Qolf

Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır.

Qolf
Ümumi məlumatlar
Mənşə ölkəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir.

Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib.

Qolfun növləri[redaktə | mənbəni redaktə et]

  • Golf
  • MiniGolf və ya Miniatür Golf
  • Simulyator (qolf kompüter oyunlarında)

Qolf turizmi ilə məşğul olan şirkətlər[redaktə | mənbəni redaktə et]

  • PGA Tour (1968) ABŞ
  • PGA European Tour
  • Japan Golf Tour (1973)
  • Asian Tour
  • PGA Tour of Australasia (1973)
  • Sunshine Tour (C. Afrika)
  • Canadian Professional GT (1970)
  • Tour de las Américas (L. Amerika)
  • Nationwide Tour (1990) ABŞ
  • Challenge Tour (Avropa)

Olimpiadalarda[redaktə | mənbəni redaktə et]

Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub. Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə baş tutan 121-ci sessiyasında yenidən 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Azərbaycanda[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ilk Qolf Klubu 2013-cü ildə Quba şəhərində açılmışdır. Total Golf tikinti şirkəti tərəfində inşaat olunmuş 18 dəlikli 74 hektar ərazisində yerləşən Milli Quba Qolf klubu dünya standartlara uyğun olaraq tikilmişdir.

2013-ci il Oktyabr ayında Bakıda Milli Qolf akademiyası açılmışdır.

Hal hazırda Azərbaycanda bir neçə Qolf meydançası inşaa olunur.

Azərbaycan Qolf Federasiyanın missiyasına Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirmək daxildir.

Əsas məqamlar

- Avropa Qolf Federasiyası, Beynəlxalq Qolf Federasiyası, və başqa qurumlarla əməkdaşlıqlın qurulması - Yerli və Beynəlxalq turnirlərin təşkil olunması - Müvafiq nazirliklərlə Azərbaycanı qolf məkanı qismində təbliğ olunması - Reytinqləşmənin mərkəzləşdirilmiş vahid sisteminin yaradılması və nəzarət olunması - Üzvlük sisteminin tərtib olunması - Federasiya üzvlərinin sığortası

Qolf Akademiyası

2012-ci ildə təsis olunmuş Azərbaycanın Qolf Federasiyası Azərbaycanda idmanın bu növünün inkişafı istiqamətində tədbirlərini davam etdirir.

Qolfun gənc nəslin inkişafında böyük faydası olan idman növü olduğunu nəzərə alaraq, Azərbaycanın Qolf Federasiyası ölkədə ilk olaraq “SNAG” layihəsinin həyata keçirilməsinə başlayıb. Bundan başqa, Federasiya Azərbaycanda idmanın bu növünün əsaslı inkişafını təmin etmək üçün özünün ən böyük layihələrindən biri – Bakıda Qolf Akademiyası layihəsinin həyata keçirilməsinə başlayıb.

Bu məqsədlə Bakı Qolf Akademiyasının ərazisində mini qolf klub tikilib. Burada hər kəs həm qolf oynamağı öyrənəcək, həmçinin qolf oynamaq imkanı əldə edəcək.

Akademiyada ən son avadanlıq və PGA (Professional Golf Association) ixtisaslı instruktorlar fəaliyyət göstərir. Həmçinin akademiyanın ərazisində GPS sistemi ilə təchiz edilmiş qolf simulyatorlar var.

Dünyanın aparıcı Sport Coach Systems şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf sahələrinin xəritələri var. Qolf sevənlər bu simulyatorlar vasitəsilə 130 qolf sahəsində qolf oynaya bilər. Bu qolf sahələrinin 28-i Avropa çempionatlarının keçirildiyi sahələrdir. Burada qolfla “ilk tanışlıq” olur, peşəkar dərəcəli instruktorlar qolfla maraqlananlara qolf təlimləri keçir.

Onu da qeyd etmək lazımdır ki, burada təkcə qolf dərsləri keçirilməyəcək. Belə ki, akademiyanın meydançası qolf oynamaq istəyənlər də üçün açıqdır. Meydançanın xüsusi işıqlandırma sistemi sayəsində hətta axşam vaxtları qolf oynamaq mümkündur.

Bakı Qolf Akademiyasının qolf meydançasının ümumi sahəsi 14,000 m²-dir ki, onun 6,700 m² Hollandiya istehsalı olan sintetik otla örtülüb. Kompleksin ümumi dizaynını Hollandiyanın dünyaca məşhur “European Golf Group” şirkəti hazırlayıb.

Meydançanın solunda qolf sevənlərin öz oyun texnikalarını təkmilləşdirmək üçün xüsusi təlim sahəsi olan “Driving range” yerləşir. Bu sahə topu saxlamaq üçün 24 metrlik xüsusi divarla əhatələnib. Yeni başlayanlar adətən təlimə məşq meydançasında başlayırlar və bundan sonra qolf meydançasında qolf oynaya bilərlər.

Beləliklə, hər bir Azərbaycan vətəndaşı və ölkəmizə xaricdən gələn qonaqları Qolf Akademiyasına üzv ola bilər.

Mənbə[redaktə | mənbəni redaktə et]