Cahangir xoca üsyanı — Uyğurların, eləcə dunqanların, qazaxların, qırğızların və Sinszyanın başqa xalqlarının xocaların (Şərqi Türkistanın keçmiş hakimlərinin nəsillərindən olanlar) başçılığı ilə XIX əsrin 20-40-cı illərində Tsin (mancur-çinli) hakimiyətinə qarşı milli qurtuluş hərəkatı.
Ən kütləvi və uzun müddətlisi, ağdağlı xocaları hakim nəslin sonuncu nümayəndəsi Sarımsaq oldu Cahangir xocanın üsyanı olmuşdur. Üsyanın ilk cəhdləri 1820-ci illərə aiddir, sonra 1824-1825. Cahangirin Qaşqar dairəsinə 1826-cı ilin iyulunda daxil olması üsyanı Şərqi Türkistanın ən böyük şəhərləri olan Qaşqar, Yarkənd, Xotana yayılmasına səbəb oldu. Bu şəhərləri üsyançılar il yarımdan artıq əllərində saxladılar. 1827-ci ilin sonunda üsyan yatırıldı. Lakin 1830-cu ildə Cahangirin böyük qardaşı Yusuf xocanın başçılığı ilə və kokand xanı Məmməd Əlinin dəstəyi ilə yeni üsyan başladı. Lakin bu üsyan da həmin ilin sonunda məğlub oldu. 1847-ci ildə Cahangirin qardaşı oğlanlarının başçılığı ilə, tarixə “yeddi xoca üsyanı” adı ilə daxil olan üsyan qalxdı. Elə həmin il bu üsyan da yatırıldı.
Bu üsyanlar dini səciyə daşısalar və “kafirlərə” qarşı olsa da, xarici hakimiyətə qarşı idilər və uyqurların milli dövlət qurması uğrunda baş verdilər.