Qafqaz Kabel Sistemi

Bolqarıstan-Gürcüstan rabitə kabelinin xəritədəki yeri

Qafqaz Kabel Sistemi (qeyri-rəsmi adıyla Bolqarıstan-Gürcüstan rabitə kabeli) Qara dənizdə Gürcüstanın Poti şəhərini Bolqarıstanın Balçik şəhəri ilə 1182 km məsafədə birləşdirən Gürcüstan mərkəzli sualtı rabitə kabelidir.[1] Onun Balçikdəki eniş stansiyası yerüstü əlaqə vasitəsilə Almaniyanın Frankfurt şəhəri və digər Avropa internet qovşaqlarına qoşulur.[2][3] Gürcüstanı birbaşa Avropa ilə birləşdirən yeganə rabitə kabeli olan Qafqaz Kabel Sistemi geostrateji əhəmiyyət kəsb edir və onu Rusiyaya məxsus şirkətə satmaq planlarına görə mübahisələrin mərkəzində olub.[4] 2017-ci ilin yanvarına olan məlumata görə, kabelin yeganə mülkiyyətçisi Caucasus Online şirkətidir.[2]

Konstruksiya[redaktə | mənbəni redaktə et]

Döşəmə işləri 2008-ci ilin iyulunda Cənubi Osetiya münaqişəsindən cəmi bir neçə həftə əvvəl Amerikanın CS Tyco Decisive kabel gəmisi tərəfindən tamamlandı.[5] Sualtı kabel TE Connectivity şirkəti tərəfindən istehsal edilmiş və çəkilmişdir. Hər biri 100 Gbit/s bant genişliyi ilə 96 dalğa uzunluğu daşıyan iki lif cütündən ibarətdir və ümumi ötürmə qabiliyyəti 12,8 Qbit/s təşkil edir (ilkin olaraq 64 × 10Gbit/s və cəmi 1,2Tbit/s).[2][3] 2011-ci ildə TE Connectivity tərəfindən təkmilləşdirmə daha çox dalğa uzunluqlarının əlavə edilməsini təmin etdi.[6]

Layihəyə Gürcüstanın ən böyük internet provayderi olan "Caucasus Online" rəhbərlik edib. Sualtı kabelin konstruksiyasının dəyəri 40 milyon dollar təşkil edib ki, bunun da 35 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) alınmış kreditlər hesabına maliyyələşdirilib. Sövdələşmə çərçivəsində AYİB şirkətin səhmlərinin 5,0%-ni əldə edib.[3]

Layihəyə yerüstü fiber optik infrastruktur üçün stansiyalara xərclənən 22 milyon ABŞ dolları məbləğində sərmayə də daxildir. Bolqarıstan tərəfdən Varna ilə, Gürcüstan tərəfdən isə Azərbaycanla fiber-optik əlaqə qurulub.[3]

Layihənin tamamlanması 2008-ci ildə Rusiya-Gürcüstan diplomatik böhranı səbəbindən təxminən bir aya qədər yubanmışdı.[3]

Rusiyaya satış qalmaqalı[redaktə | mənbəni redaktə et]

2016-cı ilin fevralında Gürcüstanın "Azad Demokratlar" siyasi partiyası "Caucasus Online" ilə Rusiyanın "VimpelCom" şirkətinin törəmə şirkəti arasında "Caucasus Cable System"in həmin şirkətə satılması ilə bağlı gizli danışıqlar apardığını iddia edib. Şərhçilər belə bir strateji rabitə kanalının Rusiya firmasına ötürülməsinin Gürcüstanın milli təhlükəsizliyini təhlükə altına atacağından və Rusiya kəşfiyyat xidmətlərinə kiber çıxışı artıracağından ciddi narahat olduqlarını bildiriblər. Caucasus Online, VimpelCom ilə qismən satış danışıqları apardığını etiraf etdi, lakin sualtı kabelin müqavilənin bir hissəsi olmadığını iddia etdi. Qafqaz Online-nın direktoru Giorgi Tkeşelaşvili Rusiyanın Gürcüstanın kiber təhlükəsizlik təhdidlərinə müdaxilə etmə cəhdi mövzsunda rəy olaraq bildirdi ki, VimpelCom müxtəlif millətlərdən formalaşmış insanların iştirak etdiyi beynəlxalq ticarətə malik şirkətdir. Azad Demokratların bir iddiası da kabelin taleyi ilə bağlı Türkiyədə "Caucasus Online" və "VimpelCom"un törəmə şirkətləri arasında gizli danışıqlar aparılması istiqamətində idi.[4]

Azərbaycana satılması qalmaqalı[redaktə | mənbəni redaktə et]

Kabelin yeganə mülkiyyətçisi Caucasus Online şirkətidir.[1] Şirkətin 49%-i 2019-cu ildə 61 milyon dollara azərbaycanlı iş adamı Nəsib Həsənova məxsus "Neqsol Holding"-ə satılıb.[7] 2021-ci ilin mart ayında isə "Neqsol Holding" şirkəti Gürcüstanın "Caucasus Online" internet provayderinin geri qalan 51%-ini əldə edərək 100%-lik sahibi olub.[8] Müqavilənin maddi dəyəri bilinməsə də bu razılaşma Gürcüstanın Milli Kommunikasiya Komissiyası​ tərəfindən sərt şəkildə tənqid olunub. GMKK rəhbəri Kaxa Bekauri sövdələşmənin komissiya tərəfindən əvvəlcədən təsdiqlənmədiyini, buna görə qanunsuz olduğunu və ləğv edilməli olduğunu bildirib.[9][10]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Caucasus Cable System Arxivləşdirilib 2021-10-31 at the Wayback Machine. Submarine Cable Map. Submarinecablemap.com
  2. 1 2 3 "CAUCASUS CABLE SYSTEM" Arxivləşdirilib 2021-10-31 at the Wayback Machine. Bbsgroup.ge
  3. 1 2 3 4 5 Iva Doneva (20 noyabr 2008). "Georgia's Caucasus Online Invests $40 Mln in Fibre Optic Link to W. Europe via Bulgaria". article. SeeNews.
  4. 1 2 "გაზპრომის" შემდეგ შესაძლოა რუსული გავლენის ქვეშ საკომუნიკაციო მაგისტრალი აღმოჩნდეს, Rustavi 2, 7 fevral 2016.
  5. CAUCASUS ONLINE CHOOSES TYCO TELECOMMUNICATIONS TO CONSTRUCT 1100 KM TRANS-BLACK SEA UNDERSEA FIBER OPTIC CABLE SYSTEM CONNECTING THE REPUBLIC OF GEORGIA AND BULGARIA. SubCom. 2014.04.07.
  6. Courtney McDaniel (19 aprel 2011). "Caucasus Online and Subcom to upgrade Caucasus undersea fiber optic cable system". press release. TE Connectivity.
  7. "Azerbaijan-Georgia cooperation expands in telecommunications sector" Arxivləşdirilib 2021-11-04 at the Wayback Machine. Aircenter.az
  8. "Azerbaijani Neqsol Holding becomes 100% owner of Georgian internet provider Caucasus Online" Arxivləşdirilib 2021-03-24 at the Wayback Machine. Agenda.ge
  9. "Georgian Authorities Seek to Block Azerbaijani Investment in Telecommunications Infrastructure" Arxivləşdirilib 2020-09-10 at the Wayback Machine. Giorgi Menabde. Publication: Eurasia Daily Monito. Jamestown.org
  10. "Azerbaijani Company Buys Key Georgian Communications Firm, Regulator Says ‘Illegal’" Arxivləşdirilib 2021-03-26 at the Wayback Machine. Civil.ge