İnternetə çıxış

İnternetə çıxış haqqında afişa.

İnternetə çıxış — fiziki şəxslərin və təşkilatların kompüter terminalları, kompüterlər və digər cihazlardan istifadə edərək internetə, e-poçtümumdünya hörümçək toru kimi xidmətlərə daxil olmaq üçün qoşulmaq imkanı. İnternetə çıxış müxtəlif şəbəkə texnologiyaları vasitəsilə geniş diapazonda verilənlərin ötürmə sürətində əlaqə təmin edən internet xidmət provayderləri (ISP) tərəfindən satılır. Bir çox təşkilatlar, o cümlədən artan sayda bələdiyyə qurumları, həmçinin pulsuz simsiz giriş və stasionar telefonlar təmin edir.

İnternetə çıxış imkanları bir vaxtlar məhdud idi, lakin sürətlə artmışdı. 1995-ci ildə dünya əhalisinin yalnız 0.04%-nin internetə çıxışı var idi ki, onlardan yarıdan çoxusu ABŞ-də yaşayırdı. XXI əsrin ilk onilliyində inkişaf etmiş ölkələrdə bir çox istehlakçılar daha sürətli genişzolaqlı texnologiyadan istifadə edirdilər və 2014-cü ilə qədər dünya əhalisinin 41%-i çıxış əldə etmişdi.[1] Genişzolaqlı internet demək olar ki, bütün dünyada mövcud idi və qlobal orta əlaqə sürəti saniyədə bir meqabiti keçmişdi.[2]

Erkən dövrlər

[redaktə | mənbəni redaktə et]

İnternet ABŞ hökuməti tərəfindən hökumət daxilində, həmçinin ABŞ-dəki universitetlər və tədqiqat laboratoriyalarında layihələri dəstəkləmək üçün maliyyələşdirilən ARPANET əsasında inkişaf etdirilmişdir. Bu, zaman keçdikcə dünyanın əksər böyük universitetlərini və bir çox texnologiya şirkətlərinin tədqiqat qollarını əhatə etmişdi.[3][4][5] Daha geniş auditoriya tərəfindən istifadə yalnız 1995-ci ildə kommersiya trafikinin daşınması üçün internetdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə baş vermişdi.[6]

1980-ci illərin əvvəlindən ortalarına qədər internetə çıxışın çoxu fərdi kompüterlərdənloakl şəbəkələrə (LAN) birbaşa qoşulmuş iş stansiyalarından və ya modemlərdən, analoq telefon xətlərindən istifadə edərək dial-up bağlantılarından idi. LAN-lar adətən 10 Mbit/s sürətlə işləyirdi, modem verilənlər sürəti isə 1980-ci illərin əvvəllərində 1200 bit/s olmasına baxmayaraq, 1990-cı illərin sonunda 56 kbit/s-ə yüksəlmişdi. Başlanğıcda "dial-up" əlaqələri terminallardan və ya terminal emulyasiya proqramı ilə işləyən kompüterlərdən LAN-lardakı terminal serverlərinə edilirdi. Bu "dial-up" əlaqələri internet protokollarının "end-to-end" istifadəsini dəstəkləmirdi və yalnız host əlaqələri üçün terminal təmin edirdi. "Serial Line Internet Protocol" (SLIP) və daha sonra "point-to-point protocol"u (PPP) dəstəkləyən şəbəkəyə çıxış serverlərinin tətbiqi internet protokollarını genişləndirmişdi.

İnternetə çıxış sürətinin sürətlə artmasında mühüm amil MOSFET (MOS tranzistor) texnologiyasında irəliləyişlər olmuşdur.[7] 1959-cu ildə Məhəmməd AtallaKan Devon tərəfindən icad edilən MOSFET[8][9][10] internet telekommunikasiya şəbəkələrinin tikinti blokudur.[11][12] İlk olaraq 1960-cı ildə Çarlz Hard TaunsArtur Leonard Şavlou tərəfindən nümayiş etdirilən lazer 1980-ci ildə MOS işıq dalğası sistemləri üçün qəbul edilmiş və bu, internet buraxılış zolağının eninin eksponensial artmasına səbəb olmuşdu. Davamlı MOSFET miqyası o vaxtdan bəri onlayn ötürmə qabiliyyətinin hər 18 ayda iki dəfə artmasına gətirib çıxarmışdı.[7]

1990-cı illərdən

[redaktə | mənbəni redaktə et]

Əksər genişzolaqlı xidmətlər davamlı "həmişə açıq" əlaqəni təmin edir; heç bir dial-in prosesi tələb olunmur və o, telefon xətlərinin səsli istifadəsinə mane olmur.[13] Genişzolaqlı internet xidmətlərinə təkmil çıxış təmin edir, məsələn:

