Can-balıq

Can-balıq və ya CanbalıqQaşqarlı Mahmud Divan-I Lüğətit Türkdə bir uyğur şəhəri[1] deyə tərif etdiyi və çəkdiyi xəritədə Uyğur elindəki Beşbalıqın sağ tərəfində işarələdiyi tarixi şəhər.

Bəzi araşdırmaçılara görə, Can-balıq hal-hazırkı Çində Sintzsyan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sancı Hui Muxtar Bölgəsinə bağlı Manas nahiyyəsidir və ya Djambalıkdır.

Qaşqarlı Mahmud öz əsərində belə yazmışdır:

" Balıq İslamiyyətdən əvvəl türk dilində sığınaq, qala, şəhər deməkdir. Uyöurcada da belədir. Uyğurların ən böyük şəhərlərindən birinə Beş Balıq deyilir. Bura uyğurların ən böyük şəhəridir, "beş şəhər" deməkdir[2]...Zülqərneynin[3] tikdirmiş olduğu "Sulmi, Koçu, Canbalıq, Beşbalıq, Yanğı balıq" adındakı şəhərlərdir. "
  1. Atalay, Besim. Divanü Lügati't - Türk. I. Ankara. 2006. səh. 113. ISBN 975-16-0405-2.
  2. Atalay, Besim. Divanü Lügati't - Türk. I. Ankara. 2006. səh. 379. ISBN 975-16-0405-2.
  3. Qālū Yā Dhā Al-Qarnayni 'Inna Ya'jūja Wa Ma'jūja Mufsidūna Fī Al-'Arđi Fahal Naj`alu Laka Kharjāan `Alá 'An Taj`ala Baynanā Wa Baynahum Saddāan - Dediler ki: “Ey Zu'l-Karneyn, gerçekten Ye'çüc ve Me'çüc, yeryüzünde bozgunculuk çıkarıyorlar, bizimle onlar arasında bir sed inşa etmen için sana vergi verelim mi” - Kur'an Al-Kahf Arxivləşdirilib 2008-11-15 at the Wayback Machine suresi 18:94