Canet (Əlcəzair)

Canet (ərəb. جانت‎; fr. Djanet) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinin inzibati mərkəzidir.

Canet
24°33′18″ şm. e. 9°29′07″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 57.460 km²
Mərkəzin hündürlüyü 1.035 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 14.655 nəf. (2008)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 33100
Xəritəni göstər/gizlə
Canet xəritədə
Canet
Canet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqe

[redaktə | mənbəni redaktə et]

Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,470 kilometr (910 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1,053 metr (3,455 ft) qədərdir.[2]Canet kommunası İllizi və Bürc-əl-Huas kommunaları, LiviyaNiger əraziləri ilə həmsərhəddir. Sahəsi 57,460 km2-dir.

Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 18 mm). Orta illik temperatur 23,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 12,4°C, ən isti ayda (iyun) 31,6°C-dir.[3]

Şəhərin cənubundan 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir. Eyniadlı hava limanı var.

  1. Djanet (Commune, Illizi, Algeria) - Population Statistics, Charts, Map and Location.
  2. "Djanet" (ingilis). GeoNames. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  3. "Climate: Djanet" (ingilis). Climate-Data.org. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.