1990-cı illərdə ABŞ-də Milli İnformasiya İnfrastrukturu təşəbbüsü genişzolaqlı İnternetə çıxışı ictimai siyasət məsələsinə çevirmişdi.[14] 2000-ci ildə evlərə internetin çoxu "dial-up" vasitəsilə təmin edilirdi, bir çox müəssisə və məktəblər isə genişzolaqlı bağlantılardan istifadə edirdilər. 2000-ci ildə İƏİT-in 34 ölkəsində[15] 150 milyondan bir qədər az "dial-up" abunəsi və 20 milyondan az genişzolaqlı abunə var idi. 2005-ci ilə qədər genişzolaqlı internetdən istifadə artmış və "dial-up" istifadəçilərinin sayı azalmışdı ki, abunələrin sayı hər biri təxminən 130 milyona bərabər olmuşdu. 2010-cu ildə İƏİT ölkələrində internetə qoşulma abunələrinin 90%-dən çoxu genişzolaqlı şəbəkədən istifadə edirdi.[16]

ADSL və ya kabel ilə xidmət göstərməyən ərazilərdə bəzi icma təşkilatları Wi-Fi şəbəkələri quraşdırır. Simsiz, peyk və mikrodalğalı internet tez-tez kənd yerlərində, inkişaf etməmiş və ya simli İnternetin asanlıqla mövcud olmadığı digər xidmət göstərilməsi çətin ərazilərdə istifadə olunur.

Sabit (stasionar) və mobil genişzolaqlı giriş üçün tətbiq edilən daha yeni texnologiyalara WiMAX, LTEsabit simsiz daxildir. Təxminən 2006-cı ildən başlayaraq mobil genişzolaqlı çıxış HSPA, EV-DO, HSPA+LTE kimi "3G" və "4G" texnologiyalarından istifadə edərək istehlakçılar səviyyəsində getdikcə daha çox əlçatan olur.

  1. Robinson, Zachary A. The world transformed : 1945 to the present. Oxford University Press. 2015-06-26. 431. ISBN 9780199371020. OCLC 907585907.
  2. "Akamai Releases Second Quarter 2014 'State of the Internet' Report". Akamai. 30 September 2014. 20 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  3. Ben Segal. "A Short History of Internet Protocols at CERN". 1995. 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-04.
  4. Réseaux IP Européens (RIPE)
  5. "Internet History in Asia". 16th APAN Meetings/Advanced Network Conference in Busan. 1 February 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2005.
  6. "Retiring the NSFNET Backbone Service: Chronicling the End of an Era" Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine, Susan R. Harris and Elise Gerich, ConneXions, Vol. 10, No. 4, April 1996
  7. 1 2 Jindal, R. P. From millibits to terabits per second and beyond - over 60 years of innovation // 2009 2nd International Workshop on Electron Devices and Semiconductor Technology. 2009. 1–6. doi:10.1109/EDST.2009.5166093. ISBN 978-1-4244-3831-0. 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-24.
  8. (#empty_citation)
  9. Lojek, Bo. History of Semiconductor Engineering. Springer Science & Business Media. 2007. 321–3. ISBN 9783540342588.
  10. "Who Invented the Transistor?". Computer History Museum. 4 December 2013. 13 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2019.
  11. "Triumph of the MOS Transistor". YouTube. Computer History Museum. 6 August 2010. Archived from the original on 3 July 2019. İstifadə tarixi: 21 July 2019.
  12. Raymer, Michael G. The Silicon Web: Physics for the Internet Age. CRC Press. 2009. səh. 365. ISBN 9781439803127. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-24.
  13. "How Broadband Works" Arxivləşdirilib 2011-09-13 at the Wayback Machine, Chris Woodford, Explain that Stuff, 20 August 2008. Retrieved 19 January.
  14. Jeffrey A. Hart; Robert R. Reed; François Bar. "The building of the Internet: Implications for the future of broadband networks". Telecommunications Policy. 16 (8). November 1992: 666–689. doi:10.1016/0308-5961(92)90061-S.
  15. The 34 OECD countries are: Australia, Austria, Belgium, Canada, Chile, the Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Ireland, Israel, Italy, Japan, Korea, Luxembourg, Mexico, the Netherlands, New Zealand, Norway, Poland, Portugal, the Slovak Republic, Slovenia, Spain, Sweden, Switzerland, Turkey, the United Kingdom and the United States. OECD members Arxivləşdirilib 2011-04-08 at the Wayback Machine, accessed 1 may 2012
  16. The Future of the Internet Economy: A Statistical Profile Arxivləşdirilib 2012-06-16 at the Wayback Machine, Organization for Economic Co-Operation and Development (OECD), June 2011

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]