CAR yaponları (yap. 在南アフリカ日本人) - Cənubi Afrika Respublikasıda yaşayan yapon icmasına verilən ümumi ad. Əsasən Yohannesburq və digər əsas şəhərlərdə yaşayırlar.
Ümumi sayı | |||
---|---|---|---|
1.238 (2006)[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Yaponların CAR-a miqrasiyası CAR aparteid rejimində olarkən ən Yaponiyanın onun ən böyük ticarət partnerinə çevrildiyi vaxt başlamışdır. CAR ilə Yaponiya arasındakı ticarət paktına əsasən 1960-cı illərdə CAR-da yaşayan yaponlara fəxri ağ statusu verilmişdir.[2]
Yaponlara bu cür statusun verilməsini baş nazir Hendrik Fervrud müəyyənləşdirmişdir, çünki bu paktdan sonra yaponların biznes dalınca ölkəni daha çox ziyarət edəcəklərindən yaponlara da digər etnik qruplar kimi davranılmasını lazımsız hesab etmişdir. Aparteidlə olan ziddiyyətə görə rejimə qarşı olan partiya və siyasətçilər yaponlara niyə bu cür statusun verildiyini sorğulamışdırlar.[3] Qanun bütün yaponlara digər ağların malik olduğu bütün hüquqları (səsvermə və əsgərlikdən yayınma istisna olmaqla) vermişdir. Aparteid başa çatandan sonra yaponların CAR-a miqrasiyasında azalma müşahidə olunmuşdur.
CAR-da bir yapon beynəlxalq məktəbi – Yohannesburq Yapon Məktəbi yerləşir.