Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki.[1][2] Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər.
Çaça | |
---|---|
| |
Növü | Alkoqollu |
Mənşəsi | |
Rəngi | açıq sarı |
Vikianbarda əlaqəli mediafayllar |
Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.[3]