турецкий аспект доктрины Трумэна и ошибки сталинской дипломатии. = Народы Азии и Африки (Москва: АН СССР), 1989, номер 4, стр. 40–50.
  • Попытки Турции присоединиться к НАТО в 1949–1951 годах. = Турция: история и современность (под ред. В.И.Данилова). Издательство Наука (АН СССР), Москва, 1988, стр. 143–151.
  • Восемь лет Третьей pеспублики в Турции. = Современная Турция (ежегодник). Издательство АН Аз.ССР, Баку, 1988, стр. 5–16;
  • Развитие военного производства в Турции. = Ibidem, стр. 116–163.
  • Участие Турции в Корейской войне. = Военно-исторический журнал (Москва: Министерство обороны СССР), 1985, номер 2, стр. 14–21.
  • План Маршалла в Турции. = Народы Азии и Африки (Москва: АН СССР), 1984, номер 3, стр. 103–106.
  • Соглашение 1980 года о военно-экономическом сотрудничестве между США и Турцией. = Современная Турция (ежегодник). Издательство АН Аз.ССР, Баку, 1983, стр. 20–48.
  • Contemporary concepts of American foreign policy (in Azeri). = Proceedings of Azerbaijan State University (Baku), 1980, number 3, pages 38–59.
  • Турецкий "нейтралитет" в ходе второй мировой войны. = Учёные записки АГУ (Баку), 1975, номер 5, стр. 42–48.
  • Установление военно-политического союза США и Турции в 1947–1952 годах (автореферат кандидатской диссертации). Издательство МГУ, Москва, 1974, 24 стр.
  • Доктрина Трумэна как начало нового этапа во внешней политике США. = Вопросы всемирной истории (под ред. Н.В.Сивачёва). Издательство МГУ, Москва, 1973, стр. 85–110.

Məqalələr və məruzələr

[redaktə | mənbəni redaktə et]
  • Book review: Let Our Fame be Great, by Oliver Bullough (London: Penguin Books, 2011, 512 pages). = Debatte: Journal of Contemporary Central and Eastern Europe (London: Taylor & Francis), December 2011, volume 19, issue 3, pages 689–692.
  • Nagorno-Karabakh: an apple of discord between Armenia and Azerbaijan. = Contemporary Review (Oxford) in two parts: 1) June 2011 issue, volume 293, number 1701, pages 166–175; 2) September 2011 issue, volume 293, number 1702, pages 295–306.
  • Azerbaijan in transition from communism to the Third World (keynote lecture at the symposium "The Caucasus since the Georgian-Russian War of 2008" on 29 April 2011 at the University of California in Berkeley). = Working Papers of the Berkeley Armenian Studies Program (University of California Press), 2011 issue, pages 21–33.
  • Azerbaijan's chances in the Karabakh conflict. = Harvard International Review (Boston: Harvard University Press), 18 January 2011.
  • Russian irredentism after the Georgian Blitzkrieg. = Contemporary Review (Oxford), Spring 2009, volume 291, number 1692, pages 11–25.
  • Reclaiming the Russian North of Kazakhstan. = The European Courier (online), 27 December 2008: <www.europeancourier.org/151.htm>.
  • The struggle for Crimea. = The European Courier (online), 13 December 2008: <www.europeancourier.org/146.htm>.
  • Russian revanchism in the aftermath of Georgian Blitzkrieg. = The European Courier (online), 5 December 2008: <www.europeancourier.org/144.htm>.
  • The end of cheap oil. = Contemporary Review (Oxford), Autumn 2008, volume 290, number 1690, pages 273–284.
  • Putin’s mission in the Russian Thermidor. = Welt Trends: Zeitschrift für internationale Politik (Potsdam), May-June 2008, number 60, pages 53–60.
  • Putin’s foreign policy legacy. = The European Courier (online), 3 March 2008: <www.europeancourier.org/71.htm>.
  • The "sick man of Europe" resurges. = Contemporary Review (Oxford), Autumn 2007, volume 289, number 1686, pages 273–287.
  • The historic significance of Putin’s revanchism. = Contemporary Review (Oxford), Summer 2006, volume 288, number 1681, pages 137–156.
