Cahandar ağa

Cahandar ağa — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının Dəli Kür romanının qəhrəmanı. Qazax mahılında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəy.

Cahandar ağa
Yaradan İsmayıl Şıxlı
Əsər Dəli Kür
İlk görünmə I hissə
Canlandıran Ələddin Abbasov
Məlumat
Cinsi Kişi
Yaşayış yeri Göytəpə kəndi, Qazax mahalı
Peşəsi Bəy
Ailəsi
Həyat yoldaşı Zərnigar xanım
Sevgilisi Mələk
Uşaqları Əşrəf
Şamxal
Salatın

Personajın təsviri

[redaktə | mənbəni redaktə et]

Cahandar ağa Qazax mahalında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəydir. Hündürboy və pəhləvan cüssəlidir və az qarayanızdır. Həyat yoldaşı Zərnigar xanımdan Şamxal və Əşrəf adlı iki oğlu və Salatın adlı bir qızı vardır. Kəndin varlı adamlarından olan, yeddi dəfə evlənmiş Allahyarın, Mələk adlı kəbinli bir arvadını qaçırıb özünə arvad etmişdir. Nişan almaqda mahirdir və sərrast atəş açır. Təxminən 45-50 yaşlarındadır.

  • Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.