Carles Puidemont i Casamajó

Karles Puçdemon (kat. Carles Puigdemont i Casamajó; 29 dekabr 1962[1][2][…], Amer[d][1]) — Katalan siyasətçi və jurnalist. 2019-cu ildən bu yana Avropa Parlamentinin üzvü kimi fəaliyyət göstərir. Cironanın keçmiş bələdiyyə başçısı olan Puçdemon, Kataloniyanın müstəqillik bəyannaməsindən sonra İspaniya hökuməti tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı zaman 2016-dan 2017-ci ilədək Kataloniyanın 130-cu prezidenti vəzifəsində çalışıb.[4] Respublika Üçün Milli Çağırış partiyasının həmtəsisçisi, Kataloniya üçün birlikdə seçki ittifaqının lideri və Kataloniya üçün Birlik partiyasının qurucusudur.

Karles Puçdemon
kat. Carles Puigdemont i Casamajó
bayraq
Kataloniya prezidenti
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 1962(1962-12-29)[1][2][…] (62 yaş)
Doğum yeri
Fəaliyyəti siyasi fəal[d], jurnalist, siyasətçi
Uşağı 2[3]

İmzanın şəkli
carlespuigdemont.cat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerika və Cironada təhsil aldıqdan sonra, 1982-ci ildə müxtəlif yerli nəşrlər üçün yazdı və "El Punt" qəzetində baş redaktor oldu. 1999–2002-ci illərdə Kataloniya Xəbər Agentliyinin direktoru və 2002–2004-cü illərdə Cirona Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb. Puçdemonun ailəsi Kataloniya müstəqillik hərəkatının dəstəkçisi idilər.

Puçdemon 1980-ci ildə Kataloniya Avropa Demokratik Partiyasının sələfi olan milliyyətçi Kataloniya Demokratik Konvergensiyasına qoşularaq siyasətə başladı. 2006-cı ildə Cirona seçki dairəsindən Kataloniya Parlamentinə üzv seçildikdə siyasətdə karyera qurmaq üçün jurnalistikadan getdi. 2007-ci ildə Cirona Bələdiyyə Şurasına seçildi və 2011-ci ildə Cirona bələdiyyə başçısı oldu. 10 yanvar 2016-cı ildə CDC-nin rəhbərlik etdiyi bir seçki ittifaqı "Junts pel Sí" ilə Xalq Birliyi Namizədliyi arasındakı bir razılaşmanın ardından Kataloniya Parlamenti Puçdemonu 130-cu prezident seçdi.[5]

  1. 1 2 3 4 M. H. Sr. Carles Puigdemont i Casamajó. Parliament of Catalonia.
  2. 1 2 Carles Puigdemont i Casamajó // Brockhauz Ensiklopediyası (alm.).
  3. http://www.elperiodico.cat/ca/noticias/politica/perfil-carles-puigdemont-puigdi-trono-4803663.
  4. "Catalan leader vows 'peaceful resistance' as Madrid takes control of region". The Guardian. 28 October 2017. 18 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2018.
  5. Heckle, Harold. "Spain: Catalonia parliament to vote for new region". Associated Press. 10 January 2016. 15 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2019. Puigdemont was voted in as Catalonia's 130th president in a 70-63 vote, with two abstentions in the 135-seat chamber.