Sarac-Çuko — Rusiya, Kabarda-Balkariya Respublikasının Baksan rayonunda arxeoloji abidə.
Carac-Çuko mağarası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi | 300 m² |
Kəşf tarixi | 2016 |
Tipi | vulkanik |
Yerləşməsi | |
43°34′13″ şm. e. 43°21′31″ ş. u. | |
Ölkə | Rusiya |
Region | |
Rayon | |
|
Sarac-Çuko mağarası Fanduko çayının sol sahilində (yerli adı — Sarajuko; Kişpek çayının qolu — Baksan çayının qolu — Terek çayı hövzəsi), Rusiyanın Kabardia-Balkariya Respublikasında Nalçikdən 20 km şimal-qərbdə, Zayukovo kəndindən 4–6 km aralıda yerləşir. Sarac-Çuko mağarasının dəniz səviyyəsindən hündürlüyü 940 m-dir. Mağaranın hündürlüyü çayın indiki səviyyəsindən 30 m yüksəklikdədir. Sahəsi 300 kvadrat metrdən çoxdur.[1][2]
2016-cı ildə Sankt-Peterburq arxeoloqu E. V. Doroniçeva tərəfindən Sarac-Çuko mağarası arxeoloji yer olaraq kəşf edildi.[1] Mağarada 2017-ci ildən bəri hərtərəfli araşdırmalar aparılır. Sarac-Çuko mağarasının tədqiqində Rusiyanın aparıcı elmi mərkəzlərindən olan arxeoloqlar, geomorfoloqlar, geoloqlar, geokimyacılar, fiziklər, palinoloqlar və paleontoloqlar iştirak edirlər.[3][4] Sarac-Çuko mağarasının 6B qatında mövcud olan yer, Orta paleolit dövründə Kabarda-Balkariya ərazisində məskunlaşma olduğunun ən qədim sübutudur.
Sarac-Çuko mağarası, Şimali Qafqazdakı qədim zamanlarda vulkan mənşəli xammal yatağı — yeganə obsidian yatağından 4–7 km aralıda yerləşir. Orta paleolitdə Neandertallar obsidianı 200–250 km aralıda Kabarda-Balkariyadakı bulaqlardan Krasnodar diyarında (Şimali-Qərbi Qafqaz) yerləşən Mezmay mağarasına daşıyırdılar. Mərkəzi Qafqazın şimal yamacında, Kabarda-Balkariyada obsidian yataqları buraya qədim insanları cəlb edirdi və araşdırmaların göstərdiyi kimi, bu bölgə, ehtimal ki, müxtəlif mədəni ənənələrə malik Neandertalların kəsişə biləcəyi təmas zonası idi.[5][6].
Araşdırmaların nəticələri göstərir ki, mağara qədim insanlar üçün dəfələrlə yaşayış yeri olmuşdur. Mağarada məskunlaşmasının ən erkən dövrü e.ə.120–50-ci minillikləri əhatə edir. Araşdırmalar bu bölgədə yaşayan Neandertallar dövründə iqlimin müasir dövrdəkindən fərqli olduğunu və daha isti olduğunu göstərir. Mağaranın 6B qatında, qədim insanların obsidian (vulkanik şüşə) və çaxmaq daşlarından alətlər düzəldərək, ovçuluqla məşğul olduğunu göstərən yaşayış yeri var idi. Buradan çoxlu daş alətlər tapıldı, istehsal üçün xammal (obsidian və çaxmaq daşları) 7 km məsafədən gətirilirdi. Daş xammalının petroqrafik və geokimyəvi analizləri, bitmiş çaxmaq daşlarının sahədən 5–7 km aralı məsafədə yerləşən Xan-xaku-1, Stauçukua-1 və Kamenka yataqlarından Sarac-Çuko mağarasına daxil olduğunu müəyyən etməyə imkan verdi. 6B təbəqəsindəki əşyaların əksəriyyəti, sahədən 6–7 km aralıda yerləşən Zayukovskoye yatağından alınan obsidiandan hazırlanmışdır.[7] Mağaradan ilkin yaşı 120 ilə 70 min il əvvələ aid olan ocaq qalığı tapılmışdır.[8]. Sarac-Çukoda yaşamış Neandertalların alətləri istehsal texnologiyasında Şərqi və Cənubi Qafqazda və müasir İran ərazisində yaşayan Neandertalların alətlərinə bənzəyir.[9]