  • Chechnya: the Achilles heel of Russia. = Contemporary Review (Oxford) in three parts: 1) April 2005 issue, volume 286, number 1671, pages 193–197; 2) may 2005 issue, volume 286, number 1672, pages 277–284; 3) June 2005 issue, volume 286, number 1673, pages 327–332.
  • Mystery of the Caspian oil boom. = Contemporary Review (Oxford) in two parts: 1) September 2004 issue, volume 285, number 1664, pages 129–135; 2) October 2004 issue, volume 285, number 1665, pages 199–205.
  • Georgia meets the test of its independence. = Contemporary Review (Oxford), March 2004, volume 284, number 1658, pages 139–148.
  • Turkmenbashi and his Turkmenistan. = Contemporary Review (Oxford), October 2003, volume 283, number 1653, pages 197–206.
  • Caspian Basin oil: just a pipe dream? = Foreign Service Journal (Washington), April 2003, volume 80, number 4, pages 43–47.
  • The specter of a new ‘great game’ in Central Asia. = Foreign Service Journal (Washington), November 2002, volume 79, number 11, pages 48–52.
  • The new ‘great game’ in Central Asia after Afghanistan. = Alternatives: Turkish Journal of International Relations (Istanbul), Summer 2002, volume 1, number 2, pages 125–134.
  • Azerbaijan in the morning after independence: less oil, more graft and poverty (summary of a lecture). = Caucasus and Central Asia (University of California at Berkeley), Summer 2002, issue 2, pages 16–20.
  • Washington and the ‘great game’ in Central Asia. = Contemporary Review (Oxford), may 2002, volume 280, number 1636, pages 257–270.
  • The Bush administration and the Caspian oil pipeline. = Contemporary Review (Oxford), July 2001, volume 279, number 1626, pages 21–25.
  • Caspian pipeline: difficulties lie ahead. = Review of International Affairs (Belgrade), March 2001, number 1103, pages 17–23.
  • Behind a democratic façade, polling computers pave the way for dynastic succession in Azerbaijan. = Kayhan International (Tehran), 22 January 2001.
  • Napoleon complex: Putin plans his Russian counterrevolution. = Washington Times, 30 March 2000.
  • The next Iran. = Washington Post, 28 September 1998.
  • Azerbaijan in transition from communism to the Third World (text of a lecture). = Caucasus and Central Asia (University of California at Berkeley), Summer 1997.
  • The conflict over Nagorno-Karabakh: an Azeri perspective. = The Washington Report on Middle East Affairs, April-May 1993, pages 12–14.
  • Halfway from Moscow to Ankara (in Engish). = The New Times (Moscow), February 1993, number 8, pages 6–8.
  • Азербайджан: новые политические ориентиры (in Russian and English). = Азия и Африка сегодня (Moscow), January 1993, number 1, pages 16–22 in its Russian edition & February 1993, number 2, pages 5–9 in its English edition: Azerbaijan: the new political guidelines.
  • Republic of Georgia (an encyclopedia entry). = The New Book of Knowledge (New York: Grolier Encyclopedia), 1993–2008;
  • Republic of Azerbaijan (an encyclopedia entry). = Ibidem, 1993–2008.
  • United States policy towards Azerbaijan. = Central Eurasia (Washington: FBIS Report), December 1992, pages 129–136.
  • Правление Народного Фронта в Азербайджане. = Новое время (Москва), октябрь 1992, номер 40, стр. 13–17.
  • The forgotten truths about the Upper Karabakh. = Kayhan International (Tehran), 22 October 1992.
  • Нужна ли России империя? (Размышления историка). = Гласность (Москва: Самиздат), 1989, номер 4, стр. 74–91.
  • Турция на перепутье (in Azeri and Russian). = Azerbaijan Kommunisti (Baku), October 1988, number 10, pages 85–99 in its Azeri edition & number 10, pages 78–92 in its Russian edition.
  • Школа американистики в Азербайджане. = Учёные записки АГУ (Баку), 1978, номер 4, стр.70–98.
  • Turkey and NATO in a historical perspective (in Azeri). = Azerbaijan Kommunisti (Baku), December 1973, number 12, pages 83–90.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]