CPE

"Cisco SPA303" model IP-telefonu.

Customer-premises equipment (CPE; hərf.müştəri tərəfindən təchiz edilmiş avadanlıq) — telekommunikasiyada abunəçinin ərazisində yerləşən və demarkasiya nöqtəsində daşıyıcının telekommunikasiya kommutasiyasında qoşulmuş istənilən terminal və əlaqəli avadanlıq. Demarkasiya nöqtəsi müştərinin avadanlığını rabitə xidməti provayderinin paylayıcı infrastrukturunda və ya mərkəzi ofisində yerləşən avadanlıqdan ayırmaq üçün bina yaxud kompleksdə qurulmuş nöqtədir.

CPE ümumiyyətlə telefonlar, ruterlər, şəbəkə svişləri, yaşayış şlüzləri (RG), "set-top box"lara, sabit mobil konvergensiya məhsullarına, ev şəbəkəsi adapterlərinə, eləcə də istehlakçılara lokal şəbəkə (LAN) olan yaşayış yeri və ya müəssisələrdə provayderlərin rabitə xidmətlərinə daxil olmaq və onları yaymaq imkanı verən internetə çıxış şəbəkə keçidləri kimi cihazlara aiddir.

CPE yuxarıda qeyd edildiyi kimi aktiv avadanlıq, analoq telefon adapterləri (ATA) və ya xDSL bölücüləri kimi passiv avadanlıq ola bilər. Bura əsas telefon sistemləri və özəl filialların əksəriyyəti daxildir. CPE kateqoriyasına ifrat voltaj üçün mühafizə avadanlıqları və "payphone" daxil deyil. Telekommunikasiya xidmətinin çatdırılması üçün zəruri olan, lakin avadanlıq kimi müəyyən edilməyən digər növ materiallar, məsələn, təlimatlar, kabel paketləri və kabel adapterləri əvəzinə CPE-periferik qurğular adlandırılır.

CPE abunəçi tərəfindən satın alınmış cihazlara, ya da operator və ya xidmət təminatçısı tərəfindən təmin edilən avadanlıqlara aid ola bilər.

"Customer-premises equipment" və "customer-provided equipment" ifadələri bu avadanlığın tarixini əks etdirir.

ABŞ-də "Bell System" inhisarına əsasən həmin şirkət telefonların mülkiyyətçisi idi və bir şəxs onları ya özəl mülkiyyətdə olan, ya təchiz edilmiş cihazları şəbəkəyə və ya stansiya aparatına qoşa bilməzdi. Telefonlar müştərilərin binalarında yerləşirdi. ABŞ-də İkinci kompüter təhqiqatını aparan Federal Kommunikasiya Komissiyası (FKK) telekommunikasiya daşıyıcılarının CPE-ni telekommunikasiya xidməti ilə birləşdirə bilməyəcəyinə, telekommunikasiya xidməti inhisarının bazar gücünü CPE bazarından ayıra bilməyəcəyinə və rəqabətli CPE bazarı yarada bilməyəcəyinə qərar vermişdi.[1]

CPE həmçinin, ISDN, E-daşıyıcı/T-daşıyıcı, DSL və ya metro Ethernet kimi WAN kommutasiyasını dayandıran hər hansı qurğulara aid olunur. Buraya müştərinin öz sahəsində ona məxsus hər hansı avadanlıq daxildir.

  1. "Cybertelecom :: CPE :: Hush a Phone :: Carterfone ::". www.cybertelecom.org. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • This article incorporates public domain material from Federal Standard 1037C. General Services Administration. Archived from the original on 22 January 2022.