Caucasus Online — Gürcüstanın ən böyük internet provayderlərindən biri. Gürcüstanın internet rabitə bazarının böyük hissəsinə nəzarət edir. Caucasus Online 2006-cı ildə Gürcüstanın bir neçə iri provayderinin: Caucasus Network, Georgia Online və SaNet-in birləşməsi nəticəsində yaranıb.[1] 2008-ci ildən Gürcüstanda simsiz və fiber-optik internetin əsas provayderi Telenet Caucasus Online ilə birləşdi.
Caucasus Online | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Telekommunikasiya |
Məhsulu | İnternet |
Təsis tarixi | 1998 |
Baş qərargahın yeri | |
co.ge |
2008-ci ildən Caucasus Online Tyco Electronics (bu gün TE Subcom kimi tanınır) tərəfindən inşa edilmiş 1200 km uzunluğunda sualtı fiber-optik kabelin yeganə sahibidir və bu kabel vasitəsilə Avropadan Cənubi Qafqaza və Xəzər regionuna internet trafikini tranzit edir. FOC Avropadan Qafqaz regionuna və Yaxın Şərqə birbaşa, yüksək keyfiyyətli fiber-optik internet bağlantısı təmin etmək üçün Qara dənizin dibində çəkilib. Layihə 2008-ci ildə Tyco Electronics ilə əməkdaşlıqda Caucasus Online tərəfindən hazırlanıb. 2016-cı ilin sentyabrında Caucasus Online öz pərakəndə biznesini MagtiCom-a satdı və hazırda Caucasus Online regionda əsas topdansatış operatorudur.
2019-cu ildə Azərbaycan şirkəti NEQSOL Holding Caucasus Online-ın 49%-ni 61 milyon dollara satın alıb. 24 mart 2021-ci ildə isə şirkətin 100%-ni satın alıb.[2]