CAR–Yaponiya münasibətləri — Cənubi Afrika Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.
CAR–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya ilə Cənubi Afrika arasında ticarət əlaqələrinin tarixi Yan van Ribekin Naqasaki limanında yerləşən Decimaya çatdığı 1643-cü ildən başlayır. O, Yaponiyada Holland Ost-İnd Şirkətinin (HOİŞ) təmsilçisi olan Yan van Elseraqı müşayiət etmişdir. 7 il sonra 1950-ci ildə Ribek Cənubi Afrikadakı vəhşi heyvanları Yaponiyaya satmağı təklif etmişdir.[1]
1898-ci ildə Furuya Komahey Cənubi Afrikada mağaza açmış ilk yapon biznesmen olmuşdur. Keyptaunda yerləşən bu mağaza Mikado Şoten (İmperator mağazası) adlanırdı. 1942-ci ilə qədər açıq qalsa da, həmin il hökumət tərəfindən bağlanılmış və malları müsadirə olunmuşdur.[2]
1904-cü ildə Yaponiya Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin dəstəyi ilə İvazaki Kanzo Durbanda kiçik biznes qurmuşdur.[3]
Yaponiya 1918-ci ildə Keyptaunda konsulluq açmışdır.[4]
Cənubi Afrikada mövcud olan aparteid rejiminə görə tətbiq olunan sanksiyalara baxmayaraq Yaponiya 1960-cı illərdə Cənubi Afrika ilə təbii resursları üçün ticarət əlaqələri başlatmışdır. Buna görə də Cənubi Afrikada yaşayan yaponlara fəxri ağ statusu verilmişdir.[5] Bu isə Cənubi Afrikada aparteid rejiminə qarşı olan siyasətçilərin narazılığına səbəb olmuşdur. Bundan əlavə, Yaponiyanın ağ azlığın qurduğu hakimiyyətə dəstək verməsi Qara Afrika ölkələrinin tənqidinə səbəb olmuşdur. 1983-cü ildə Tanzaniyanın Yaponiyadakı səfiri Əhməd Hassan Diria yapon turistlərinin Cənubi Afrikanı ziyarət etməsindən əldə olunan gəlirin aparteidi gücləndirdiyini bildirmişdir.[6]
1994-cü ildən Yaponiya ilə CAR arasındakı güclü ticarət əlaqələri yerli bürokratik münaqişələrə görə məhdudlanmışdır.[7]