Cavidan Fatihi

Cavidan Fatihi (30 iyul 1994, Yevlax) — Azərbaycanlı söz yazarı, musiqi bəstəkarı və müğənnidir.

Cavidan Fatihi
Cavidan Fətihi Vahid oğlu
Ümumi məlumatlar
Doğum tarixi (29 yaş)
Doğum yeri Yevlax
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Vahid Fətihi
Anası İlhamə Fətihi
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, söz yazarı, bəstəkar
Fəaliyyət illəri 2016-h.h
Janrlar Pop, Rock, R&B
Albom şirkəti Mikpro
Təhsili Milli Aviasiya Akademiyası

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Cavidan Fatihi 30 iyul 1994-cü ildə Yevlax şəhərində anadan olmuşdur. 2000-ci ildə Yevlax şəhər Vüqar Əmiraslanov adına 2 sayılı orta məktəbdə təhsil aldıqdan sonra, 2011-ci ildə Mingəçevir Özəl Türk Liseyindən məzun olmuşdur.[1] Uşaqlıqdan musiqiyə həvəsi olan Cavidan Fatihi fortepiano və xor təhsili almışdır. Həm məktəb, həm də liseyin əksər tədbirlərində və beyənlxalq yarışmalarda iştirak etmişdir. 2011-ci ildə Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olmuş və 2015-ci ildə məzun olmuşdur. 2012-ci ildə "online" gitara dərsləri aldıqdan sonra yenidən musiqi ilə yolları birləşmişdir. Youtube və sosial şəbəkələrdə musiqi videoları paylaşaraq öz sevənlərinin diqqətini cəlb etməyi bacarmış və sevilmişdir. 2016-cı ildə "Mənə bircə məktub yaz" akustik ifası ilə professional musiqi karyerasına başlamışdır. 2018-ci ildə ikinci sinqlı olan"Sənsiz" mahnısını buraxmışdır. Cavidan Fatihi öz bəstələri ilə yanaşı bir çox xalq və bəstəkar mahnılarının "cover" ifalarını dinləyicilərinə təqdim etmişdir.[2] Youtube və musiqi platformalarında paylaşdığı ‘’Xatirə’’, ’Yada sal məni’’, ‘’Sənin bir təbəssümün’’, ‘’Aman ayrılıq’’, ‘’Tufanla oynama’’, ‘’ Al məndən gülüşlərini’’, ‘’Ayrılığa dözərəm’’, ‘’Sənsiz keçən ömür’’, ‘’İntizar’’, ‘’Yağış yuyur, gün qurudur’’, ‘’Sən uzaq yaşıl ada’’, ‘’Kurşun adres sormaz ki’’,[3] ’’Saçlarına gül düzüm’’, ‘’Darıxdım’’ və bir çox mahnıların "cover" versiyaları dinləyicilər tərəfindən milyonlarla dinlənmə və müsbət şərhlər almışdır. 2019-cu ildə Mübariz Tağıyevin ifasında sevilən ‘’Xatirə’’ mahnısını yenidən səsləndirmiş və 2022-ci ildə mahnı sosial şəbəkələrdə viral olaraq, çox qısa zaman kəsiyində, "Youtube" musiqi platformasında 3 milyondan çox izlənmə almışdır.[4] Bundan sonra ifaçı çox böyük populyarlıq qazanır. Cavidan Fatihinin ifaları Azərbaycan KİV-də yüksək qiymətləndirilmişdir. 10.03.2024-cü ildə Cavidan Fatihi-ni ilk solo konserti ilə dinləyiciləri qarşısında çıxış edib.[5] Cavidan Fatihi TEDxTalk və Sofar Sounds kimi qlobal layihələrdə iştirak etmişdir. [6]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Mahnıları[redaktə | mənbəni redaktə et]

.Batmış gəminin mahnısı(cover) −2017[7]
.İntizar(cover) — 2018
.Sənsiz(sinql) — 2018
.Yada sal məni(cover) — 2018
.Aman ayrılıq(cover) — 2019
.Saçlarına gül düzüm(cover) — 2019
.Darıxdım(cover) — 2019
.Sən bir başqasan (sinql) — 2019
.Resimler Hayaller (cover) — 2019
.Xatirə (cover) — 2019
.Tufanla oynama (cover) — 2020
.Al məndən gülüşlərini (cover) — 2020
.Ayrılığa dözərəm (cover) — 2020
.Zəfər marşı (sinql) — 2020
.Vətən desin (sinql) −2020
.Mənə bircə məktub yaz(sinql) −2020
.Sənsiz keçən ömür (cover) — 2021
.Yağış yuyur, gün qurudur (cover) — 2021
.Wicked game (cover) — 2021
.Sən uzaq yaşıl ada (cover) — 2021
.Sənin bir təbəssümün — feat Orkhan Nukha (cover) — 2021
.Sən getdin (sinql) — 2021
.Təslim oluram (sinql) — 2022
.Yoxsan artıq (sinql) — 2022
.Kurşun adres sormaz ki (cover) — 2022
.Çıx qatar yoluna — (live session cover) — 2023
.Ürəyim yanar (live session cover) — 2023
.Sevgi ən axırda ölür (live session cover) — 2023
.Ay gecə (live session cover) — 2023
.Sənsizlik (live session cover) — 2023
.Məhəbbət olmayanda (live session cover) — 2023
.Füzuli Kantatası — feat Orkhan Nukha (sinql) — 2023
.Yada sal məni (prod by Camal Qurbanov) (cover) — 2023
.Daha gəlməz (sinql) — 2023[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cavidan Fatihi: "Meyxananı ciddi sənət kimi sırımayın" – Müsahibə". Kulis.az (az.). 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  2. "Azerbaycan'ın Amatörler Şarkıcılarından En İyi 8 Türkçe Şarkı Cover'ı". Onedio (türk). 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  3. "CAVİDAN FATİHİ: "İSTEDADSIZ MUSİQİÇİLƏR ÖZ FƏRASƏTLƏRİNİ BAŞQA SAHƏDƏ DƏ SINAYIB UĞURLU OLA BİLƏRLƏR"". 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  4. "Cavidan Fatihi solo konsert proqramı ilə çıxış edib - FOTO". tv.ikisahil.az (az.). 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  5. "Cavidan Fatihi: Atam demişdi, neynirsən gitaranı? İndi görürəm, evdəkilər fəxr edir". BBC News Azərbaycanca (az.). 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  6. "Gənc ifaçı Cavidan Fatihinin ilk solo konserti keçirildi". Editor.az (az.). 11 mart 2024.
  7. "Cavidan Fatihi solo konsert proqramı ilə çıxış edib | innews.media". innewsagency (az.). 11 mart 2024. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  8. sarayinda-ilk-yasandi-video/ "Heydər Əliyev Sarayında ilk yaşandı – VİDEO" (#bad_url). GlobalInfo.az (türk). 6 mart 2024.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. "Live Music, Concerts & Music Events | Sofar Sounds". www.sofarsounds.com.
  2. "Bəstəkar-şair Rasim Müzəffərlinin 65 illik yubileyi keçirilib | innews.media". innewsagency (az.). 12 oktyabr 2023.
  3. "TEDxBHOS | TED". www.ted.com.
  4. "Dəşti | Cavidan Fatihi | TEDxBHOS" (ingilis).
  5. "Top Songs". music.amazon.com.
  6. "Cavidan Fatihi Songs". Genius.