Dördnöqtəli ayıca (lat. Collimorpha dominula) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü.[1]
Dörd nöqtəli ayıca | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Dörd nöqtəli ayıca |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açılmış halda 50-52 mm uzunluğa malikdir. Ön qanadının uzunluğu 27-29 mm arasında dəyişir. Ön qanadları tünd qəhvəyi qara, yaşılımtıl rəngə çalır. Üzərində "v" şəklində sarımtıl ağ zolaq var. Arxa qanadları bir qədər açıq qırmızı rəngdədir. Qanadın yuxarı xarici kənarında uzunsov qara ləkə, altda isə qanadın ortasınada iki yumru qara rəngli ləkə mövcuddur. Sinə üzərində uzun qara zolaq keçir. Qarın nahiyəsi açıq qırmızıdır. Buğumlar üzərində kiçik qara rəngli nöqtələr mövcuddur. Kəpənəyi iyul və avqustda uçur. Tırtılı aprel, may, sentyabr, oktyabrda, bağayarpağı, inciyarpaq, yonca, naz və fıstıq üzərində yaşayır.[2] [3]
Avropanın orta cənubu, Qafqaz, Kiçik və Orta Asiyada müşahidə edilirlər. Azərbaycanda isə Şamaxı-Qobustan, Şəki-Zaqatala, Lənkəran və Dağlıq Qarabağ təbii rayonlarında yayılmışdır.
Xüsusi ilə ön dağlıq və dağ meşələrinin tala ərazilərində yerləşən kolluqlarda müşahidə edilirlər.[4]
Yaşadığı biotopların əkin üçün istifadə olunması, bu ərazilərdə kimyəvi gübrələrdən, insektisidlərdən istifadə olunması, mal qaranın otarıkması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Rusiya Federasiyasının Qırmızı kitabına daxil edilmişdir[5]. Azərbaycanda heç bir tədbir görülməyib.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.