Canlılarda qıcıqlanma

Canlılarda qıcıqlanma — xarici və ya daxili baş verən dəyişikliklərə verilən cavab reaksiyasıdır.[1][2] Bir orqanizmin ətrafında baş verən dəyişikliklərə cavab vermək qabiliyyəti elmi termin kimi əsəbilik olaraq bilinsə də, ancaq bu xüsusiyyəti həssaslıq olaraq da düşünə bilərik. Canlı orqanizm sağ qalmaq üçün ətraf mühitdəki dəyişikliklərə cavab verməli və uyğunlaşmağı bacarmalıdır.[1] Küsdüm bitkisində şiddətli külək, zədələnmə, yüksək temperatur, işıq intensivliyinin dəyişməsi, yarpaqlara edilən mexaniki təsir yarpaqların ani olaraq bükülməsinə səbəb olur. Bitkinin gövdəsinə təsir etdikdə isə bu proses əksinə gedir.

Yem axtaran heyvan düşməninin yaxınlaşdığını görəndə bir anlıq dayanır və sonra sürətlə qaçmağa başlayır.[3]

Qıcıqlanmanın mexanizmi

[redaktə | mənbəni redaktə et]

Küsdüm bitkisinin yarpaqlarının xarici qıcıqlara cavab verməsi, antilopun düşmənindən uzaqlaşması mexanizm qıcıqlanma adlanır. Canlıların quruluşu mürəkkəbləşdikcə qıcıqlanmalarda mürəkkəb mexanizim üzrə baş verir.

Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar. Məsələn, üzməyi bacarmayan insan dərin su hövzəsinə düşərsə, onun boğulma ehtimalı daha çoxdur.

Müasir dövrdə mövcud olan bütün canlılar mühitə uyğunlaşaraq bu günə qədər yaşaya bilmişlər. Canlılar aləminin bütün nümayəndələrinin hər hansı bir təsirə qarşı verdiyi cavab reaksiyası qıcıqlanma adlanır. Qanda tiroksin hormonunun miqdarı artanda ürək döyüntülərinin sayı artır. Bu, daxili qıcıqlanmadır. İnsanı əsəbiləşdirən zaman qanda adrenalinin miqdarı artır. Bu xarici qıcıqlanmanın təsiri ilə baş verir.

Bitkilərdə qıcıqlanma

[redaktə | mənbəni redaktə et]

Bitkilərdə qıcıqlanmanı müşahidə etmək çox asandır. Pəncərə qarşısına qoyulmuş dibçəklərdəki bitkilərin yarpaq və gövdələrinin işığa doğru çevrilməsi, günəbaxanın çiçək səbətinin sanki Günəşin arxasınca gəzməsi, küsdüm bitkisinin yarpaqlarına toxunan kimi bükülməsi tropizm adlanır.

Tropizm xarici amillərin təsirinə qarşı bitki hissələrinin istiqamətli yerdəyişməsidir. Bitkilərdə tropizmi nəinki işığa, həm torpağa, həm də bəzi kimyəvi maddələrə qarşı da müşahidə etmək mümkündür. Zirinc bitkisində həşərat erkəkciyə toxunarsa, bitki dərhal sürətlə əyilir və həşərat tozcuğa bulaşmış olur. Həşəratyeyən bitkilərdə həşəratların tutulması da qıcıqlanma və hərəkətin nəticəsidir. Mamırqıjının spermatozoidləri yumurtahüceyrənin ifraz etdiyi maddələrə doğru üzür. Bu isə çoxhüceyrəli bitkilərdə taksisə misaldır.

İşıq və temperaturun gün ərzində dəyişməsi ilə əlaqədar bitkilərin çiçəklərinin açılıb-bağlanması sutkanın müxtəlif vaxtlarında baş verir. Bu, kasa yarpaqları və ləçəklərin hərəkətləri ilə əlaqədardır. Bitkilərin hərəkətinin digər səbəbi hüceyrələrdə olan suyun miqdarının dəyişməsidir.

Birhüceyrəlilərdə qıcıqlanma

[redaktə | mənbəni redaktə et]

Bakteriyalar üzərində aparılan müşahidələr nəticəsində aydın olmuşdur ki, onlar qidalı mühiti hiss edən kimi həmin istiqamətə doğru hərəkət edir.[4] Amöblər olan suya duz kristalları qoyularsa, onlar yalançı ayaqlarını yığır, ovlarını hiss edən kimi yalançı ayaqlarını uzadıb onu tutur. Yaşıl evqlenalar qamçıları ilə hərəkət edir. Əgər onlar hər hansı bir maneəyə rast gələrsə, əvvəl dayanır, sonra geriyə dönür və uzaqlaşır. Birhüceyrəlilərin, eyni zamanda əksər çoxhüceyrəlilərin bu cür cavab reaksiyası taksisdir. Taksis xarici qıcığa cavab olaraq hüceyrənin və bütöv orqanizmin istiqamətlənmiş yerdəyişməsidir.[5]

Çoxhüceyrəli heyvanlarda qıcıqlanma

[redaktə | mənbəni redaktə et]

Çoxhüceyrəli heyvanlarda qıcıqlanma.[6] Heyvanların əksəriyyəti çox hərəkətlidir. Ən mürəkkəb hərəkətləri, əsasən, onurğalılarda müşahidə etmək olur. Onlar qıcıqlara qarşı müxtəlif cür reaksiyalar verirlər. Məsələn, bəzi balıq sürülərinə alt tərəfdən işıq saldıqda onlar beli üstə üzməyə başlayırlar.[7] İbtidai heyvanlarda qıcıqlanma hadisəsinin çoxhüceyrəlilərdə refleks adlandığı və onun sinir sistemi ilə idarə olunduğu sizə bəllidir. Müxtəlif heyvanlarda sinir sisteminin inkişafı fərqli olduğuna görə onlarda yaranan reflekslər də fərqli olur. Sinir sistemi inkişaf edib mürəkkəbləşdikcə reflekslər də mürəkkəbləşir. Düşməni gördükdə antilopun davranışı mürəkkəb şərti refleksdir.

Qıcıqlanma və reflekslər vasitəsilə orqanizm ona göstərilən təsirlərə cavab reaksiyaları verərək fəaliyyət göstərir. Bu zaman onlar dəyişmiş ətraf mühit şəraitinə uyğunlaşırlar.Sitat səhvi: <ref> açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır

  1. 1 2 "Identifying and Comparing the Characteristics of Living and Nonliving Things" (eng). fl-pda.org. 2019-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-27.
  2. "Canlılarda qıcıqlanma" (aze). kayzen.az. 11 dekabr 2019. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-27.
  3. "Canlılarda qıcıqlanma" (az.). e-derslik.edu.az. 2021-02-12 tarixində arxivləşdirilib.
  4. Eczema Condition Factsheets Arxiv surəti 13 fevral 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine Yahoo Health. Retrieved on 2010–01–12
  5. Dry Eye Diganosis And Treatment Arxivləşdirilib 2010-04-05 at the Wayback Machine Dry Eye Diagnosis And Treatment. Retrieved on 2010–01–12
  6. What is chronic bronchitis Arxiv surəti 15 iyun 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-06-15 at the Wayback Machine Family Doctor. Retrieved on 2010–01–12
  7. gastritis Information Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine Mayo Clinic. Retrieved on 2010–01–12