Qurbançı

QurbançıAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.[1]

Qurbançı
40°33′59″ şm. e. 48°57′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 979 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qurbançı xəritədə
Qurbançı
Qurbançı

Qurbançı Baş Qafqaz dağ silsiləsinin ətəyində yerləşir. Qurbançı kəndinin əhalisi türk mənşəlidir və qədim zamanlardan etibarən əsasən heyvandarlıqla məşğul olmuşdur. Qurbançı kəndi ərazi vahidi kimi bir müddət Mərəzə rayonuna, sonradan Şamaxı rayonuna aid olmuş hal-hazırda isə Qobustan rayonuna aiddir. Bu kənd Bakı şəhərindən Şamaxıya gedən qədim karvan yolunun kənarında yerləşir. Qurbançı kəndi öz başlanğıcını bu kəndin yaxınlığında yerləşən qədim yaşayış məskəni olan Şəhərgah[2] adı ilə məlum olan qədim yaşayış məntəqəsindən götürüb. Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Bunlardan biri də Qurbançı kəndi yaxınlığında, Qurbançıdan Qobustan şəhərinə gedən yolun sağında kənddən təqribən bir kilometr uzaqlıqda yerləşən yaşayış yeri olmuşdur. Şəhərgahın yerində hal-hazırda yerə batmış bir neçə iri daşlar və qəbir daşları vardır. Şəhərgah vaxtilə Bakıdan Şamaxıya və daha sonra Azərbaycanın qərb ərazilərinə gedən karvan yolunun üstündə olan mühüm əhəmiyyət kəsb edən bir şəhər olub. Bakıdan çıxan karvan axşama Cəngiyə (Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində) çatırdı və orada gecələyirdi. Səhəri gün isə bu karvan Cəngidən çıxaraq Müşkəmir, Şəmsəddim körpüsü (bu körpü indi də durur), Ağ nohur, Şəhərgah, Çalov, Cəyirli, Təklə istiqamətində Şamaxı şəhərinə doğru irəliləyirdi. Karvanın növbəti gecələmə məkanı (karvansara) Şamaxı şəhəri olub. Şəhərgah bu karvan yolunun üzərində olan mühüm və yeganə iri yaşayış məntəqəsi (Bakıdan Şamaxıya qədər olan yolda) olmuşdur. Şəhərgahdan xeyli küp qırıntıları, qədim əşyalar tapılmışdır.[3]

Kənd Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonim XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş qurbançı elinin adındandır.[4]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 614 nəfər əhali yaşayır.[5]

  1. "Qobustan rayonu: İnzibati ərazi dairələri". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
  2. ""Şəhərgah"ın əhatəli tədqiqata ehtiyacı var" (az.). https://www.medeniyyet.az/. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28-01-2022.
  3. Mehman Abdullayev. Azərbaycan tarixi. Yenilənmiş V nəşr. Bakı: "Bakı Universiteti" nəşriyyatı. 2019.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  6. Baku TV. "Qobustanın viran qalan Qurbançı kəndindən xüsusi reportaj - VİDEO" (az.). https://oxu.az/. 13 noyabr 2021. 2023-01-27 tarixində arxivləşdirilib.
  7. "Milli Nüvə Tədqiqatları Mərkəzi CERN ilə əməkdaşlıq memorandumu imzalayıb" (az.). trend.az. 24 May 2016. 27 January 2023 tarixində arxivləşdirilib.