Cam döyüşü — Şeybanilər sülaləsi və Səfəvi sülaləsi arasında genişmiqyaslı hərbi-siyasi qarşıdurmanın mühüm döyüşlərindən biri.
Cam döyüşü | |||
---|---|---|---|
Səfəvi-Şeybani müharibəsi | |||
| |||
Tarix | 24 sentyabr 1528 | ||
Yeri | Zurabad, Xorasan, Səfəvilər dövləti | ||
Səbəbi | Şeybanilərin Xorasana iddiası | ||
Nəticəsi | Səfəvilər qalib gəldi | ||
Ərazi dəyişikliyi | Şeybanilər Mavəraünnəhrə qayıtdılar, Xorasan Səfəvilərdə qaldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Döyüş 24 sentyabr 1528-ci ildə Xorasanın (Səfəvi dövləti) Cam vilayətinin bir hissəsi olan Səbzavar və Xosrovjerdin şimalındakı Zurabadda baş vermişdir.
1512-ci ildən başlayaraq Şeybanilər artıq Mavəraünnəhrdə özlərini möhkəmləndirmiş və paytaxt Buxarada dövlətlərini qurmuşdular. 1520-ci ildən başlayaraq Səfəvi dövləti ilə vaxtaşırı Xorasan uğrunda mübarizə aparırdılar. 1526-cı ildə özbəklər bir daha Amudərya çayını keçərək Xorasana daxil oldular. Firdovsi türbəsinin yerləşdiyi Tus şəhərini mühasirəyə aldılar və ələ keçirdilər. Qısa müddətdən sonra Xorasanın əhəmiyyətli hissəsini tutdular və 1527-ci ildə yenidən Səfəvilərin qoşunlarını məğlub edərək Gürganı işğal etdilər. Bundan sonra Şeybanilər şərqə doğru istiqamət götürdülər və Ubeydulla xanın rəhbərliyi altında Heratı yeddi ay mühasirəydə saxladılar. Ubeydulla xan Səfəvilərin yaxınlaşan böyük ordusundan xəbər tutaraq, şimala çəkilmək məcburiyyətində qaldı.
1528-ci ildə sünni Şeybanilər İslam şiə təriqətinin qalası olan Səfəvi dövlətinə və Səfəvi sülaləsinə qarşı "müqəddəs qəzavat" elan etdilər. Ubaydulla xan və Kuçkunci xanın rəhbərliyi ilə Xorasana hərbi yürüşə çıxan Şeybanilər, bu yürüşə yaxşı hazırlanmışdılar və çox sayda əkinçi, fəhlə, dərviş, şair, ziyalı və elm nümayəndələri və dini liderləri də qoşunlarına daxil edilmişdi. hərbi yürüşün başlanğıcında Şeybanilər ordusu, Mavəraünnəhrin hər tərəfindən 105 mindən çox insan toplamışdılar. Tarixi məlumatlara görə, "Ubeydulla Xan Çingiz xan dövründən bəri olmayan böyük bir ordu toplaya bilmişdi".[1]
Özbək Şeybanilərinin ordusunun Xorasana yaxınlaşması xəbəri Səfəvi şahı I Təhmasibə çatdı. Səfəvilər tələsik ordularını səfərbər etdilər. Ordular arasındakı döyüş Xorasanın Cam vilayətinin Zurabad qəsəbəsində baş verdi. Döyüşün əvvəlində Səfəvi qoşunlarının cinahları özbəklərin hücumlarına məğlub olaraq bir qədər geri çəkildilər, lakin tab gətirə bildilər. Köməyə gələn Səfəvi qoşunlarının gücü sayəsində yrnidən hücuma keçdilər. Günortadan sonra döyüş Səfəvilərin məğlubiyyəti ilə başa çatdı. I Təhmasib, sağ qalan kiçik ordusu ilə birlikdə geri çəkilmək məcburiyyətində qaldı. Düşmənin məğlub olacağına inanan Şeybani qoşunları sevinirdilər və onlar öldürülən əsgərlərdən qənimət (silah, texnika, at, yemək) toplamağa başladılar. Özbək qoşunları daha çox qənimət toplamaq üçün döyüş yerinin ətrafına səpələndilər.
I Təhmasibin Zülfüqar xanın üsyanını yatırmaq üçün Bağdada getməsindən bir müddət sonra Ubeydulla xan yenidən Xorasana hücum etmək üçün güc tapdı və Məşhədin, daha sonra Xorasanın ən böyük şəhərləri olan Heratı işğal etməyi bacardı. 1529-cu ilin sonunda I Təhmasib yenidən 70.000 nəfərlik bir ordu ilə Xorasana gəldi və Heratı fəth etdi. Bu dəfə ordusunun əhəmiyyətli bir hissəsini Xorasanda qoydu və Heratda şah idarə üsulu təyin edildi. 1531-ci ildə Herat yenidən özbəklər tərəfindən mühasirəyə alındı və çətinliklə də olsa köməklik nəticəsində xilas ola bildi. Bu mühasirədə Herat sakinlərinin çoxu aclıqdan öldü.
Xorasan əhalisi davamlı müharibələrdən və şiələrin məhv edilməsindən əziyyət çəkirdi. Şimaldan, özbək Şeybanilərinin Mavəraünnəhrdən müntəzəm basqınları olurdu, digər tərəfdən də sünnilər Səfəvilər tərəfindən qırılırdı. Bu şərtləri nəzərə alaraq Xorasanda kütləvi narazılıqlar yarandı. Müxtəlif üsyançıların rəhbərlik etdiyi bir sıra qiyamlar olmuşdur. Növbəti xaosdan istifadə edərək 1534-cü ildə Ubaydulla xan yenidən Xorasana hücum etdi və 1535-ci ilin mayında Heratı yenidən işğal etdi. Məşhəd hakimi Sufi-Xəlifə Rumlu Herat xalqına kömək üçün gəldi, lakin qoşunları Nişapur yaxınlığında özbəklər tərəfindən məğlub edildi və hökmdarın özü öldürüldü. Ubaydulla xan Buxaraya - paytaxtına qayıtdı.
Vəfat etmiş Sufi-Xəlifə Rumlunun yerinə, Herat və ətrafındakı ərazilərdəki ondan məmnun olmayan dekan fars dilində danışan əhalinin,dexkanların narazı olduğu Xızr Çələbi təyin edildi. Fars dilində danışan Heratlılar üsyan qaldıraraq kömək üçün Ubeydulla xana müraciət etdilər. 1536-cı ilin martında Ubeydulla xan bir ordu ilə Herata gəldi və şəhəri mühasirəyə aldı. Beş aylıq mühasirədən sonra şəhər dağıdıldı və şəhərin Səfəvi müdafiəçiləri öldürüldü. Öz missiyasını başa vuran özbəklər, böyük səfəvi ordusunun yaxınlaşması barədə məlumat alaraq Buxaraya qayıtdılar. Sonrakı illərdə, 1543-1570-ci illər arasındakı dövrdə, özbəklər periyodik olaraq (15 dəfədən çox) Xorasana hücum etdilər, lakin xüsusi nəticələr əldə etmədilər, çünki Xorasan indi səfəvilər tərəfindən fəal şəkildə müdafiə olunurdu.