Cemsonit (Şotlandiya mineraloqu R. Ceymsonun şərəfinə adlandırılmışdır) — mineral.[2]
Cemsonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Pb₄FeSb₆S₁₄ |
Strunz təsnifatı | II/E.22[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Qurğuşun və dəmirin təbii sulfo - duzu – Pb4FeSb6S14. Monoklinik sinqoniyada kristallaşır. Kristalları iynəvarı, sap varıdır. Qarışıq lifli, radial şüalı yaxud dənəvər aqreqatları var. Qurğuşunu-bozdan dəmiri-qarayadək rəngdə olur. Metal parıltılıdır. Sərtliyi 2,5, sıxlığı 5630–5710 kq/m³-dir. Kövrəkdir. Cemsonit orta və aşağı temperaturlu hidrotermal yataqlarda əmələ gəlir; qurğuşun-sink, qızıl-sürmə və digər polimetal yataqlarda rast gəlinir. Qurğuşun və sürmənin ikincidərəcəli filizidir. Rusiya Federasiyası, Ukrayna, Çexiya və s. ölkələrdə yataqları var.[2]