Cavid Aydın oğlu Tağıyev (7 noyabr 1985, Əlibəyli, Tovuz rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Kapitanı, "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi.
Cavid Tağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1985 (39 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Qönçə Tağıyeva |
Uşaqları | Aydın, İnci |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2008—hal-hazırda |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Cavid Tağıyev 7 noyabr 1985-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Hacıalılı kəndində Qasım Rzayev adına orta məktəbində oxumuşdur. 2004-cü ildə orta məktəbi bitirmişdir. Ailəlidir, 2 övladı var.
Cavid Tağıyev 2004-2006-cı illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət etmişdir. 2008-2010-cu illərdə Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Cavid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Cavid Tağıyev döyüşlər zamanı Şuşa istiqamətində yaralanıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Tağıyev "Zəfər" ordeni ilə təltif edildi.[1]
Azərbaycanın Füzuli rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Tağıyev "Füzulinin azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2][3]