Cabbar Musayev (tam adı: Cabbar Hafiz oğlu Musayev) — Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. Dövlət qulluğu müşaviri.
Cabbar Musayev | |
---|---|
Vəzifədədir | |
4 noyabr 2024-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | İqtisad üzrə fəlsəfə doktoru |
|
|
Təltifləri |
Cabbar Musayev 1981-cü ildə Naxçıvan şəhərində anadan olub. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-dən 2024-cü ilə kimi Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.[1]
Azərbaycan Respublikası Prezidentinin 04 noyabr 2024-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.[2]
23 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.[3]